Maliyyə hesabatı


Maddə 7. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi



Yüklə 3,18 Mb.
səhifə117/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 7. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi


    1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarının və ya möv- cud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin dərc olunmasını və bütün maraqlı tərəflərdən 60 gün ərzində həmin layihəyə dair rəylərin alınmasını təşkil edir.

    2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7.1-ci maddəsində qeyd olunan rəylərin nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin qəbul edilməsi barədə qərar verir. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarını və ya mövcud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişi ilkin layihədə dərc edildiyi kimi təsdiq etdikdə, həmin standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.

    3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər etmək qərarına gəldikdə, yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcüd olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin dəyişdirilmiş layihəsini hazırlayır və təsdiq edir, həmin standartların və ya ona düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.

    4. Təklif edilən ilkin layihənin düzəlişlə birlikdə və ya düzəlişsiz təsdiq edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata

keçirən müvafiq icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsini nəzərə alır. Qəbul edilən Milli Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu Standartlarına düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və ya Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsindən fərqli olduqda, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Milli Mühasibat Uçotu Standartlarının və ya Milli Mühasibat Uçotu Standartlarına düzəlişin qəbul edilməsinə dair qərarın əlavəsində bu fərqləri göstərməli və onun səbəblərini açıqlamalıdır.



    1. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edil- məsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.




  1. Yüklə 3,18 Mb.

    Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin