Maliyyə hesabatı


Fəsil. Mühasibat uçotu standartları



Yüklə 3,18 Mb.
səhifə116/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Fəsil. Mühasibat uçotu standartları


Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları

    1. Bu Qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları aşağıdakılardır:

      1. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən tam şəkildə istifadə edilmə məqsədilə qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara dəyişik- liklər yalnız Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən sonra qüvvəyə minir;

      2. Bu Qanunun 10.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları.Bu standartlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. Maliyyə hesabatlarının beynəl- xalq standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müd- dəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə Hesabat- larının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavə- sində açıqlanmalıdır;

      3. Bu Qanunun 13.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Stan- dartları.Bu standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını Büdcə Təşki- latları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil

etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra haki- miyyəti orqanı tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Bey- nəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavəsində açıqlanmalıdır;



      1. Bu Qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin