Maliyyə hesabatı


Fəsil. Kommersiya təşkilatlarının maliyyə hesabatları



Yüklə 3,18 Mb.
səhifə118/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Fəsil. Kommersiya təşkilatlarının maliyyə hesabatları


Maddə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib edilməsi

    1. Bütün ictimai əhəmiyyətli qurumlar bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standart- larına uyğun olaraq tərtib edirlər.

    2. Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləş- dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər.

    3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:

      1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səs vermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi barədə yekdilliklə razılığa gəldikdə;

      2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;

      3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;




      1. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə.

Maddə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib edilməsi


    1. Kiçik sahibkarlıq subyektləri:

      1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun Qayda- larına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidirlər; və ya

      2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib edə bilərlər.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin