«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Mühasibat uçotu haq- qında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu- nun:
2.1.9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iştirakı ilə meyar göstəricilərini (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6-cı maddəsində nəzərdə tutulmuş Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tərkibini təsdiq etsin;
16-cı maddəsinə müvafiq olaraq mühasibat uçotu subyekti tərə- findən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxla- nılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
18.3-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətlərini müəyyən etsin;
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə müvafiq olaraq 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uço- tunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiy- yətli qurumların siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezi- dentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin;
öz səlahiyyətləri daxilində «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin;
səlahiyyətlərinə aid edilən məsələlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Müəyyən edilsin ki:
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü. 5.1-ci, 5.2-ci, 5.5-ci, 5.7-ci, 6.0.2-ci (birinci və ücüncü cümlələrdə), 6.0.3-cü (birinci və ücüncü cümlələrdə), 6.0.4-cü, 7.1-ci, 7.2-ci (birinci və ikinci cümlələrdə),7.3-cü, 7.4-cü (birinci və ikinci cümlələrdə), 7.5-ci, 12.2-ci (birinci və ikinci cümlələrdə) və 14.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra haki- miyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
həmin Qanunun 2.1.9-cu, 5.6-cı (Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tərkibinin təsdiq edilməsi hissəsində), 10.2-ci, 18.3-cü, və 18.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş “icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;
həmin Qanunun 5.6-cı maddəsində (Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsinin təsdiq edilməsi hissəsində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
bir ay müddətində:
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi qaydalarını təsdiq etsin;
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə müvafiq olaraq büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarını müvafiq təşkilat və fondların rəyi nəzərə alınmaqla müəyyən etsin;
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlərin icrasını təmin etsin;
bu Fərmanın 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq müəyyən edilmiş səlahiyyətlərin və məsələlərin icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar qanun- vericiliklə müəyyən edilmiş tədbirləri görsün.
Azərbaycan Respublikasının Milli Bankı kredit təşkilatlarında müha- sibat uçotu qaydalarının və hesabatların forması, məzmunu və dövriliyi ilə bağlı məsələləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bunun üçün zəruri olan müddət ərzində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.