Maliyyə hesabatı


Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət



Yüklə 3,18 Mb.
səhifə122/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət


Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləş- dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin po- zulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. İcra müddəti


    1. Mühasibat uçotu subyektləri bu Qanunun 8-ci, 9-cu, 10-cu və 13-cü maddələrində göstərilmiş tələbləri aşağıda müəyyən edilmiş tarixlərdən gec olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidir:

      1. bu Qanunun 8-ci və 10-cu maddələrində göstərilmiş bütün mühasibat uçotu subyektləri-2008-ci il 1 yanvar tarixdən;

      2. bu Qanunun 9-cu maddəsində göstərilmiş bütün mühasibat uçotu subyektləri-2006-cı il 1 yanvar tarixdən;

      3. bu Qanunun 13-cü maddəsində göstərilmiş bütün mühasibat uçotu subyektləri- 2009-cu il 1 yanvar tarixdən.



Maddə 18. Keçid müddəaları


    1. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları qüvvəyə minənədək mühasibat uçotu ilə bağlı mövcud olan normativ hüquqi aktlar qüvvədə qalır.

    2. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları qüvvəyə mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ hüquqi aktlar ilə Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları arasında ziddiyyət yarandığı halda, Milli Mühasibat Uçotu Standartları və ya uçot qaydaları tətbiq edilir.




    1. Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    2. 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəl- xalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabat- larını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı bu Qanun qüvvəyə mindikdən sonra bir il müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin