Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və qiymətləndirilməsi
Son illik maliyyə hesabatlarının tərtib olunduğu tarixdən sonra uçot siyasətində baş vermiş və növbəti illik maliyyə hesabatlarında əks etdi- rilməli olan dəyişikliklər istisna olunmaqla, müəssisə aralıq maliyyə hesa- batlarına illik maliyyə hesabatlarına tətbiq etdiyi uçot siyasətini tətbiq etməlidir. Lakin müəssisə hesabatlarının tərtib olunma tezliyi (illik, yarımillik və ya rüblük), onun illik nəticələrinin qiymətləndirilməsinə təsir göstərməməlidir. Bu məqsədə nail olmaq üçün aralıq maliyyə hesabatlarının tərtib olunması zamanı edilən qiymətləndirmələr ilin əvvəlindən carı tarixə qədər keçən dövr üçün həyata keçirilməlidir.
Milli Mühasibat Uçotu Standartlarının Konseptual Əsaslarına uyğun olaraq, “tanınma, -element anlayışına uyğun gələn və tanınma meyarlarına cavab verən maddələrin mühasibat balansına və ya mən- fəət və zərərlər haqqında hesabata daxil edilməsi prosesidir.” Aktivlər, öhdəliklər, gəlir və xərc anlayışları həm illik, həm də aralıq maliyyə hesabatları tarixində tanınma üçün fundamental əhəmiyyət daşıyır.
Həm aralıq hesabat tarixlərində, həm də maliyyə ilinin sonunda aktivlər üzrə gələcək iqtsadi səmərələr eyni üsulla yoxlanılır. Xüsusiyyət- lərinə görə maliyyə ilinin sonunda aktiv anlayışına uyğun gəlməyən xərclər aralıq hesabat tarixlərində də aktiv anlayışına cavab verməyəcək. Eyni şəkildə aralıq hesabat tarixinə öhdəlik məbləği, illik maliyyə hesabatlarının tərtib olunduğu tarixə olduğu kimi, həmin tarixdə mövcud olan öhdəlik məbləğini əks etdirməlidir.
Gəlir və xərclərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, aktiv və öhdəliklərin müvafiq daxilolma və xaricolmaları artıq baş vermişdir.
Həmin daxilolma və xaricolmalar baş vermişdirsə, onlarla əlaqədar gəlir və xərclər tanınır. Konseptual əsaslarda deyilir ki, xərc, aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır. Konseptual əsaslar aktiv və ya öhdəlik anlayışına uyğun gəlməyən maddələrin mühasibat balansında tanınmasına yol verilmir.
Maliyyə hesabatlarında təqdim olunmuş aktivlərin, öhdəliklərin, gəlir və xərclərin, pul vəsaitlərinin hərəkətinin qiymətləndirilməsi zamanı hesabatlarını yalnız illik olaraq tərtib edən müəssisə, maliyyə ili ərzində əldə oluna bilən məlumatları hesaba almaq iqtidarındadır. Faktiki olaraq onun qiymətləndirilmələri ilin əvvəlindən cari tarixə qədər keçən dövr üçün həyata keçirilir.
Hesabatlarını yarımillik olaraq tərtib edən müəssisə, ilk altı aylıq dövr üzrə maliyyə hesabatlarında qiymətləndirmələrin həyata keçirilməsi üçün ilin ortasında və ya bu tarixdən bilavasitə sonra mövcud olan məlumatları istifadə edir. On iki aylıq dövr üzrə həyata keçirilən qiymətləndirmələr ilk altı aylıq dövr üzrə təqdim olunan qiymətlərdə mümkün dəyişiklikləri əks etdirəcək. İlk altı aylıq dövr üzrə aralıq maliyyə hesabatlarında təqdim olunmuş məbləğlərə retrospektiv düzəlişlər edilir. Lakin bütün hallarda uçot qiymətləndirmələrində əhəmiyyətli dəyişikliklərin xüsusiyyətlətinin və məbləğlərinin açıqlanması tələb olunur.
Hesabatlarını yarımildən daha tez tərtib edən müəssisə hər bir maliyyə hesabatları məcmusunun hazırlanması zamanı mövcud olan məlumatlardan istifadə edərək gəlir və xərclərini hər bir aralıq dövr üzrə ilin əvvəlindən cari tarixə qədər olan dövr üçün qiymətləndirir. Cari aralıq dövrdə təqdim olunan gəlir və xərc məbləğləri maliyyə ilinin əvvəlki dövrlərində təqdim olunmuş qiymətlərdə hər hansı dəyişiklikləri əks etdirəcək. Əvvəlki dövrlər üzrə aralıq maliyyə hesabatlarında təqdim olunmuş məbləğlərə retrospektiv düzəlişlər edilir. Lakin bütün hallarda uçot qiymətlərində əhəmiyyətli dəyişikliklərin xüsusiyyətlətinin və məbləğlərinin açıqlanması tələb olunur.
Maliyyə ili ərzində mövsümi, dövri və ya təsadüfi olaraq alınan gəlirlər, əgər həmin gəlirlərin ehtimal olunması və ya təxirə salınması ma- liyyə ilinin sonunda uyğun olmazsa, aralıq hesabat tarixinə ehtimal olun- mamalı və təxirə salınmamalıdır.
Maliyyə ili ərzində qeyri-bərabər çəkilmiş xərclər yalnız maliyyə ilinin sonuna həmin xərclərin ehtimal olunması və ya təxirə salınması uyğun olundugu halda, aralıq hesabat tarixinə ehtimal olunmalı və təxirə salın- malıdır.
Aralıq maliyyə hesabatlarında tətbiq edilməli olan qiymətləndirmə prosedurları əldə olunan məlumatların etibarlı olmasına və müəssisənin maliyyə vəziyyətinin və fəaliyyət nəticələrinin anlaşılması üçün vacib olan
bütün əhəmiyyətli maliyyə məlumatlarının müvafiq şəkildə açıqlanmasına zəmanət verməlidir. Həm illik, həm də aralıq maliyyə hesabatlarında, adətən, məntiqi qiymətlərə əsaslanıldığı üçün, aralıq maliyyə hesabatlarının hazırlanması zamanı qiymətləndirmə metodlarının illik maliyyə hesabatla- rına nisbətən, daha çox tətbiq edilməsi tələb olunacaqdır.
Uçot siyasətində dəyişikliklər, Yeni Standartlar və Şərhlər həmin dəyişikliklərin tətbiqi üzrə keçid müddəalarını müəyyən etmirsə, aşağıdakı şəkildə öz əksini tapmalıdır:
cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin 11 №-li MMUS-ə uyğun olaraq illik maliyyə hesabatlarında yenidən təqdim olunacaq hər hansı əv- vəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarının yenidən təqdim olunması;
maliyyə ilinin əvvəlində yeni uçot siyasətinin bütün əvvəlki dövrlərdə tətbiq olunmasının məcmu təsirini müəyyən etmək mümkün olmadıqda, yeni uçot siyasətinin mümkün olan ən erkən tarixdən perspektiv olaraq tətbiq olunması üçün cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin və əvvəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarina düzəliş edilməsi.
Nəhayət, mövzunun sonunda qeyd etmək istəyirik ki, müəssisələr, necə bir minimum kimi əhəmiyyətli sayılan və hesabatda açıqlanmayan aşağıdakı konkret informasiyaları aralıq maliyyə hesabatlarına əlavələrə daxil etməlidir:
vahid uçot siyasətinin və hesabatın elementlərinin və hesabatın eleməntlə- rinin metodlarının tətbiqi haqqında ərizə;
Uçot siyasəti dəyişikliyə uğradıqda, dəyişikliyin xarakterinin və onların hesabat maddələrinə təsirinin əks olunduğu izahat;
aralıq əməliyyatların mövsümiliyi və mərhələliyi haqqında göstəriş;
müəssisə üçün qeyri-adi sayılan təsərrüfat fəaliyyəti faktlarının xarak- teristikası, onların ölçüsü, yaxud fəaliyyət sferası;
adi və sair səhmlər üzrə ödənilən dividendlər (cəmisi və bir səhm hesabı ilə);
borc və pay şəklində olan kağızların emissiyası, alınması və ödənilməsi;
seqment fəaliyyətindən gəlirlər və nəticələr;
hesabat tarixindən sonrakı hadisələr;
aralıq dövrü ərzində müəssisənin tərkibində dəyişikliklər (o cumlədən təşkilatların birləşdirilməsi, övlad təşkilatların satın alınması və yaxud satılması, uzunmüddətli investisiyalar, restrukturizasiya və fəaliyyətin dayandırılması). Müəssisələr birləşdirildikdə, informasiyalar 18№-li “Təşkilatların fəaliyyətlərinin birləşdirilməsi üzrə” MMUS-ə uyğun olaraq açıqlanmalıdır;
hesabat dövründə şərti aktivlərdə və şərti öhdəliklərdə baş verən dəyişik- liklər.
Açıqlamalara misal olaraq, aşağıdakılar göstərilə bilər:
satış qiymətinədək və belə silinmələrin bərpasınadək ehtiyatların silin- məsi;
əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, yaxud digər aktivlərin qiymətdən düşməsindən zərərlərin tanınması və qiymətdən düşmədənalınan belə zərərlərin bərpası;
restrukturizasiya xərcləri üzrə istənilən qiymətləndirici öhdəliklərin bərpası;
əsas vəsaitlərin əldə olunması və təsərrüfatdan çıxarılması;
əsas vəsaitlərin alışı üzrə öhdəliklər;
məhkəmə münaqişələrinin tənzimlənməsi;
əvvəllər təqdim olunan maliyyə məlumatlarında aşkarlanan fundamental səhvlərin düzəlişi;
fövqəladə halların nəticələri;
sonradan düzəlişə məruz qalmayan borc sazişlərinin istənilən pozuntusu;
əlaqəli tərəflərlə bağlı əməliyyatlar.
Bütün bu göstərilənlərdən aydın olur ki, aralıq hesabatları müəssisənin maliyyə hesabatı sistemində mühüm yer tutmaqla yanaşı, onlardan müəssisənin idarə edilməsi məqsədləri üçün də geniş istifadə edilir.
Dostları ilə paylaş: |