Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə13/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

İqtisadi inteqrasiya. İnteqrasiya müxtəlif təşkilati formalarda həyata keçirilə bilər. Məsələn, bəzi şirkətlər özlərinin biznesini digər bölmələrlə paralel şəkildə fəaliyyət göstərən ayrıca bölmə şəklində təşkil edir. Di- gər şirkətlər həm daxili, həm də xarici bazarlarda özlərinin fəaliyyətini müxtariyyət şəklində ayrıca istehsalat xətti vasitəsilə təşkil etməyə üstünlük verirlər. Üçüncü qisim təşkilatlar funksional əlamətlər üzrə fəaliyyət göstərirlər. Bu halda istehsalat, təchizat, satış, maliyyə və uçot funksiyaları müxtəlif funksional-istehsalat vahidlərində inteqrasiya olunur;

  • Korporativ internasionallaşdırmanın nümunəsi kimi səhmlərin nə- zarət paketlərinin əldə olunması və yaxud bəzi firmaların digər xarici şirkətlər tərəfindən tam şəkildə ələ keçirilməsi göstərilə bilər;

  • Beynəlxalq maliyyə bazarının inkişafı dedikdə, dünyanın müxtəlif ölkələrinin birjalarında qiymətli kağızların alqı-satqısı başa düşülür;

  • Beynəlxalq kapital bazarının formalaşması. Potensial investorlar maliyyə hesabatlarının şəffaf (anlaşıqlı) olmasını tələb edirlər. Belə ki, investor qoyduğu kapitaldan necə istifadə edildiyini izləmək imkanına malik olmalıdır;

  • Transmilli korporasiyaların (TMK) güclənməsi. İlk belə korpora- siyalar 50-60 il bundan əvvəl yaranmışdır. Həmin dövrlərdə onların təsir dairəsi cüzi idi. Lakin müasir şəraitdə transmilli korporasiyalar özlərinin iqtisadi və siyasi güclərini toplamaqdadırlar. TMK-nın fəaliyyət göstər- diyi şəraitdə müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayi- səliliyi problemi xüsusi aktuallıq kəsb edir. Belə ki, beynəlxalq qayda- lara görə TMK-nın filialı yerləşdiyi ölkənin qanunlarını və uçot stan- dartlarını əsas götürməlidir. Müvafiq surətdə müxtəlif ölkələrin maliyyə hesabatları biri-birilə müqayisə oluna bilmir və son nəticədə konsolidə edilmiş hesabatın formalaşması prosesi müəyyən çətinliyə məruz qalır.



  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   124




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin