Maddə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib edilməsi
Maddə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib edilməsi
Maddə 10. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyekt- ləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərtib edilməsi
Maddə13. Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərtib edilməsi
Qanunun həmin maddələrində qoyulmuş tələblərə əsasən müəssisə və təşkilatlar maliyyə hesabatlarını aşağıda göstərilən müxtəlif standartlar əsa- sında tərtib edirlər:
İctimai əhəmiyyətli qurumların maliyyə hesabatları Maliyyə Hesa- batlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edlir;
Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatları onların öz se- çimindən asılı olaraq, iki cür tərtib edilə bilər: 1) Sadələşdirilmiş uçotun Qaydalarına uyğun olaraq; 2) Kommersiya Təşkilatları üçün Milli Müha- sibat Uçotu Standartlarına uyğun şəkildə.
Adi kommersiya təşkilatları, yəni ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyektləri istisna olmaqla, digər kommersiya təşkilat- larının da maliyyə hesabatları öz seçimindən asılı olaraq, iki cür tərtib edilə
bilər: 1) Kommersiya Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartla- rına uyğun şəkildə; 2) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə.
Qeyri-kommersiya təşkilatları maliyyə hesabatlarının tərtib olunması qaydalarına görə iki qrupa bölünür: 1) Büdcə təşkilatları, bələdiyyə orqan- ları, büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər; 2) Qeyri- hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda gös- tərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat sub- yektlərində maliyyə hesabatının tam məcmusu aşağıdakılardan ibarətdir:
Mühasibat balansı;
Mənfəət və zərərlər haqqında hesabat;
Kapitalda dəyişikliklər haqqında hesabat;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
Uçot siyasəti və izahlı qeydlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 may 2010-cu ildə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarının təsdiq edilməsi” haqqında 97 saylı Qərar qəbul etmişdir. Bu Qərarda maliyyə hesabatının yuxarıda göstərilən tərkibi bir daha öz əksini tapmışdır. Kommersiya təşkilatları üçün MMUS yalnız kommersiya təşkilatlarının maliyyə hesabatına tətbiq edilir. Ümumiyyətlə, maliyyə hesabatının hər bir tərkib hissəsi dəqiq müəyyən edilməlidir.