İstehsalat, yaxud idarəetmə məqsədləri üçün mühasibat informa-siyalarından istifadə edən bölmələrə misal olaraq, təşkilatın plan-iqtisad şöbəsini, marketinq şöbəsini və i.a. göstərmək olar. Konkret olaraq, marketinq xidmətini, hər şeydən əvvəl, təşkilatın anbarlarında olan hazır məhsulların və malların hərəkəti haqqında məlumatlar maraqlandırır.
Müəssisə əmlakının mülkiyyətçilərimühasibat informasiyalarından istifadəçilərin ayrıca qrupunu təşkil edir. Belə ki, bəzi hallarda müəssisənin təsisçiləri və iştirakçıları mülkiyyətçi hesab olunmurlar. Əmlak mülkiyyət- çiləri onlardan daha effektiv istifadə olunmasında maraqlıdırlar. Əmlakın effektivliyinin təhlili üçün mühasibat hesabatının məlumatlarından istifadə olunur.
Təşkilatınişçiheyətini müvafiq hesabat ilində alınan mənfəətin kütləsi, maddi maraq və digər fondların ölçüsü və s. maraqlandırır.
Təsisçilər,səhmdarlarvətəsərrüfatcəmiyyətininiştirakçıları qoyduqları vəsaitdən nə qədər effektiv surətdə istifadə olundüğunu bilməyi arzulayırlar. Buna görə də onlar üçün başlıca informasiya bir səhmə düşən ümumi mənfəətin həcmi, həmçinin təşkilatın aktivlərinin strukturu hesab olunur.
Təşkilatın investorlarınıonun maliyyə sabitliyi (cari və uzunmüd- dətli öhdəlikləri vaxtında ödəyə bilmək bacarığı) maraqlandırır. Bu zaman borcların strukturu və aktivlərin strukturu əsas rol oynayır. Eyni zamanda investorları əlavə informasiyalar da maraqlandırır: məsələn, təşkilatın fəaliyyətinin fəal dövru, bağlanılan və icra olunan müqavilələrin sayı, məh- sul buraxılışının həcmi, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin həcmi və s.
Kreditorlarüçün təşkilat tərəfindən cari öhdəliklərin nə qədər ope- rativ və tam ödənilə bilinməsi haqqında məlumatlar birincidərəcəli əhəmiy- yətə malikdir. Müvafiq surətdə kreditorlar üçün elan olunmuş nizamnamə kapitalının, xüsusi kapitalın, habelə təşkilatın xalis aktivlərinin ölçüsü haqda informasiyalar çox böyük əhəmiyyət kəsb edir.