Üçüncusəviyyə müxtəlif təyinatlı normativ sənədləri birləşdirir və tövsiyə xarakteri daşıyır. Bunlara təlimatlar, şərhlər, Respublika Maliyyə Nazirliyinin və digər müvafiq nazirliklərin uçotun ümumi metodologiyasını konkretləşdirən məktubları və digər bu kimi normativ sənədlər aid edilir.
Dördüncüsəviyyə təşkilatın özünün hazırladığı əmrlərdən, göstəriş- lərdən və təlimatlardan ibarətdir (məsələn, müəssisənin uçot siyasəti, işçi hesablar planı və s.).
Uzun illər ərzində bazar ənənələri əsasında fəaliyyət göstərən ölkələrdə (Fransa, İtaliya, Almaniya, ABŞ) mühasibat uçotu və hesabatın tənzimlən- məsi sistemi biri-digərindən fərqlənir. Həmin ölkələrdə bu sahədə mövcud olan praktika Azərbaycandan da ciddi şəkildə fərqlidir.
Fransada uçot və hesabatın tənzimlənməsinin əsasını Kommersiya Kodeksi təşkil edir. Bu sənəddə mühasibat uçotunun təşkili və hesabatın ha- zırlanmasının başlıca şərtləri öz əksini tapmışdır.
Almaniyada mühasibat işinin çox qədim ənənələri mövcuddur. Bu ölkədə uçot və hesabatın qanunvericilik əsası Ticarət Kodeksi hesab olunur. Adı çəkilən sənəd mühasibat uçotunun digər məsələləri ilə yanaşı, hesabatın tərtib olunması qaydalarını da tənzimləyir. Burada balansın, mənfəət və zərərlər haqqında hesabatın məzmunu və tərtib olunması ilə bağlı qaydalar ətraflı şəkildə araşdırılır. Almaniyada vahid hesablar planı qüvvədədir və onun əsasında sənaye, ticarət və maliyyə sferasının təşkilatları üçün ayrı- ayrı sahələr üzrə mühasibat uçotunun hesablar planı hazırlanmışdır.
Müxtəlif alman mənbələrinə nəzər salsaq, görərik ki, bu ölkədə mü- hasibat uçotu və hesabatın aparılmasını tənzimləyən aşağıdakı sənəd qrup- larını fərqləndirmək olar:
kommersiya normativ aktları;
vergi qanunvericiliyi;
vergi təlimatları;
uçot siyasətinin materialları;
peşə təşkilatlarınin tövsiyələri.
İtaliyada uçot və hesabat sisteminin qanunvericilik əsası kimi Mülki Kodeks, Respublika Prezidentinin sərəncamları, habelə Maliyyə Nazirli- yinin müvafiq əmrləri, o cümlədən peşə təşkilatlarının tövsiyələri çıxış edir. ABŞ-da mühasibat uçotu və hesabatını tənzimləyən başlıca sənəd GAAP sistemi hesab olunur. GAAP özünün mahiyyətinə görə uçot standart- larının rolunu oynayan və hamı tərəfindən qəbul edilən ümumi uçot prin-
siplərindən ibarətdir.
GAAP sistemində sənədlərin dörd səviyyəsi fərqləndirilir: