Maliyyə hesabatı


Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi



Yüklə 3,18 Mb.
səhifə6/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi


Maliyyə hesabatlarını düzgün tərtib etmək üçün qüvvədə olan qanun- vericiliyin bütün tələblərini nəzərə alan informasiyalara malik olmaq la- zımdır. Hazırda Azərbaycanda uçot və hesabatın tənzimlənməsinin dördsə- viyyəli sistemi təşəkkül tapmışdır. Bu sistemin formalaşmasına ölkədə iqti- sadi cəhətdən yenidənqurma, təşkilatların yeni bazar şəraitinə uyğunlaşması, habelə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında Milli Mü- hasibat Uçotu Standartlarının hazırlanması və tətbiqi fəal rol oynamışdır.


Birinci səviyyəyə mühasibat uçotunu və hesabatı müstəqim və dolayı şəkildə tənzimləyən qanunlar, Respublika Prezidentinin sərəncamları və Nazirlər Kabinetinin qərarları aiddir. Bu səviyyədə başlıca normativ akt 2 sentyabr 2004-cü ildə dərc olunmuş “Mühasibat uçotu haqqında” Azər- baycan Respublikası Qanunu və onun tətbiqi haqqında Azərbaycan Res- publikası Prezidentinin 7 fevral 2005-ci ildə imzaladığı fərman hesab olunur. Bu Qanun mühasibat uçotu və hesabatın hüquqi əsaslarını, dövlət tənzimlənməsi qaydalarını, tətbiq edilən uçot standartlarını, müxtəlif təsər- rüfat subyektlərində maliyyə hesabatlarının tərtib olunmasının zəruriliyini, məlumatların məxfiliyinin qorunması şərtlərini, MHBS-na müvafiq surətdə mühasibat uçotunun islahat proqramlarını və əsas konsepsiyasını müəyyən- ləşdirir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublika- sının Vergi Məcəlləsi, “Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Res- publikası Qanunu və digər bu kimi qanunlar ölkəmizdə mühasibat uçotunu və maliyyə hesabatını qanunvericilik üzrə tənzimləyən normativ sənədlərə aid edilir.
İkinci səviyyə dedikdə, Respublika Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında hazırlanmış olan Milli Mühasibat Uçotu Standartları (MMUS) başa düşülür. 2008-ci ildən qüvvədə olan Milli Müha- sibat Uçotu Standartları “Mühasibat Uçotu haqqında” Azərbaycan Res- publikası Qanununun əsas müddəalarını konkretləşdirir və konkret təsərrüfat əməliyyatlarının uçotu ilə bağlı müxtəlif metodoloji məsələləri nəzərdən keçirir. Hal-hazırda respublikada kommersiya təşkilatları üçün 37, büdcə

təşkilatları üçün 24, qeyri-hökümət təşkilatları üçün 1 standart olmaqla, cəmi 62 Milli Mühasibat Uçotu Standartı fəaliyyət göstərməkdədir.


Müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin yeni hesablar planı da Milli Mühasibat Uçotu Standartlarının tərkib hissəsi ollmaqla, ikinci sə- viyyəyə aid edilir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin