Maliyyə hesabatı


İstehsalat, yaxud idarəetmə məqsədləri üçün mühasibat informa-



Yüklə 3,18 Mb.
səhifə11/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

İstehsalat, yaxud idarəetmə məqsədləri üçün mühasibat informa- siyalarından istifadə edən bölmələrə misal olaraq, təşkilatın plan-iqtisad şöbəsini, marketinq şöbəsini və i.a. göstərmək olar. Konkret olaraq, marketinq xidmətini, hər şeydən əvvəl, təşkilatın anbarlarında olan hazır məhsulların və malların hərəkəti haqqında məlumatlar maraqlandırır.
Müəssisə əmlakının mülkiyyətçiləri mühasibat informasiyalarından istifadəçilərin ayrıca qrupunu təşkil edir. Belə ki, bəzi hallarda müəssisənin təsisçiləri və iştirakçıları mülkiyyətçi hesab olunmurlar. Əmlak mülkiyyət- çiləri onlardan daha effektiv istifadə olunmasında maraqlıdırlar. Əmlakın effektivliyinin təhlili üçün mühasibat hesabatının məlumatlarından istifadə olunur.
Təşkilatın işçi heyətini müvafiq hesabat ilində alınan mənfəətin kütləsi, maddi maraq və digər fondların ölçüsü və s. maraqlandırır.
Təsisçilər, səhmdarlar təsərrüfat cəmiyyətinin iştirakçıları qoyduqları vəsaitdən nə qədər effektiv surətdə istifadə olundüğunu bilməyi arzulayırlar. Buna görə də onlar üçün başlıca informasiya bir səhmə düşən ümumi mənfəətin həcmi, həmçinin təşkilatın aktivlərinin strukturu hesab olunur.
Təşkilatın investorlarını onun maliyyə sabitliyi (cari və uzunmüd- dətli öhdəlikləri vaxtında ödəyə bilmək bacarığı) maraqlandırır. Bu zaman borcların strukturu və aktivlərin strukturu əsas rol oynayır. Eyni zamanda investorları əlavə informasiyalar da maraqlandırır: məsələn, təşkilatın fəaliyyətinin fəal dövru, bağlanılan və icra olunan müqavilələrin sayı, məh- sul buraxılışının həcmi, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin həcmi və s.
Kreditorlar üçün təşkilat tərəfindən cari öhdəliklərin nə qədər ope- rativ və tam ödənilə bilinməsi haqqında məlumatlar birincidərəcəli əhəmiy- yətə malikdir. Müvafiq surətdə kreditorlar üçün elan olunmuş nizamnamə kapitalının, xüsusi kapitalın, habelə təşkilatın xalis aktivlərinin ölçüsü haqda informasiyalar çox böyük əhəmiyyət kəsb edir.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin