Maliyyə hesabatı


Maliyyə hesabatının mahiyyəti



Yüklə 3,18 Mb.
səhifə19/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatının mahiyyəti


  • İllik maliyyə hesabatının konseptual əsasları
  • Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri


  • Maliyyə hesabatının təqdim olunduğu ünvanlar müddətlər
  • Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası


  • İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biridir



      1. Maliyyə hesabatının mahiyyəti


    Maliyyə hesabatı təşkilatın təsərrüfat proseslərinin dərk olunmasının başlıca informasiya mənbəyidir. Mühasibat uçotu təşkilatın təsərrüfat- maliyyə proseslərinin maliyyə hesabatının tələblərinə uyğun işlənməsində özünəməxsus üsullardan istifadə edir və bu üsullar uçotun digər növlərində tətbiq olunmur. Mühasibat uçotunda təsərrüfat faktlarının qeydə alınmasının və ümumiləşdirilməsinin məntiqi davamı öz əksini maliyyə hesabatında tapır. Uçot informasiyalarının işlənilməsinin və maliyyə hesabatının gös- təricilərinin formalaşması məntiqinin dərk olunması, bütövlükdə maliyyə və idarəetmə qərarlarının qəbulu üçün çox mühüm şərtdir.


    Müxtəlif ölkələrdə maliyyə hesabatları bütövlükdə eyni mahiyyət kəsb etsə də onların tərtib olunma qaydası müxtəlifdir. Bəzi ölkələrdə hesabatın tərtib olunma qaydası və prinsipləri, burada uçot informasiyalarının açıqlan- ması qanunvericilik səviyyəsində tənzimlənir. Digər ölkələrdə isə bu məsələ ilə bilavasitə hesabatı tərtib edənlər məşğul olurlar. Buna görə də iqtisadi fəaliyyət subyektləri tərəfindən tərtib olunan hesabatlar həm özünün xarici görüşünə, həm də daxili məzmununa görə fərqli ola bilər. Mühasibat uçotu və hesabatın milli sistemlərinin harmonizasiyası üçün bir sıra ölkələrdə onların Beynəlxalq Standartlara uyğunlaşdırılması istiqamətində çox böyük işlər görülmüşdür. Şübhə yoxdur ki, hesabatın tərtibinə xaotik yanaşma ilə

    müqaisədə onların harmonizasiyası, bəzən də standartlaşdırılması biznes üçün əlverişli şərait yaradır.


    Mühasibat uçotunun son məhsulu dedikdə, maliyyə hesabatı başa düşülür.
    2005-2008-ci illər ərzində Respublika Maliyyə Nazirliyi kommersiya təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24 və qeyri- hökumət təşkilatları üçün 1 Milli Mühasibat Uçotu Standartları hazırlamışdır. Həmin standartlar respublikanın uçot və hesabat praktikasında 2008-ci ildən etibarən tətbiq olunmağa başlanılmışdır.
    Maraqlı istifadəçilərin ümumi ehtiyaclarını ödəmək üçün mühasibat uçotunda aşağıdakı informasiyalar formalaşır:

    • Təsərrüfat subyektinin maliyyə vəziyyəti haqqında informasiyalar;

    • Təsərrüfat subyektinin maliyyə nəticələri haqqında informasiyalar;

    • Təsərrüfat subyektinin maliyyə vəziyyətində dəyişikliklər, yaxud pul vəsaitlərinin hərəkəti haqqında informasiyalar.

    Məlum olduğu kimi, təşkilatın maliyyə vəziyyəti haqqında informasi- yalar əsasən mühasibat balansı şəklində, maliyyə nəticələri haqqında infor- masiyalar mənfəət və zərərlər haqqında hesabat şəklində, maliyyə vəziyyə- tindəki dəyişikliklər haqqında informasiyalar isə pul vəsaitlərinin hərəkəti haqqında hesabat şəklində formalaşdırılır.



      1. Yüklə 3,18 Mb.

        Dostları ilə paylaş:
  • 1   ...   15   16   17   18   19   20   21   22   ...   124




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin