Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə21/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

İşgüzar təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir.
Hökumət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informa- siya ilə təmin olunmalıdır.
Cəmiyyət qrupu dedikdə, buraya müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qurumlar başa düşülür. Maliyyə hesabatı ictimaiyyəti müəssisənin müxtəlif sahələrinin fəaliyyətində mövcud olan meyillərdə baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.


    1. Maliyyyə hesabatının keyfiyyət xüsusiyyətləri


Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinə aşağıdakılar aiddir:



  • münasiblik;

  • əhəmiyyətlilik;

  • etibarlılıq;

  • düzgün təqdimat;

  • mahiyyətin formadan üstünlüyü;

  • neytrallıq;

  • ehtiyatlılıq;

  • tamlıq;

  • müqayisəlilik;

  • ardıcıllıq;

  • anlaşıqlıq.



Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçi- lərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun mahiyyəti və əhəmiyyətindən asılıdır.
Maliyyə hesabatını təqdim edənlər tərəfindən nəzərə alınmaması və ya təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur.
Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya etibarlı sayılır. İstifadəçilər bu informasiyaların etibarlı olduğuna inandıqda, ona arxalana bilərlər. Etibarlı informasiya neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlərə malik olmalıdır.
Müəssisənin maliyyə hesabatında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız, əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında mümkün qədər obyektiv əks etdirilməsini nəzərdə tutur. Bu, o deməkdir ki, hesabat tarixinə mövcud olan

aktivlər, öhdəliklər, kapital, gəlirlər və xərclərlə əlaqədar bütün əməliyyatlar maliyyə hesabatında düzgün əks etdirilməlidir.


Maliyyə hesabatında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.
Maliyyə hesabatında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni qərəzsiz olmalıdır.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin