Maliyyə hesabatı


Maliyyə hesabatının MHBS-ə uyğun transformasiyası



Yüklə 3,18 Mb.
səhifə17/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatının MHBS-ə uyğun transformasiyası


Maliyyə hesabatlarının transformasiyası prosesinin təşkili müəssisələrdə mühasibat uçotunun aparılmasının struktur xüsusiyyətləri ilə müəyyənləş- dirilir. Bunun üçün müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin uçotu proseslərində istifadə olunan jurnal-orderlərin, işləmə cədvəllərinin (vedo- mostların), Baş Kitabın və icmal uçot registrlərinin vahid formata gə- tirilməsi tələb olunur.


Hesabatın transformasiyası üçün aşağıdakılardan istifadə edilir:

  • İcmal transformasiya cədvəli;

  • Transformasiya mühasibat yazılışlarının məbləğlərinin əks etdirildiyi işçi cədvəllər;

  • Nizamlayıcı yazılışların sistemləşdirilməsi üçün zəruri sayılan transfor- masiya mühasib yazılışlarının jurnalları;

  • Uçotun bölmələri üzrə xüsusi transformasiya cədvəlləri.

Maliyyə hesabatları transformasiya olunduqda, balans hesabatının, eləcə də mənfəət və zərərlər haqqında hesabatın göstəriciləri yenidən hesablanmağa məruz qalır. Digər hesabat formaları isə onların əsasında formalaşır. İzahedici qeydlərdə təşkilatın qəbul etdiyi uçot siyasətinin xüsusiyyətləri və transformasiyanın üsulları göstərilir.
Hesabatların transformasiyası üçün müəyyən ardıcıllığı gözləməklə, aşağıda göstərilən hər bir addımın atılması zəruridir:

  • Maliyyə hesabatının beynəlxalq standartlarının maddələrinin tərkibini müəyyən etmək. Maliyyə hesabatları formalarının paketi transformasiya başlananadək təqdim olunmalıdır. Eyni zamanda MHBS üzrə hesabat- ların formalaşması üçün uçot siyasəti də müəyyənləşdirilməlidir;

  • Milli mühasibat hesabatlarının maddələrini açıqlamaq;

  • Hesablar üzrə qalıqların və dövriyyələrin açıqlanmasını həyata keçir- mək;




  • Uçot bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün milli hesa- batların təşkil olunduğu hesablar üzrə qalıqlara (dövriyyələrə) düzəlişlər aparmaq;

  • Beynəlxalq standartların maddələri üzrə qalıqları qruplaşdırmaq və onların əsasında hesabat formalarını doldurmaq;

  • Transformasiya haqqında informasiyaları sistemə salmaq.

Yuxarıda qeyd olunan bütün əməliyyatlar icmal transformasiya cəd- vəllərinin köməyilə həyata keçirilir. İcmal transformasiya cədvəlləri- nin strukturunu aşağıdakı bloklar şəklində birləşdirmək olar:

  • Mühasibat uçotu hesabları üzrə tərtib edilən dövriyyə-saldo balansı;

  • Beynəlxalq standartların uçot bazaları əsasında hesablar üzrə tətbiq edilən qalıqları (dövriyyələri) tənzimləmək ;

  • Beynəlxalq hesabat maddələri üzrə qalıqlar. Bu blok transformasiyanın yekun nəticələrindən ibarətdir və iki sütunu birləşdirir; beynəlxalq hesabatın maddələri üzrə məbləğlərin yekunu və beynəlxalq hesabatın maddələrinin kodu və adı.

İcmal transformasiya cədvəli həm balansın, həm də mənfəət və zərərlər haqqında hesabatın maddələrini özündə birləşdirir.
İcmal transformasiya cədvəllərindəki məlumatların bütövlüyünə nəzarət vasitəsi kimi aşağıdakı sütunlar üzrə ümumi yekunların yoxlanılması başlıca şərtdir: “Əvvəlinə cəmi”, “Axırına cəmi” və “Məbləğ”. Nəzarətin sadəliyi məlumatların təqdim olunan formatının üstünlüyünü sübut edir.
Hesabat maddələrinin təsnifatının dəqiqləşdirilməsi aşağıdakı qaydaları nəzərə almaqla yerinə yetirilməlidir:

    • Hər bir hesabın ona uyğun gələn maddəsi olmalıdır;

    • Maddələrin sinfi hesabın sinifinə uyğun gəlməlidir. Əgər hesab aktivin uçotu üçün nəzərdə tutulmuşdursa, onda maddə də özlüyündə aktivin növünü təcəssüm etdirməlidir və i.a.

    • Bir məsələni nəzərdən qaçırmaq olmaz ki, cədvəldəki sətirlərin marki- rovkası üçün nəzərdə tutulan maddələrin şifrəsi və adı, həmin maddələr üzrə yekun çıxarılan zaman düzgün qruplaşdırma üçün hesabat formalarında göstərilən cədvəllərin sətirlərı ilə üst-üstə düşməlidir.

Təsnifatın yenidən dəqiqləşdirilməsinin aparılması dövriyyə-saldo balansının mövqeyinin gələcəkdə detallaşdırılmasının zəruriliyi ilə bağlıdır.


Nizamlayıcı yazılışların məbləğini hesablamaq üçün transformasiya cəd- vəllərinin dövriyyə-saldo balansında olan icmal məlumatlar adətən kifayət etmir. Burada ayrı-ayrı obyektlər əsasında məlumatlara diqqət yetirmək zəruridir. Belə informasiyaların yığılması və işlənilməsi üçün işçi cədvəllər nəzərdə tutulmuşdur. Həmin cədvəllərin köməyilə aşağıdakı funksiyalar reallaşdırılır:

  • uçot qeydlərinin qruplaşdılması;

  • uçot məlumatlarının paralel surətdə interpretasiyası;

  • nizamlayıcı yazılışların məbləğlərinin hesablanması;

  • milli uçot sistemində tanınmayan aktivlərin və öhdəliklərin qiymət- ləndirilməsi.

İşçi cədvəllərin sayının çoxluğu uçot obyektlərinin xüsusiyyətləri ilə, ilkin məlumatların tərkibindəki fərqlərlə və uçotun müxtəlif sahələri üçün nizamlayıcı hesablama üsullarındakı fərqlərlə izah olunur.
İşçi cədvələrin sayı təşkilatların spesifikliyindən, mühasibat uçotunun vəziyyətindən və transformasiya prosesinin təşkilindən asılıdır.
Transformasiya yazılışları jurnalları və xüsusi transformasiya cədvəlləri işçi cədvəllərlə əlaqələndirilməklə, transformasiya prosesinin təşkilində, iş sahələrinin icraçılar arasında bölüşdürülməsində, habelə nəticələrin möh- kəmləndirilməsində və transformasiya metodlarının tətbiqinin ardıcıllığının təmin edilməsində çox böyük rol oynayır.
Transformasiya yazılışları jurnalı işçi cədvəllərin yekunları əsasında nizamlayıcı yazılışların formalaşması üçün nəzərdə tutulmuşdur. Jurnalda debet və kredit üzrə hansı hesablarda transformasiya cədvəllərində nizam- layıcı məbləğlərin əksini tapması göstərilməlidir.
Transformasiya yazılışları jurnalında qeydlərin aşağıdakı strukturu mövcuddur:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin