Maliyyə hesabatı


İllik maliyyə hesabatının konseptual əsasları



Yüklə 3,18 Mb.
səhifə20/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

İllik maliyyə hesabatının konseptual əsasları


Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. Konseptual əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatının hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və qaydalar kom- mersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir.


Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının və cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu müəs- sisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın ma- liyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını hazır-

layanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.


Maliyyə hesabatının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərma- yədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu işçilər- dən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə, işgüzar təmas qruplarından ibarətdir.
Səhmdarlar qrupuna mövcud və potensial mülkiyyətçilər daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiyalar ilə təmin olunmalıdır.
Borcverənlər qrupuna veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borcverən subyektlər aiddir.
Muzdlu işçilər qrupuna müəssisədə keçmişdə və hal-hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əməkhaqqının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.
Analitiklər məsləhətçilər qrupuna maliyyə ekspertləri və təd- qiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdırlar.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin