Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə14/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Beynəlxalq statistika. Milli iqtisadiyyatın beynəlxalq statistik məlu- matlarda verilməsi müqayisə edilməlidir.

Beləliklə, mühasibat uçotu və hesabatı modellərinin uyğunsuzluğu problemi nadir hadisə deyildir və buna Azərbaycanda da rast gəlinir. Müa- sir dövrdə bu problem qlobal xarakter daşıyır. Maliyyə hesabatlarının tərtib edilməsi və istifadəsi prosesində bütün dünyada maliyyə hesabatlarının unifikasiyası problemi meydana çıxır. Daha konkret desək, dünyanın müxtəlif ölkələrində uçotda istifadə edilən prinsip və metodların yaxınlaş- dırılması, mühasibat uçotu və hesabatın vahidliyi kimi məsələlər çox böyük önəm daşıyır.
Hal-hazırda adı çəkilən problemin həllinə iki cür yanaşma mövcuddur: harmonizasiya və standartlaşdırma. Bir çox hallarda bu terminlər bir sino- nim kimi işlədilir, bəzən isə onların əhəmiyyəti müxtəlif ola bilər. Məsələn, standartlaşdırma dedikdə, tətbiq üçun mümkün olan bir neçə alternativ prinsipdən və metoddan birinin seçilməsi başa düşülür. Harmonizasiya dedikdə isə müxtəlif sistemləri qarşılıqlı surətdə uyğulaşdırmaq üçun razılığa gətirmək başa düşülür.
Mühasibat uçotunun müxtəlif sistemlərinin harmonizasiyası ideyası Avropa İttifaqı çərçivəsində reallaşır. Bu ideyanın mahiyyəti bundadır ki, hər bir ölkə uçot və hesabat sistemləri üzrə özünün modellərini verə bilər. Başlıcası isə həmin standartlar digər Avropa İttifaqı ölkələrində qüvvədə olan standartlarla ziddiyyət təşkil etməməlidir, başqa sözlə, onlar biri-birilə “harmoniyada” olmalıdır. Bu istiqamətdə işlər 1961-ci ildən həyata keçi- rilir. Avropa İttifaqı ölkələrində uçotun inkişafı konsepsiyasını formalaş- dırmaq üçün mühasibat uçotu və hesabat problemləri üzrə tədqiqat qrupu yaradılmışdır. Onun fəaliyyəti şirkətlər haqqında Qanunun Milli versiyala- rının harmonizasiyası proqramının bir tərkib hissəsi kimi nəzərdə tutulur. Tədqiqatın nəticələri normativ sənədlər şəklində dərc olunmuş və Avropa İttifaqına daxil olan ölkələrin uçot və hesabat sistemində tətbiq edilməsi tövsiyə edilmişdir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin