Pul vəsaitlərinin daxil olmaları məhsulların, iş və xidmətlərin satı- şından; səhmlərin əlavə emissiyasından, nizamnamə kapitalının artmasın- dan, kreditlərin, borcların, korporativ istiqrazların buraxılışından alınan gəlirlər hesabına həyata keçirilir.
Pul vəsaitlərinin axını aşağıdakı hallarda baş verir: cari xərclərin ödənilməsi; investisiya xərcləri; büdcəyə ödənişlər; büdcədənkənar fondlara ödənişlər; müəssisənin səhmdarlarına dividendlərin ödənilməsi və i.a.
Pul vəsaitlərinin xalis daxilolmaları (nağd pul ehtiyatları) pul vəsait- lərinin bütün daxilolmaları və ayırmaları arasındakı fərq kimi formalaşır.
Müəssisədə meydana gələn pul vəsaitlərinin çoxcəhətliyini praktikada mövcud olan bir sıra mümkün əlamətlərinə görə təsnifləşdirmək mümkün- dür. Belə bir təsnifatı aşağıdakı şəkildə təsəvvür etmək olar (sxem 6.2).
Sxem 6.2. Müəssisənin pul axınlarının təsnifatı
Qeyd olunan təsnifatın hər bir qrupunun qısa xarakteristikasını araşdıraq:
Maliyyə-təsərrüfat proseslərinə xidmət göstərilməsinin miqyasına görə pul axınlarını aşağıdakı qruplara bölmək olar:
müəssisənin pul axınları;
struktur bölmələrinin pul axınları;
müxtəlif təsərrüfat əməliyyatlarının pul axınları.
Müəssisənin pul axınları həmin qrupda ən ümumiləşdirici hesab olunur. O, pul vəsaitlərinin daxil olmasını və istifadəsini müəssisə üzrə bütövlükdə xarakterizə edir və özündə struktur bölmələrinin pul axınlarını və müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarını birləşdirir.
Hər bir struktur bölməsinin pul axınları ayrılıqda idarəetmənin müxtəlif obyektləri kimi müəssisənin filiallarının, nümayəndəliklərinin və digər struktur bölmələrinin fərqləndirilməsi nəticəsində yaranır.
Müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarının mövcudluğu həmin təsərrüfat əməliyyatlarının müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətinin ayrıca tərkib hissəsi kimi imkanlarından və onunla əlaqədar pul vəsaitlərinin hərəkəti ilə əlaqədar imkanları müəyyənləşdirməkdən asılıdır.
Dostları ilə paylaş: |