Ehtimal etmək təsnifatın necə bir əlaməti kimi pul axınlarının aşağıdakı növlərini fərqləndirir:
planlaşdırılan pul axınları;
planlaşdırılmayan pul axınları.
Planlaşdırılan pul axınları ehtimal etmək imkanlarına əsaslanır. Həmin ehtimala görə müəssisədə pul vəsaitlərinin nə zaman və hansı məbləğdə daxil olacağı və istifadəsi nəzərdə tutulur. Pul vəsaitlərinin hərəkəti müəssisədə plandankənar baş verirsə, bu, planlaşdırılmayan pul axınları kimi təsnifləşdirilir.
Formalaşmanın fasiləsizliyindən asılı olaraq müəssisədə müntəzəm pul axını və diskret pul axını mövcud ola bilər.
Müntəzəm pul axınlarına görə pul vəsaitlərinin daxil olması və istifadəsi araşdırılan dövrdə müxtəlif intervallar üzrə müntəzəm sürətdə həyata keçirilir.
Diskret pul axınları dedikdə nəzərdə tutulan dövrdə müəssisənin hər hansı bir maliyyə-təsərrüfat əməliyyatının həyata keçirilməsi ilə əlaqədar pul vəsaitlərinin hərəkəti nəzərdə tutulur.
Vaxtın qiymətləndirilməsindən asılı olaraq cari pul axınlarını və gələcək pul axınlarını fərqləndirmək olar.
Cari pul axınları vaxtın cari anına görə pul vəsaitlərinin hərəkətini nəzərdə tutur.
Gələcək pul axınları vaxtın konkret gələcək anına görə pul vəsaitlərinin hərəkətini nəzərdə tutur.
Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin hərəkətinin hesablanması metodları
Pul vəsaitlərinin hərəkətini effektiv idarə etmək üçün aşağıdakıları bilmək vacibdir:
müəyyən zaman kəsiyində (ay, rüb, il) onların kəmiyyəti;
onların əsas elementləri;
pul vəsaitlərinin axınını generasiya edən fəaliyyət növləri.
Müxtəlif ölkələrdə pul axınlarının qiymətləndirilməsi birbaşa, yaxud dolayı metodlarla həyata keçirilə bilər. MHBS-da hər iki metoddan istifadə edilməsi tövsiyə olunur. Milli Mühasibat Uçotu Standartlarına görə Azərbaycanda bu məqsəd üçün yalnız dolayı metoddan istifadə tələb olunur. Əslində müstəqim metod hesablama prosedurunun sadəliyi ilə seçilir, habelə mühasiblər və maliyyəçilər üçün daha anlaşıqlıdır. Bu metod bila- vasitə mühasibat uçotunun registrləri (baş kitab, jurnal-orderlər) ilə əlaqə- dardır, göstəricilərin hesablanması, pul vəsaitlərinin daxil və xaric olmasına nəzarəti həyata keçirmək üçün əlverişlidir. Bu zaman həm müəssisə üzrə bütövlükdə, həm də fəaliyyətin müxtəlif növləri üzrə daxilolmaların ödə- nişləri üstələməsi vəsaitlərin artımını, ödənişlərin daxilolmaları üstələməsi
isə vəsaitlərin azalmasını göstərir.
Eyni zamanda pul vəsaitlərinin hərəkətinin kəmiyyətinin hesablan- masının birbaşa metodu müəssisənin likvidlik səviyyəsini qiymətləndirmək nöqteyi – nəzərindən də çox maraqlıdır.
Müəssisənin maliyyəsinin operativ idarə edilməsində birbaşa metod satışdan alınan gəlirlərin formalaşması proseslərinə nəzarət etmək üçün də istifadə oluna bilər. Bu metodun başlıca çatışmazlıqı bundadır ki, o, müəs- sisənin aldığı maliyyə nəticələri (mənfəət) ilə pul vəsaitlərinin mütləq ölçüsündəki dəyişikliklər arasındakı qarşılıqlı əlaqəni nəzərə almır.
Analitiklərin nöqteyi-nəzərindən dolayı metod daha məqsədəuy- ğundur. Bu metod alınmış mənfəətlə, müəssisənin pul vəsaitlərinin kəmiy- yətindəki dəyişikliklər arasındakı qarşılıqlı əlaqəni daha dəqiq müəyyən- ləşdirir. Dolayı metod xalis mənfəətlə və əməliyyat fəaliyyətindən alınan xalis pul axını arasındakı fərqin müəyyənləşdirilməsinə əsaslanır.
Adı çəkilən metod tətbiq olunduqda hesabatın formalaşması və təqdimatına bilavasitə mənfəət və zərər haqqında hesabatdan götürülən xalis mənfəət, yaxud zərər göstəricisindən başlanılır. Əməliyyat fəaliyyətindən alınan xalis pul axınını müəyyənləşdirmək üçün pul vəsaitlərinin hərəkəti ilə əlaqəsi olmayan gəlir və xərclərin müxtəlif maddələrinə düzəliş edilməsi həyata keçirilir. Məsələn, amortizasiya ayırmalarının məbləği bərpa olun- malıdır. Belə ki, bu məbləğ xərc hesab olunur və gəlirləri azaldır, lakin o, pul vəsaitlərinin hərəkəti ilə əlaqədar deyildir. Dolayı metod əsasında hazırlanılan pul vəsaitlərinin hərəkəti haqqında hesabat cari aktivlərin və cari öhdəliklərin əksər maddələrindəki dəyişikliyi nəzərə alır. Əməliyyat fəaliyyətindən alınan pul axınlarının hesablanması ehtiyatlardakı, debitor borclarındakı və digər analoji maddələrdəki dəyişikliklərin uçota alınması ilə əlaqədardır. Ümumiyyətlə, aparılan düzəlişlər heç də mürəkkəb deyildir, lakin onların bəzilərinin əlavə təhlilə ehtiyacı var. Məsələn, satışdan daxilol- maları hesablamaq üçün debitor borclarının məbləğindəki dəyişiklikləri, habelə şübhəli borclar üzrə dəyişiklikləri hökmən nəzərə almaq lazımdır.
Dolayı metoddan istifadə olunduqda düzəlişlər təxirə salınan vergi- lərin məbləğinə, azlıqların payına, reallaşdırılmayan məzənnə fərqlərinə, habelə kapital metodu üzrə uçot aparılan zaman investisiyalardan alınan gəlirlərə və zərərlərə aid edilir. Müvafiq sürətdə artımın məbləği kassa metodu üzrə gəlirlərin hesablanması üçün hesablama metodu əsasında gəlir- lərdən çıxılır. Pul axınlarını hesablamaq üçün cari aktivlərin dəyər artımı gəlirlərdən çıxılmalıdır. Pul axınları hesablandıqda cari öhdəliklərin kəmiy- yətinin artımı gəlirləri artırır. Məsələn, əməkhaqqının hesablanılması mən- fəət və zərərlər haqqında hesabatda xərc kimi əks etdirilir, lakin o, pul vəsaitlərinin azalmasına gətirib çıxarmır.
Dolayı metodun əsas çatışmazlığı onda verilən informasiyaların hesa- batın istifadəçiləri tərəfindən çətin dərk olunmasındadır. Konkret olaraq pulun hansı mənbələrdən daxil olması və hansı məqsədlərə sərf edilməsi hesabatdan görünmür.
Əməliyyat, investisiya və yaxud maliyyə fəaliyyətindən pul vəsaitlə- rinin hərəkəti haqqında məlumatlar hesabatda netto-metod üzrə də verilə bilər:
pul daxilolmaları və müştərinin adından ödənişlər (pul vəsaitlərinin hərəkəti müəssisənin fəaliyyətini deyil, daha çox müştərinin fəaliyyətini əks etdirdikdə);
yüksək dövriyyəni xarakterizə edən maddələr üzrə pul daxilolmaları və ödənişləri (iri məbləğlərlə və qısamüddətli ödənişlərlə), məsələn:
bank depoziti üzrə akseptləşdirmə (ödəniş);
daşınmaz obyektin mülkiyyətçisi adından toplanılan icarə haqqı;
investisiya qoyan şirkətlər tərəfindən müştərilər üçün nəzərdə tutulan maliyyə vəsaiti.
Əməliyyat fəaliyyəti nəticəsində pul vəsaitlərinin artımını, yaxud azal- masını hesablamaq üçün aşağıdakı əməliyyatları həyata keçirmək zəruridir:
pul axınlarının qiymətləndirilməsi metodundan asılı olaraq, dövriyyə aktivlərini və qısamüddətli öhdəlikləri (passivləri) hesablamaq. Dövriyyə aktivlərinin maddələrinə düzəliş edildikdə, həmin dövrdə onların artımını müəssisənin sərəncamında qalan xalis mənfəətdən çıxmaq, azalmasını isə həmin mənfəətin üzərinə gəlmək lazımdır. Qısamüddətli öhdəliklərə düzə- lişlər edildikdə isə əksinə, onların artımı xalis mənfəətin üzərinə gəlinmə- lidir. Belə ki, bu məbləğ pul vəsaitlərinin azalması deyildir. Həmin öhdə- liklərin azalması isə xalis mənfəətdən çıxılır;
xalis mənfəəti pul vəsaitlərinin ödənişini tələb etməyən xərclərə düzəliş etməli. Bunun üçün dövr ərzində xərclərin məlumatlarıını (əsas və- saitlərin və qeyri-maddi aktivlərin amortizasiyası) xalis mənfəətə əlavə etmək lazımdır;
dövriyyədənkənar aktivlərin və emitentlərin qiymətli kağızlarının satışından maliyyə nəticələrinə aid edilən və əsas fəaliyyətdən alınmayan mənfəət və zərərlərin təsirini istisna etmək. Mənfəət və zərərlər haqqında hesabatda xalis mənfəət hesablandıqda, həmin əməliyyatların təsiri təkrarən hesaba daxil edilməmək üçün aşağıdakı qaydada düzəliş edilir: həmin əməliyyatlardan alınan zərərləri xalis mənfəətə əlavə etmək, xərcləri isə xalis mənfəətin məbləğindən çıxılmalı olan gəlirlərə aid etmək lazımdır.
Beləliklə, başlıca etibarsız amil əsas vəsaitlərin və qeyri-maddi aktiv- lərin amortizasiyası hesab olunur. Mühasibat müxabirləşmələrində amor-
tizasiya ayırmaları məhsulların maya dəyərinin elementi kimi çıxılır. Buna görə də dövr ərzində pul axınları hesablandıqda, həmin ayırmaların məb- ləğini bərpa etmək lazımdır, başqa sözlə, hesablanılan köhnəlmə məbləğini xalis mənfəətin kəmiyyətinə əlavə etmək lazımdır. Daha konkret desək, etibarsız (ümidsiz) maddələrə aiddir:
amortizasiya olunmayan əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin qalıq dəyərlərinin maliyyə nəticələrinin azalmasına silinən məbləği;
əmlakın müxtəlif növlərinin satışı mümkün satış qiyməti ilə qalıq dəyəri arasındakı fərq şəklində mənfəətdə əks etdirilir. Eyni zamanda hesabat dövründə pulların daxil olması satış qiymətinə bərabər qiymətlə tam məbləğdə mənfəətə əlavə edilməlidir;
material məsrəfləri istehsala buraxıldıqca məhsulların maya dəyəri- nin tərkibinə daxil edilir. Eyni zamanda istehsalat ehtiyatlarının və xərclərin artan məbləğini mənfəətdən çıxmaq lazımdır;
cari passivlərin qısamüddətli passivlər hesabları üzrə qalıqların artdığı halda pulların artması halları müşahidə edildikdə, həmin məbləğ həcmində mənfəət artırılmalıdır.
İnkişaf etmiş ölkələrin mühasibat hesabatı formalarında ehtiyatların və xərclərin uçota alındığı hesablar üzrə əməliyyatlar hesabına mənfəətdə düzəlişlər, habelə qısamüddətli borclar bir maddə şəklində əks etdirilir: xalis dövriyyə kapitalının dəyişilməsi (dövriyyə aktivləri- qısamüddətli pas- sivlər). Xalis dövriyyə kapitalının artması pul vəsaitlərinin azalmasını, kapi- talın azalması isə onun artmasını göstərir. Eyni zamanda real, yaxud ma- liyyə investisiyaları ilə əlaqədar pulların azalmasını da nəzərə almaq lazım- dıır. Bu göstəricilər mənfəət göstəricisində öz əksini tapmır.
Daxilolmaların və ödənişlərin müqayisəsi fəaliyyətinin hər bir növü üzrə maliyyə nəticələrini müəyyənləşdirilməyə imkan verir. Daha sonra alınan məlumatlardan gələcək dövrə pul axınlarını proqnozlaşdırmaq üçün istifadə etmək olar. Dövr ərzində pul vəsaitlərinin ümumilikdə artımı heç də həmişə müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması demək deyildir. Hər şey ondan asılıdır ki, gələcəkdə həmin pul vəsaiti fəaliyyətinin hansı növlərinin inkişafına yönəldiləcəkdir.
Pul vəsaitlərinin istifadəsi haqqında əsaslandırılmış qərarlar qəbul etmək üçün fəaliyyətin müxtəlif növləri (əməliyyat, investisiya, maliyyə)
pul vəsaitlərinin daxil olması və istifadəsi haqqında informasiyalara malik olmaq çox vacibdir.
Müəssisənin pul vəsaitlərinin axınının idarə olunması aşağıdakı aktual səbəblərlə müəyyənləşdirilir:
pul axınları müəssisənin təsərrüfat fəaliyyətinin praktik sürətdə bütün aspektlərinin aparılmasına xidmət göstərir;
pul axınlarının effektiv idarə olunması müəssisənin maliyyə taraz- lığını təmin edir və borc kapitalına olan tələbatı minimuma endirir;
pul axınlarının rasional idarə olunması əməliyyat prosesinin ahəng- darlığının yüksəlməsinə, ödəmə qabiliyyəti riskinin aşağı salınmasına, müəssisə kapitalının dövranının sürətləndirilməsinə gətirib çıxarır.
Pul axınlarının idarə olunması prosesi özündə aşağıdakıları birləşdirir:
pul axınları büdcəsinin tərtib edilməsi;
pul vəsaitləri ilə əlaqədar əməliyyatların tam, öz vaxtında və dolğun şəkildə uçotu;
hesablaşma əməliyyatlarının auditi (hesablaşma əməliyyatlarının baş tutmasının qanuniliyinə nəzarət, onların uçotda dürüst əks etdirilməsi);
pul axınlarının təhlili;
pul vəsaitlərinin optimal səviyyəsinin müəyyən edilməsi;
pul axınlarının proqnozlaşdırılması.
İştirak payı metodu və ya faktikı məsrəflər metodundan istifadə etməklə törəmə və ya asılı müəssisələrə qoyulmuş investisiyaların uçotu zamanı pul vəsaitlərinin hərəkəti haqqında hesabatda yalnız maliyyə hesa- batlarını tərtib edən müəssisə (investor) ilə həmin müəssisələr arasında yaranmış pul vəsaitlərinin hərəkəti təqdim edilir.
Mütənasib konsolidasiya metodundan istifadə etməklə konsolidə edil- miş hesabatını tərtib edən müəssisə (investor) birgə idarə olunan müəssisədə öz iştirak payının uçotunun aparılması zamanı təqdim etdiyi pul vəsait- lərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatına birgə idarəolunan müəssisənin pul vəsaitlərinin hərəkətinə öz mütənasib payını daxil edir.
Maliyyə hesabatını tərtib edən müəssisə (investor) iştirak payı metodundan istifadə etməklə, pul vəsaitlərinin hərəkəti haqqında hesabatına birgə idarə olunan müəssisəyə onun tərəfindən investisiyaların qoyulması, həmin müəssisədə kapitalın bölüşdürülməsi üzrə vəsaitin alınması, habelə
bu müəssisələr arasında digər hesablaşmalar ilə bağlı pul vəsaitlərinin hərəkətini daxil edir.
Pul vəsaitlərindən, yaxud onların ekvivalentlərindən istifadəni tələb etməyən investisiya və ya maliyyə əməliyyatları pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan çıxılmalıdır. Bu qəbildən olan əməliyyatlar maliyyə hesabatlarında elə açıqlanmalıdır ki, o, belə investisiya və maliyyə fəaliyyəti haqqında bütün əhəmiyyətli informasiyaları təmin edə bilsin.
İnvestisiya və maliyyə fəaliyyətinin həyata keçirilməsi pul vəsait- lərinin cari hərəkətinə bilavasitə təsir göstərməsə də, müəssisənin kapitalının və aktivlərinin strukturuna təsir göstərə bilər. Belə əməliyyatlar fəaliyyətinin müvafiq növləri haqqında əhəmiyyətli informasiyaların təmin olunması məqsədilə maliyyə hesabatlarında açıqlanmalıdır. Qeyri-pul əməliyyatlarına misal olaraq şirkətlətin bilavasitə səhmlərin buraxılması yolu ilə əldə olunması və səhmlərə qoyulan uzunmüddətli öhdəliklərin konvertasiyası göstərilə bilər.
Müəssisənin hesabatında rəhbərlərin şərhi ilə birlikdə, aşağıdakı məlu- matlar da açıqlanmalıdır:
əməliyyat və investisiya fəaliyyəti ilə bağlı razılaşdırılmış gələcək öhdəliklərin ödənilməsinə yönəldilə biləcək kredit xəttinin istifadə olunma- mış məbləğləri;
mütənasib konsolidasiya metodu ilə təqdim olunan və birgə fəaliyyətdə iştirak payına aid olan əməliyyat, investisiya və maliyyələşmə üzrə fəaliyyətlərdən yaranan pul vəsaitlərinin hərəkətinin ümumiləşdirilmiş məbləğləri;
əməliyyat məhsuldarlığının saxlanılması üçün zəruri sayılan pul vəsaitlərinin hərəkətindən ayrıca olaraq, əməliyyat məhsuldarlığının artma- sını göstərən pul vəsaitlərinin hərəkətinin ümumi məbləği;
hesabatda təqdim olunan hər bir təsərrüfat və coğrafi seqmentlər üzrə əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkətinin məbləğləri.
Dostları ilə paylaş: |