Müəssisəninmaliyyə-təsərrüfatfəaliyyətininnövlərindənasılıolaraq pul axınları aşağıdakı qaydada təsnifləşdirilir:
əməliyyat fəaliyyətinin pul axınları;
investisiya fəaliyyətinin pul axınları;
maliyyə fəaliyyətinin pul axınları.
Əməliyyat fəaliyyətinin pul axınlarıməhsul istehsalı prosesi, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, alınan malların satılması ilə əlaqədar malalanlardan pul vəsaitlərinin daxil olmasını və onların istifa- dəsini xarakterizə edir.
İnvestisiya fəaliyyətinin pul axınları dövriyyə aktivlərinə qoyuluşla və onların satılması ilə əlaqədar müəssisə fəaliyyətinin həyata keçirilməsi zamanı formalaşır.
Maliyyə fəaliyyətinin pul axınlarımüəssisənin qısamüddətli maliyyə qoyuluşları ilə əlaqədar pul vəsaitlərinin hərəkətini xarakterizə edir.
Pulvəsaitlərininhərəkətistiqamətiüzrə onların iki axını fərq- ləndirilir:
daxil olan;
xaric olan.
Daxilolanpulaxınları müəyyən zaman kəsiyi ərzində müəssisəyə daxil olan pul vəsaitlərinin məcmusunu xarakterizə edir.
Xaricolanpulaxınları həmin dövr ərzində müəssisənin istifadə etdiyi pul vəsaitlərinin məcmusunu göstərir.
Həyatakeçirilməformasınagörə pul axınları nağd və nağdsız ola
bilər.
Nağdsızpulaxınlarının xüsusiyyətinə görə onlar müəssisədə yalnız
mühasibat hesablarındakı yazılışlar şəklində formalaşır.
Nağdpulaxınları pul vəsaitlərinin müəssisənin kassası vasitəsilə alınmasını və ödənilməsini xarakterizə edir.
Tədavül sferasından asılı olaraq müəssisənin pul axınları aşağıdakı kimi ola bilər: