Maliyyə hesabatı


Müəssisənin maliyyə-təsərrüfat



Yüklə 3,18 Mb.
səhifə60/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin növlərindən asılı olaraq pul axınları aşağıdakı qaydada təsnifləşdirilir:

  • əməliyyat fəaliyyətinin pul axınları;

  • investisiya fəaliyyətinin pul axınları;

  • maliyyə fəaliyyətinin pul axınları.

Əməliyyat fəaliyyətinin pul axınları məhsul istehsalı prosesi, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, alınan malların satılması ilə əlaqədar malalanlardan pul vəsaitlərinin daxil olmasını və onların istifa- dəsini xarakterizə edir.
İnvestisiya fəaliyyətinin pul axınları dövriyyə aktivlərinə qoyuluşla və onların satılması ilə əlaqədar müəssisə fəaliyyətinin həyata keçirilməsi zamanı formalaşır.
Maliyyə fəaliyyətinin pul axınları müəssisənin qısamüddətli maliyyə qoyuluşları ilə əlaqədar pul vəsaitlərinin hərəkətini xarakterizə edir.
Pul vəsaitlərinin hərəkət istiqaməti üzrə onların iki axını fərq- ləndirilir:

  • daxil olan;




  • xaric olan.

Daxil olan pul axınları müəyyən zaman kəsiyi ərzində müəssisəyə daxil olan pul vəsaitlərinin məcmusunu xarakterizə edir.
Xaric olan pul axınları həmin dövr ərzində müəssisənin istifadə etdiyi pul vəsaitlərinin məcmusunu göstərir.
Həyata keçirilmə formasına görə pul axınları nağd və nağdsız ola
bilər.
Nağdsız pul axınlarının xüsusiyyətinə görə onlar müəssisədə yalnız
mühasibat hesablarındakı yazılışlar şəklində formalaşır.
Nağd pul axınları pul vəsaitlərinin müəssisənin kassası vasitəsilə alınmasını və ödənilməsini xarakterizə edir.
Tədavül sferasından asılı olaraq müəssisənin pul axınları aşağıdakı kimi ola bilər:

  • kənar;

  • daxili.


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin