bank overdraftı - müəssisə ilə kredit təşkilatı arasında xüsusi mü- qavilənin mövcud olduğu halda, müəssisənin həmin kredit təşkilatı qarşısında yaranan qısamüddətli öhdəliyidir. Bu müqaviləyə əsasən:
müəyyən vaxt anında müəssisənin cari hesabında üçüncü tərəf qarşısında olan öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər pul vəsaitlərinin mövcud olmadığı halda, bu öhdəliklər kredit təşkilatının vəsaiti hesabına ödənilir;
alınmış kreditlər və onlara hesablanılan faiz məbləğləri üzrə müəs- sisənin kredit təşkilatı qarşısında yaranmış öhdəlikləri bu müəssisənin cari hesabına mədaxil edilmiş hər hansı pul vəsaitlərinin müəyyən olunmuş qaydada ödənilməsi ilə həyata keçirilir;
fyuçers müqaviləsi – aşağıdakı xüsusiyyətlərə malik olan müqa- vilədir:
müəssisə gələcəkdə müəyyən miqdarda məhsulu və ya maliyyə alətlərini əvvəlcədən razıılaşdırılmış qiymətlə almağı və ya satmağı öz öhdəsinə ğötürür;
adətən, müqavilənin yerinə yetirilməsi real malların alınması və ya verilməsi ilə deyil, müqavilənin bağlandığı tarixə və onun yerinə yetirildiyi tarixə olan qiymətlər arasında fərqin əldə edilməsi, ya ödənilməsi ilə nəticələnir;
svop müqaviləsi gələcəkdə satılması zəmanəti ilə məhsulun və ya maliyyə alətlərinin müvəqqəti alınması üzrə müqavilədir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu
Hər bir müəssisəyə özünün fəaliyyətinin əsas növlərindən asılı olma- yaraq, pul vəsaitləri tələb olunur. Pul vəsaitləri müəssisənin sərəncamında olan pullardan və tələb olunanadək qoyuluşlardan ibarətdir.
Uçot dövrünün axırına pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilən pul vəsaitləri balansda əks etdirilən pul vəsaitləri haqqında məlumatlara uyğun gəlməlidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul daxilolmaları və ödənişləri üç əsas kateqoriyaya bölünür:
əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri;
investisiya fəaliyyətindən yaranan pul vəsaitləri;
maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitləri.
Hər üç kateqoriya üzrə pul vəsaitlərinin axınının qruplaşması müəssisənin əsas fəaliyyətinin hər üç istiqamətinin pul vəsaitlərinə təsirini əks etdirir. Hər üç kateqoriyanın pul vəsaitlərinə kombinələşmiş təsiri dövr ərzində pul vəsaitlərindəki xalis dəyişikliyi müəyyənləşdirir. Daha sonra dövr ərzində pul vəsaitlərindəki xalis dəyişiklik pul vəsaitlərinin ilk və son saldosu ilə üzləşdirilir.
Müəssisə xalis mənfəət və ya zərərə düzəliş edərək, aşağıdakıları nəzərə almaqla, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti haqqında məlumatı hesabatda əks etdirməlidir:
hesabat dövrünün əvvəlinə və sonuna olan ehtiyatlar, əməliyyat debitor və kreditorları üzrə qalıqların dəyişdirilməsini;
qeyri-pul maddələri (amortizasiya, qiymətləndirilmiş öhdəliklər, təxirə salınmış vergi, xarici valyuta mübadiləsindən yaranmış sair gəlirlər və xərclər, asılı müəssisələrin bölüşdürülməmiş mənfəəti və ya zərəri və azlıq təşkil edən mülkiyyətçilərin payları) üzrə açıqlanan informasiyanı;
investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün digər maddələrdə gösrərilmiş infor- masiyanı.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatının qüvvədə olan forma- sına ən azı aşağıdakı maddələr və maddələr üzrə düzəlişlər, dəyişikliklər daxil edilməldir:
əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti. Uzunmüddətli aktivlərin və qısamüddətli investisiyaların əldə olun-
ması və satışı, borcların alınması və verilməsi müəssisənin əsas gəlir gətirən fəaliyyətinə aid olduqda, müəssisə bu əməliyyatlardan yaranan pul vəsait- lərinin hərəkətini əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirməlidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabata investisiyafəaliyyətinin nəticəsində yaranan aşağıdakı məbləğlər daxil edilməlidir:
komissiyon yığımları və ödənilmiş digər oxşar məbləğlər də daxil olmaqla, uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan məsrəflər ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları;
uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları;
törəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması ilə bağlı pul vəsaitlərinin xaricolmaları;
törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından yaranan pul vəsaitlərinin daxilolmaları;
digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları;
digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları;
törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların əldə edilməsi üçün pul vəsaitlərinin xarıcolmaları;
törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların satışından əldə olunan pul vəsaitlə- rinin daxilolması;
fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları;
fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin daxilolmaları;
alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları.