Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə64/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Uçot siyasəti –maliyyə hesabatlarının hazırlanması və təqdim edil-
məsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslı şərtlər və qaydalardır.
Uçot qiymətlərində dəyişikliklər aktivlərin və ya öhdəliklərin mövcud statusunun və onlarla bağlı ehtimal edilən gələcək iqtisadi səmərə və öhdəliklərin qiymətləndirilməsi nəticəsində aktivin və ya öhdəliyin balans dəyərinin və ya aktivin dövri istehlak məbləğinin düzəldilməsidir. Uçot qiymətlərində dəyişikliklər əldə olunmuş yeni məlumatlardan və və- ziyyətin dəyişməsindən yarandığı üçün səhvlərin düzəldilməsi hesab olunur.
Ciddi məlumat boşluqları və ya maliyyə hesabatlarının maddələri üzrə məlumatın yanlış təqdim edilməsi istifadəçilərin maliyyə hesabat- larına əsaslanan qərarlarına ayrı-ayrılıqda və ya birlikdə təsir edə bildikdə əhəmiyyətli hesab edilir, əhəmiyyətlilik dərəcəsi məlumat boşluğunun və ya yanlış təqdim edilmiş məlumatın həcmindən və xüsusiyyətindən asılıdır.

Müvafiq maddənin həcmi və ya xüsusiyyəti və ya bunların hər ikisi müəy- yənləşdirici amil ola bilər. Bundan başqa, əhəmiyyətlilik dərəcəsi istifadəçi- lərin təsərrüfat fəaliyyəti haqqında və mühasibat uçotu haqqında müvafiq biliklərə sahib olması, habelə onların əldə edilən məlumatlarla diqqətlə tanış olmaq istəyinə malik olması fərziyyəsi əsasında mövcud şərtlər daxilində edilmiş mühakiməyə əsaslanır.


Keçmiş dövrlərin səhvləri – müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən etibarlı məlumatdan istifadə edilməməsi və ya yanlış istifadə edilməsi nəticəsində buraxılmış səhvlər və təqdim edilmiş yanlış bəyanatlardır:

      1. məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün tətbiq edildiyi zaman mövcud olduqda;

      2. məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Belə səhvlərə riyazi və uçot siyasətinin tətbiq edilməsi zamanı bura- xılan səhvlər, faktların gözdən qaçırılması və ya səhv izah edilməsi və saxtakarlıq daxildir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin