Maliyyə hesabatı


Retrospektiv tətbiq etmə –



Yüklə 3,18 Mb.
səhifə65/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Retrospektiv tətbiq etmə – yeni uçot siyasətinin müəssisə əməliyyat- larına, digər hadisə və şərtlərə, onun sanki həmişə tətbiq edildiyi şəkildə tətbiq edilməsidir.
Retrospektiv qaydada yenidən təqdim etmə – maliyyə hesabatları elementlərinin tanınması, qiymətləndirilməsi və açıqlanmasına dair əvvəlki hesabat dövrlərinə aid edilən səhvlərin sanki heç olmadığı kimi düzəldil- məsidir.
Mümkünsüzlük – müəssisə bütün mümkün cəhdləri etməsinə bax- mayaraq, standartların tələbini tətbiq edə bilmədikdə, belə tələbin tətbiqi qeyri-mümkün sayılır. Müəyyən keçmiş hesabat dövrü üçün uçot siyasə- tində dəyişikliyi retrospektiv şəkildə tətbiq etmək və ya səhvi düzəltmək məqsədilə məlumatları retrospektiv qaydada yenidən tətbiq etmək aşağıdakı hallarda qeyri-mümkün sayılır:

  1. retrospektiv tətbiq etmənin və ya retrospektiv qaydada yenidən təqdim etmənin nəticəsi müəyyən edilə bilmədikdə;




  1. retrospektiv tətbiq etmə və ya retrospektiv qaydada yenidən təqdim etmə həmin dövrdə müəssisə rəhbərliyinin niyyətləri haqqında fərziyyələrin irəli sürülməsini tələb etdikdə;

  2. retrospektiv tətbiq etmə və ya retrospektiv qaydada yenidən təqdim etmə məbləğlərin əhəmiyyətli dərəcədə qiymətləndirilməsini tələb etdikdə və ya aşağıdakı məlumatları obyektiv şəkildə digər məlumatlardan ayırmaq mümkün olmadıqda;

    1. həmin məbləğlərin tanındığı, qiymətləndirildiyi və ya açıqlan- dığı tarixdə mövcud olan şərtlər haqqında dəlilləri təmin edən qiymət- ləndirmə;

    2. həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün təsdiq edildiyi zaman mövcud qiymətləndirmə.

Retrospektiv qaydada tətbiq etmə – uçot siyasətində dəyişikliyin və uçot qiymətlərində dəyişikliyin nəticəsinin tanınmasının perspektiv tətbiqi müvafiq olaraq aşağıdakılardan ibarətdir:

  1. uçot siyasətinin dəyişdiyi tarixdən sonra baş vermiş əməliyyatlara, digər hadisə və şərtlərə yeni uçot siyasətinin tətbiq edilməsi:

  2. dəyişikliklərin təsir etdiyi hazırkı və gələcək hesabat dövrlərində uçot qiymətlərində dəyişikliyin tanınması.

Maliyyə hesabatlarının daha mühüm məqsədləri şəklində istifadə edilən mühasibat uçotunun prinsipləri nisbətən eyni şirkətlərin maliyyə hesabatlarının müqayisəliliyini təmin edir. Şübhə yoxdur ki, investorlar, kreditorlar, potensial işçilər və biznes üzrə partnyorlar üçün belə bir qayda əsaslandırılmış qərarların qəbulunu sadələşdirir. Bu bir faktdır ki, hesa- batların mütləq şəkildə müqayisə oluna bilməsinə nail olmaq hələlik müm- kün deyildir. Bunun başlıca səbəbi ondadır ki, eyni əməliyyatların uçotunun alternativ metodları kifayət qədərdir. Lakin son dövrlərdə standartların mo- difikasiyasının ümumi meyilləri bilavasitə müqayisəliliyin yaxşılaşdı- rılmasına yönəldilmişdir.
Beynəlxalq Standartlar Komitəsi 1990-cı illərdən etibarən öz qüvvə- sini icazə verilən alternativ metodların sayının ixtisar olunmasına yönəldir. Bu meyillər çox güman ki, gələcəkdə də davam etdiriləcək.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin