Maliyyə hesabatı


Uçot siyasətində verilən məlumatların açıqlanması



Yüklə 3,18 Mb.
səhifə68/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Uçot siyasətində verilən məlumatların açıqlanması


Milli Mühasibat Uçotu Standartının ilkin olaraq tətbiq edilməsi cari hesabat dövrünə və ya hər hansı keçmiş hesabat dövrünə təsir göstərdikdə və yaxud gələcək hesabat dövrlərinə təsir göstərə biləcəyi halda, düzəlişin məbləğini müəyyənləşdirmək mümkün olmadığı hal istisna olmaqla aşa- ğıdakı məlumatlar açıqlanmalıdır:



  • Milli Mühasibat Uçotu Standartının adı;

  • uçot siyasətində dəyişikliyin onun keçid şərtlərinə uyğun olaraq edildiyi;

  • uçot siyasətində dəyişikliyin xarakteri;

  • keçid şərtlərinin təsviri;

  • gələcək dövrlərə təsir göstərə biləcək keçid şərtləri;

  • cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün təsirə məruz qalan hər maliyyə hesabatları maddəsi üzrə müvafiq düzəlişlərin məbləği;

  • düzəlişlərin təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid məbləği. Növbəti dövrlərin maliyyə hesabatlarında bu açıqlamaların təkrarlan- masına yol verilməməlidir. Uçot siyasətinin könüllü surətdə dəyişdirilməsi cari hesabat dövrünə və ya hər hansı keçmiş dövrə təsir göstərdikdə, ya da düzəlişin məbləğini müəyyənləşdirmək qeyri-mümkün olduğu hal istisna

olmaqla həmin dövrə təsir göstərdikdə və ya gələcək dövrlərə təsir göstərə bildikdə aşağıdakı məlumatlar açıqlanmalıdır:



  • uçot siyasətində dəyişikliyin xarakteri;

  • yeni uçot siyasətinin tətbiqinin etibarlı və daha uyğun məlumatlarla təmin etməsinin səbəbi;

  • cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün maliyyə hesa- batlarının təsirə məruz qalmış hər maddəsi üzrə düzəlişlərin məbləği;

  • təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid düzəlişlərin məbləği;

  • müəyyən keçmiş dövr və ya maliyyə hesabatlarının təqdim edildiyi dövrdən əvvəlki dövrlər üzrə retrospektiv tətbiq edilmə qeyri-mümkün sayıldıqda, bunu yaradan səbəblər və uçot siyasətinin dəyişməsinin necə və hansı dövrdən etibarən tətbiq edildiyinin açıqlanması.

Növbəti dövrlərin maliyyə hesabatlarında bu açıqlamaların təkrarlan- masına yol verilməməlidir.
Müəssisə artıq dərc edilmiş, lakin hələlik qüvvəyə minməmiş yeni Milli Mühasibat Uçotu Standartını tətbiq etmədikdə aşağıdakıları açıqlama- lıdır:

  1. bu faktı;

  2. ilkin tətbiq edilmə zamanı Milli Mühasibat Uçotu Standartının tətbiqinin müəssisənin maliyyə hesabatlarına mümkün təsirinin qiymətlən- dirilməsi üçün uyğun olan mövcud və ya məntiqi şəkildə qiymətləndirilə bilən məlumatları. Standartın 28-ci maddəsinə uyğun olaraq aşağıdakı məlu- matlar açıqlanmalıdır:

  • yeni Milli Mühasibat Uçotu Standartının adı;

  • uçot siyasətində gözlənilən dəyişikliyin və ya dəyişikliklərin xarakteri;

  • standartın tətbiq edilməsi tələb olunan tarix;

  • standartın ilkin olaraq tətbiq edilməsi planlaşdırılan tarix; aşağıdakı məlumatlardan biri:

  1. Standartın ilkin olaraq tətbiq edilməsinin müəssisənin maliyyə hesabatlarına təsiri haqqında müzakirə edilməsi;

  2. bu təsir məlum olmadıqda və ya etibarlı şəkildə qiymətləndirilə bilmədikdə bu barədə bəyanat.




    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin