Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə72/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

BU BÖLMƏDƏ:

VIII Fəsil. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları

























IX Fəsil. Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatı
















X Fəsil. Aralıq maliyyə hesabatları
















XI Fəsil. Hiperinflyasiya şəraitində
maliyyə hesabatları
















XII Fəsil. Əməliyyat seqmentləri üzrə hesabat






















  1. FƏSİL. BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI



    1. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyi- natı, məqsədi və tətbiq olunma sahəsi


    2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr onun tərtibi texnikası
    3. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anla- yışı və onlara nəzarətin növləri


    4. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı onun tərtibi proseduraları
    5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazır- lanması prinsipləri


    6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mən- fəət zərərlər haqqında hesabatın strukturu
    7. Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının xüsusiyyətləti





    1. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyinatı, məqsədi tətbiq olunma sahəsi

“Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üzrə” kommersiya təşkilatları üçün 19№-li Milli Mühasibat Uçotu Standartı Respublika Maliyyə Nazirliyinin 19 dekabr 2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Konsolidə edilmiş və fərdi maliyyə hesabatları” adlı 27№-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında hazırlanmışdır.


19№-li Standartın əsas məqsədi maliyyə hesabatlarını qrup adından təqdim edən müəssisələr tərəfindən tətbiq edilməli olan qaydaların müəyyən olunmasıdır.
Standartda istifadə ediliş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları –müəssisələr qrupunun vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

İlkin dəyər metodu – investisiya qoyuluşunun ilkin dəyəri ilə tanındığı uçot metodudur. İnvestor kapital qoyuluşu üzrə gəliri alış tarixindən sonra investisiya obyektinin yığılmış mənfəətindən əldə olunan ayırmalar həc- mində tanıyır. Bu mənfəətdən artıq ayrılmış ayırmalar kapital qoyuluşlarının bərpa edilməsi hesab olunur və investisiyanın ilkin dəyərinin azalması kimi tanınır.


Qrup - əsas müəssisə və onun bütün törəmə müəssisələridir.
Fərdi maliyyə hesabatları - əsas müəssisə, asılı müəssisənin investoru və ya birgə nəzarət olunan müəssisənin sahibkarı tərəfindən təqdim edilən və investisiyaların investisiya obyektinin hesabatlarında təqdim edilən nəticələr və xalis aktivlər əsasında deyil, birbaşa iştirak payı əsasında uçota alınan maliyyə hesabatlarıdır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları fəaliyyətin aşa- ğıdakı növləri üzrə tərtib edilir:

  • sənaye müəssisələrinin əsas fəaliyyəti;

  • tikinti, quraşdırma, təmir-tikinti, qazma, lahiyə və axtarış təşkilat- larının əsas fəaliyyəti;

  • geoloji təşkilatların və topoqrafiya-geodeziya təşkilatlarının əsas fəaliyyəti;

  • elmi təşkilatların əsas fəaliyyəti;

  • maddi-texniki təchizat və satış üzrə təşkilatların əsas fəaliyyəti;

  • ticarət və ictimai iaşə təşkilatlarının əsas fəaliyyəti;

  • kənd təsərrüfatı məhsullarının istehsalı üzrə təşkilatların əsas fəa- liyyəti;

  • hesablama mərkəzlərinin və informasiya hesablama xidmətinin əsas fəaliyyəti;

  • nəqliyyat təşkilatlarının əsas fəaliyyəti;

  • avtomobil yollarının təmiri və saxlanılması üzrə təşkilatların əsas fəaliyyəti;

  • mənzil-məişət təsərrüfatı təşkilatlarının əsas fəaliyyəti;

  • xarıcı iqtisadi təşkilatların əsas fəaliyyəti.

Sahə nazirlikləri və digər icra orqanları bu siyahını fəaliyyətin digər növləri üzrə də genişləndirmək hüququna malikdirlər.

Özünün tərkibində övlad müəssisə və asılı təşkilatlar olan ana müəs- sisə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada təqdim etməlidir.


Beynəlxalq praktikada qəbul edilmiş uçot və hesabat sisteminə müva- fiq surətdə müəssisələr özlərinin maliyyə hesabatlarına filialların, nümayən- dəliklərin və digər bölmələrin fəaliyyətlərinin göstəricilərini də daxil etmə- lidirlər. Qaydaya görə övlad müəssisələrə və tabelikdə olan cəmiyyətlərə malik olan müəssisələrdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib etmək praktikası uzun illərdir mövcuddur və bu respublikanın uçot prak- tikasında yenilik sayıla bilməz. Lakin bazar iqtisadiyyatı şəraitində konso- lidə edilmiş hesabatların tərtibi, təsdiqi və təqdimi ilə əlaqədar bir sıra ciddi problemlərə hələ də rast gəlinir. Məsələ burasındadır ki, müxtəlif hesabat göstəricilərinin sadə qaydada cəmlənməsi, necə bir bütöv vahid kimi, müəssisələr qrupunun əmlak və maliyyə vəziyyətləri haqqında real mənzərə yarada bilmir.
Eyni zamanda övlad müəssisə və asılı cəmiyyətlərin göstəricilərinin ana müəssisənin konsolidə edilmiş hesabatlarına daxil edilməsi metodikası haqqında hər hansı bir elmi araşdırmalar nisbətən zəif aparılır. Bu barədə respublikada 19№-li Standartdan başqa, hər hansı bir normativ baza yox dərəcəsindədir.
“Müəssisələr qrupu” termini də bizim respublikamızda 2007-ci ildən tətbiq edilir. Əslində qrup vətəndaş dövranının müstəqil iştirakçısı və hüquqi şəxs sayılmır. Onun xüsusi idarəetmə orqanı yoxdur və vergiyə cəlb- olunmanın subyekti hesab edilmir. Qrup tərəfindən həyata keçirilən hər hansı bir hərəkət iştirakçılar vasitəsilə həyata keçirilir. Qrupun hər bir üzvü hüquqi cəhətdən müstəqildir. Bu mənada həmin qrup tərəfindən tərtib edilmiş hesabat hər hansı bir hüquqi əhəmiyyət daşımır.
Bir tərəfdən baş təşkilat, digər tərəfdən isə övlad və asılı cəmiyyətlər qrupun üzvləri sayılır. Öz növbəsində baş təşkilat, övlad cəmiyyətlərə mü- nasibətdə əsas cəmiyyət kimi, asılı cəmiyyətlərə münasibətdə isə müəyyən üstünlüyə malik olan subyekt kimi çıxış edir.
Hüquqi şəxsin hesabatından fərqli olaraq, konsolidə edilən hesabat investorlara, onların qoyduqları investisiyalardan səmərəli istifadə olunma- sına nəzarəti həyata keçirməyə şərait yaradır ki, bu da konsolidə edilmiş hesabatların ən böyük üstünlüyüdür.

Əvvəla, konsolidə edilmiş hesabat adi hesabatdan onunla fərqlənir ki, o hüquqi cəhətdən müstəqil sayılan müəssisənin hesabatı deyildir. Onun məqsədi vergidə cəlbolunan mənfəəti müəyyənləşdirmək deyil, yalnız kor- porativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir.


İkincisi isə konsolidasiya dedikdə, şirkətin və yaxud qrupun maliyyə hesabatlarının eyni adlı maddələrinin cadəcə olaraq cəmlənməsini başa düş- mək düzgün olmazdı. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil olmur. Burada yalnız aktivlər və öhdə- liklər, habelə üçüncü şəxslərlə bağlı əməliyyatlardan alınan gəlir və xərclər göstərilir. Korporasiyadaxili hər hansı bir maliyyə-təsərrüfat əməliyyatı konsolidasiya prosesinə daxil edilmir. Dünyanın ən nüfuzlu təşkilatlarından sayılan MHBS Komitəsi həmin problemlə bağlı baş standart hazırlamışdır. Digər nizamlayıcı sənədlər kimi, bu standartlar da tövsiyə xarakteri daşıyır və hüquqi cəhtdən icrası məcburi sayılmır. Bu sahədə Avropa İttifaqı çərçivəsində də xeyli iş görülmüşdür. 1983-cü ildə İttifaq tərəfindən “Uçot konsolidasiya edilmiş hesabat” adlı məşhur Yeddinci Direktiv hazırlanmış və qəbul edilmişdir. Maliyyə hesabatlarının konsolidasiyası ide- yasının təşəkkül tapması tarixində adı çəkilən Yeddinci Direkrivin özü- nəməxsus yeri vardır.
Yeddinci Direktiv konsolidə edilmiş hesabatın tərkibini belə müəy- yənləşdirmişdir: balans, maliyyə nəticələri haqqında hesabat, müxtəlif mad- dələrə dair qeydlər və analitik açıqlamalar. Bu sənədlər konsolidə edilmiş hesabat şəklində rəsmiyyətə salınmalıdır. Yeddinci Direktivə əsasən yerli icra hakimiyyəti orqanları onların ərazisində yerləşən ana şirkətdən kon- solidə edilmiş hesabat tələb etmək hüququna malikdirlər.



    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin