Tamkonsolidasiyametodu: Övlad cəmiyyətlərin konsolidasiya prosesinin əsas tərkib hissəsi konsolidə edilmiş balans və konsolidə edilmiş maliyyə nəticələri haqqında hesabat tərtib etməkdən ibarətdir. Konsolidə edilmiş balans tərtib olunduqda ana və övlad cəmiyyətlərin balansları əvvəlcə maddələr, daha sonra sətirbəsətir birləşdirilir. Bundan sonra konso- lidasiyanın düzəliş prosedurları həyata keçirilir. Belə düzəlişlərə aiddir:
Kapitalın konsolidə edilməsi;
Öhdəliklərin konsolidə edilməsi;
Aralıq nəticələrin çıxarılması.
Maliyyə nəticələri haqqında konsolidə edilmiş hesabat konsolidə edilmiş balansa analoji qaydada tərtib edilir. Başqa sözlə, əvvəlcə konsolidə edilmiş cəmiyyətlərin maliyyə nəticələri haqqında hesabatlar toplanır. Daha sonra qrupdaxili əməliyyatlar nəticəsində meydana çıxan gəlir və xərclərin çıxılması proseduruna başlanılır.
Konsolidasiya prosesinin başlanması ilə əlaqədar hesabatlar toplanıl- dıqda övlad şirkətin kapitalında ana şirkətin iştirak payı balansa düşür, nəticədə ikili hesab əmələ gəlir. Belə bir halı istisna etmək üçün kapitalınkonsolidasiyasızəruridir. Qərb ölkələrin uçot praktikasında satınalma prosesinin xarakterindən asılı olaraq aşağıdakı iki metoddan biri həyata keçirilir:
Səhm paketlərinin satınalınmasımetodu: Bu prosesə görə hər hansı bir ana şirkətdə, yaxud digər övlad cəmiyyətdə iştirak payını satın almaq nəzərdə tutulur. Belə bir halda satınalma ilə əlaqədar maliyyə vəsaitləri qrupun hüdudlarını aşır və kapitalın payının əvvəlki sahibinə yönəldilir.
Mənafelərin birləşdirilməsi (qovuşması metodu):Bu metoddan hər iki cəmiyyətin bərabər hüquqla qovuşması hallarında istifadə edilir. Daha konkret desək, alış qiyməti ödənilmir, qarşılıqlı mübadilə isə paylarla həyata keçirilir, son nəticədə satıcıları müəyyənləşdirmək imkanı olmur.
Adətən birinci metoddan (alış metodu) daha çox istifadə edilir. Belə ki, uçot və hesabatın beynəlxalq standartlarına uyğun olaraq həmin metodun tətbiqi bir sıra əlavə şərtlərin və məhdudiyyətlərin ciddi sürətdə yerinə yetirilməsi ilə əlaqədardır.
Kapitalların konsolidasiyası iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə payın satın alınmasının dəyəri ilə övlad cəmiyyətin kapitalının müvafiq hissəsi arasındakı fərq müəyyənləşdirilir. İkinci mərhələdə payın satın alınmasının dəyəri ilə övlad cəmiyyətin kapitalı arasındakı tapılan kənarlaşma onların bazar dəyərlərindən asılı olaraq aktivin müvafiq maddələri arasında bölüşdürülür. Bundan sonra “firmanın qiyməti”əmələ gəlir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər (nadir hallarda mənfi).
Firmanın qiyməti konsolidə edilmiş balansının uzunmüddətli aktivlər bölməsində “Qeyri-maddi aktivlər” adlı maddədə qeydə alınır. Bu qiymət uçot siyasətindən asılı olaraq, 5 ildən 20 ilədək müddət ərzində bərabər hissələrlə silinə bilər. Son nəticədə kapitalın konsolidasiyası zamanı qrup daxilində kapitalın hərəkəti ilə bağlı bütün mövqelər çıxılır və konsolidə edilmiş balansın müxtəlif mövqelərinin miqdarca əhəmiyyəti müəyyənləş- dirilir.
Qrupun balansına onun müəssisələrinin tərkibinə daxil olmayan, yalnız “üçüncü şəxslərə” aidiyyəti olan göstəricilər salına bilər. Bununla əlaqədar olaraq “konsolidasiya edilən öhdəliklər”daha böyük əhəmiyyət kəsb edir. Bu zaman qrupa daxil olan müəssələrinin biri-birinə olan borcları da yekundan çıxılmalıdır. Belə borclara aiddir: qrup müəssisələrinin biri- birinə verdiyi borclar və kreditlər, avans ödənişləri, debitor, kreditor və s. Borclar, qiymətli kağızlara qoyuluşlar, qrup cəmiyyətlərinin gələcək dövr- lərinin gəlir və xərcləri. Əgər ehtiyatların yaradılmasına ehtiyac varsa, həmin ehtiyatlar da yekundan çıxılmaqla hesablanmalıdır.
Əgər bir müəssisənin debitor borcu qrupa daxil olan müəssisədə borc kimi qeydə alınmışdırsa, onda konsolidasiya zamanı hər iki mövqe müəs- sisələr arasında yenidən hesablanılır.
Problem ondadır ki, müəssisələr arasında yenidən hesablanası möv- qelər öz kəmiyyətinə görə həmişə eyni olmur. Səbəbləri belə izah etmək olar: məsələn, bir müəssisə malların yola salınması üzrə debitor borclarını uçotda qeydə almışdır, digər müəssisə isə hesabat tarixinədək heç nə almamışdır, müvafiq surətdə malsatanlarla hesablaşmalar üzrə borcu göstərə bilməmişdir. Fərqlər, müxtəlif valyuta məzənnələrindən, istifadə, bank köçürmələrinin davamlılığı və s. səbəblər üzündən baş verə bilər (məsələn, bir müəssisə kreditor borcunu ödəmişdir, digəri isə köçürməni ala bilmə- mişdir). Belə hallarda səbəblərdən asılı olaraq yaranan fərqlər düzəlişə məruz qalır və maliyyə nəticələrinə təsir göstərmir. Bəzən həmin fərqlər maliyyə nəticələri haqqında hesabatda ayrıca maddə şəklində qeydə alınır.
“Aralıqnəticələrin”çıxarılmasımetodu: Bəzən bir qrupun cəmiyyəti digərinə, məsələn, əmlak obyekti satır, nəticədə birisi satışdan pul vəsaiti əldə edir, digəri isə satınalma ilə bağlı xərc çəkməli olur. Əmlakın satınalma xərcləri onun ilkin dəyərini təcəssüm etdirir. Eyni zamanda konsolidasiya nöqteyi-nəzərindən ayrıca cəmiyyət, qrupun müstəqil olma- yan bölməsi kimi nəzərdə tutulur və satış hələlik baş tutmamışdır. Satış o zaman baş tutmuş sayılır ki, məhsullar, yaxud xidmətlər “üçüncü tərəf” vasitəsilə müəssisəyə satılmış olsun. Son nəticədə qrupun bir cəmiyyəti tərəfindən digər cəmiyyətdən satın alınan əmlakın dəyər qiyməti satılma- mış, yaxud aralıq nəticənin artırılmış, yaxud azadılmış kəmiyyəti hesab olunur (aralıq mənfəət götürüldükdə azalır, zərər çəkildikdə isə artır).