Mütənasibkonsolidasiyametodu: Yuxarıdakı övlad müəssisələr üçün tətbiq olunan tam konsolidasiyanın tərkib hissəsi kimi nəzərdən keçi- rilmişdir. Qeyd etdiyimiz kimi, birgə nəzarət olunan cəmiyyətlərin və birgə fəaliyyətin konsolidə edilmiş hesabatlara daxil edilməsi konsolidasiyanın mütənasib metodundan istifadə etməklə həyata keçirilir. Bu metod özünün mahiyyətinə və ardıcıllığına görə tam konsolidasiya metodu ilə demək olar ki, eynidir. Fərq bundadır ki, birgə nəzarət olunan cəmiyyətin əmlakı və öhdəlikləri, xərclər və fəaliyyətin nəticələri konsolidasiyanın birinci mərhələsində maddələr və sətirlər üzrə məbləğlər tam kəmiyyətlə deyil, mü- vafiq cəmiyyətdə qrupun payına mütənasib kəmiyyətlə qeydə alınır.
Equitu(kapitaldapay)metodu: Asılı cəmiyyətlərin konsolidə edilmiş hesabata daxil edilməsi üsulu övlad müəssisələrin hesablarının konsolidasiyasından fərqlənir. Qeyd olunduğu kimi, MHBS-na uyğun olaraq kapitalda pay metodunun köməyilə konsolidə edilən hesabatlara daxil edilir. Həmin metodun ilkin tətbiqinin hesabat tarixi qismində qeydiyyat tarixi əsas götürülməlidir.
Asılı cəmiyyətin birinci ilində iştirak, onun əldə olunmasına çəkilən xərclərin ilkin dəyəri ilə əks etdirilir. Sonrakı dövrlərdə iştirakın dəyər qiyməti onun balans dəyərinə istinad edəcək. Bu qiymət, müvafiq sürətdə alınan mənfəətin (yaxud zərərin) məbləğində azalacaq və ödənilən divident məbləğində azalmağa doğru meyil edəcək.