Sahibkarın maliyyə hesabatları
Sahibkar birgə nəzarət edilən müəssisədəki iştirak payını proporsional konsolidasiya metodundan istifadə edərək tanımalıdır. Proporsional konso- lidasiya metodu tətbiq edildiyi zaman aşağıdakı iki hesabat formalarının birindən istifadə edilməlidir.
Törəmə şirkətlərində investisiyaların olub-olmasından və ya öz maliyyə hesabatlarını birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları kimi təsvir edib-etməsindən asılı olmayaraq, sahibkar birgə nəzarət edilən müəssisədəki iştirak payını proporsional konsolidasiyanın iki hesabat formasından biri vasitəsilə tanıyır.
Birgə nəzarət edilən müəssisədəki iştirak payını tanıyarkən sahibkar birgə müəssisənin konkret struktur və ya formasını deyil, razılaşmanın
mahiyyətini və iqtisadi reallığını əks etdirməyə əhəmiyyət verməlidir. Bu mahiyyət və iqtisadi reallıq sahibkarın birləşdirilmiş (konsolidə edilən) ma- liyyə hesabatlarında, sahibkarın proporsional konsolidasiya üzrə hazırkı Standartın 32-ci maddəsində təsvir olunmuş iki hesabat formasından birin- dən istifadə edərək, birgə nəzarət edilən müəssisənin aktiv, öhdəlik, gəlir və xərclərindəki iştirak paylarını tanıdığı zaman öz əksini tapır.
Standartın 32-ci maddəsində göstərilir ki, proporsional konsoli- dasiyanı həyata keçirmək üçün müxtəlif hesabat formalarından istifadə edilə bilər. Sahibkar birgə nəzarət edilən müəssisənin, aktivlərinin, öhdəliklərini, gəlir və xərclərinin hər birindəki payını öz maliyyə hesabatlarında ayrı sətir maddələri ilə göstərə bilər. Bu hesabat formalarının hər ikisi mənfəət və ya zərərin eyni məbləğinin göstərilməsi ilə aktivlərin, öhdəliklərin, gəlir və xərclərin əsas təsnifatı ilə nəticələnir. Hər iki forma hazırkı Standartın məqsədləri üçün münasibdir.
Proporsional konsolidasiyanın tətbiqi sahibkarın birgə nəzarət etdiyi aktivlərdəki payının və birgə cavabdeh olduğu öhdəliklərdəki payının sahibkarın balans hesabatına daxil olduğu mənasına gəlir. Sahibkarın birgə nəzarət edilən müəssisənin gəlir və xərclərindəki payı onun mənfəət və zərərlər haqqında hesabatına daxildir. Proporsional konsolidasiyanın tətbiqi prosedurlarının çoxu 19№-li MMUS-da göstərilən törəmə müəssisələrə investisiyaların konsolidasiyası prosedurları ilə eynidir.
Əgər sahibkar qarşılıqlı əvəzləşmənin aparılması üçün qanuni hüquqa malik deyilsə və qarşılıqlı əvəzləşdirmə aktivin reallaşdırılması və ya öhdəliklərin ödənilməsi kimi gözləntiləri əks etdirmirsə, onda hər hansı aktiv və ya öhdəliklərin çıxılması vasitəsilə və ya hər hansı gəlir və ya xərclərin, digər gəlir və ya xərclərin çıxılması vasitəsilə qarşılıqlı əvəzləş- dirılməsinə yol verilmir. Sahibkarın birgə nəzarət edilən müəssisə üzərində birgə nəzarətin bitdiyi tarixdən etibarən o, proporsional konsolidasiyanın tətbiqini dayandırmalıdır. Sahibkar birgə nəzarət edilən müəssisə üzərindəki nəzarətdə iştirakını dayandırdığı tarixdən etibarən proporsional konsolida- siyanın tətbiqi dayandırılır.
Dostları ilə paylaş: |