“Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№-li Milli Mühasibat Uçotu Standartının təyinatı, məqsədləri və tətbiqi sahəsi
Aralıq maliyyə hesabatlarının tərkibi
Seçilmiş izahlı qeydlər
Aralıq maliyyə hesabatlarının təqdim edilməsi üçün tələb olunan dövrlər
Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və qiymətləndirilməsi
“Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№-li Milli Mühasibat Uçotu Standartının
“Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№- li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq olunmuşdur. Bu standart “Aralıq maliyyə hesabatları” adlı 34№ Mühasibat Uçotunun Beynəlxalq Standartına əsaslanmışdır.
Standartın məqsədi aralıq maliyyə hesabatlarının minimal tərkibinin və aralıq dövr üzrə tərtib olunan tam və ya müxtəsər maliyyə hesabatlarında tanınma və qiymətləndirmə prinsiplərinin müəyyən olunmasından ibarətdir.
Vaxtında tərtib edilən və etibarlı aralıq maliyyə hesabatları şirkətin mənfəət və pul axınları əldə etmək imkanlarını aşkara çıxartmaqda, onların maliyyə vəziyyətinə və lıkvidliyinə qiymət verməkdə investorların, kredi- torların və digər şəxslərin qabiliyyətlərini yüksəldir.
29 №-li Standart heç də hər hansı bir müəssisənin aralıq maliyyə hesabatlarını dərc etməli olduğunu və bunu hansı tezliklə və ya aralıq dövrün başa çatmasından sonra nə qədər tez etməli olduğunu müəyyən- ləşdirmir. Əgər müəssisə Milli Mühasibat Uçotu Standartlarına uyğun ola- raq aralıq maliyyə hesabatlarını dərc etməyi qərara alarsa, onda həmin Standart qüvvəyə minir.
İllik və ya aralıq hesabat olmasından asılı olmayaraq, hər bir maliyyə hesabatının Milli Mühasibat Uçotu Standartlarına uyğunluğu ayrıca qiy- mətləndirilir. Müəssisənin müəyyən il ərzində aralıq maliyyə hesabatlarını təqdim etməli olmadığı və ya bu Standartın tələblərinə uyğun olmayan aralıq maliyyə hesabatlarını təqdim etməsi faktı, heç də illik maliyyə hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olmamasını göstərmir.
Hökumət, qiymətli kağızların tədavülünü tənzimləyən orqanlar, fond birjaları və mühasibat təşkilatları tez-tez tələb edirlər ki, qiymətli kağızlari bazarlarda tədavül olunan şirkətlər maliyyə ilinin birinci yarısı üçün aralıq maliyyə hesabatını hazırlayıb, dərc etdirsinlər. Belə hesabatlar aralıq dövr başa çatdıqdan 60 gündən gec olmayaraq təqdim olunmalıdır.
29№-li Standartda istifadə edilmiş əsas anlayışlar aşağıda göstərilən mənaları ifadə edir:
Dostları ilə paylaş: |