Seçilmiş izahlı qeydlər
Aralıq maliyyə hesabatlarına qeydlərdə ən son illik maliyyə hesabat- larının qeydlərində artıq təqdim olunmuş nisbətən əhəmiyyətsiz məlumat- ların təzələnməsinə ehtiyac yoxdur. Aralıq maliyyə hesabatı tarixinə müəssi- sənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklik-
lərin anlaşılması baxımından əhəmiyyətli olan əməliyyat və hadisələrin şərhi daha faydalıdır.
Müəssisə aralıq maliyyə hesabatlarına qeydlərdə ən azından, aşağıdakı məlumatları açıqlamalıdır (əgər bu məlumatlar əhəmiyyətlidirsə və aralıq maliyyə hesabatlarının özündə açıqlanmayıbsa):
aralıq maliyyə hesabatlarına ən son illik maliyyə hesabatlarında istifadə olunmuş uçot siyasətinin və ya hesablama metodlarının tətbiq olunması haqqında bəyanat və ya həmin siyasətin və metodların dəyişdirildiyi təqdirdə, dəyişikliyin xüsusiyyətləri və nəticələri;
aralıq əməliyyatların mövsümiliyi və dövriliyi haqqında izahlı şərhlər;
xüsusiyyətlərinə, həcminə və tətbiq sahəsinə görə qeyri-adi olan pul və- saitləri axınlarına və ya aktivlərə, öhdəliklərə, kapitala, xalis gəlirə təsir edən maddələrin xüsusiyyətləri və məbləği;
cari maliyyə ilinin əvvəlki aralıq dövrlərində təqdim olunmuş uçot qiy- mətləndirmələrində dəyişikliklərin və ya əvvəlki maliyyə illərində təqdim olunmuş uçot qiymətləndirmələrində dəyişikliklərin (həmin dəyişikliklərin cari aralıq dövrünə əhəmiyyətli təsiri olarsa) xüsusiy- yətləri və məbləği;
borc və kapital qiymətli kağızlarının emissiyasi, geri alınması və ödənilməsi;
adi səhmlər və digər səhmlər üzrə ödənilmiş dividendlər (cəmi və ya hər bir səhm hesabı ilə);
seqment hesabatlarının ilkin əsasının nədən ibarət olduğundan asılı olaraq, biznes seqmentləri və coğrafi seqmentlər üzrə seqment gəliri və nəticələri;
aralıq dövrdən sonra baş vermiş və aralıq maliyyə hesabatlarında əks etdirilməyən əhəmiyyətli hadisələr;
müəssisələrin birləşməsi, törəmə müəssisələrin və uzunmüddətli inves- tisiyaların əldə olunması və ya satılması, restrukturizasiya və əməliy- yatların dayandırılması daxil olmaqla, aralıq dövr ərzində müəssisənin quruluşunda baş verən dəyişikliklərin təsiri. Müəssisələrin birləşməsi zamanı “Təşkilatların fəaliyyətlərinin birləşməsi üzrə” 18№-li MMUS-da tələb olunan məlumatlar açıqlanmalıdır.
ən son balans hesabatı tarixindən etibarən şərti öhdəlik və ya şərti aktivlərdə baş verən dəyişikliklər.
Müəssisə həmçinin, cari aralıq dövrün anlaşılması baxımından əhə- miyyətli olan hər hansı digər əməliyyat və hadisələri də açıqlamalıdir.
Qüvvədə olan digər standartlarda maliyyə hesabatlarında açıqlanmalı olan məlumatlar müəyyən edilmişdir. Bu konteksdə maliyyə hesabatları, adətən illik maliyyə hesabatlarına və bəzi hallarda digər hesabatlara daxil edilən maliyyə hesabatlarının tam məcmusu deməkdir. Yuxarıda qeyd olunan açıqlamalar istisna olmaqla, digər standartlarda müəyyən olunan açıqlamalar müəssiənin aralıq maliyyə hesabatlarının tam məcmusu deyil, yalnız müxtəsər hesabatlar və seçilmiş izahlı qeydlər daxil olduğu hallarda tələb olunmur.
Müəssisənin aralıq maliyyə hesabatları 29№-li Standarta uyğun olaraq tərtib olunmursa, bu fakt açıqlanmalıdır. Aralıq maliyyə hesabatları Milli Mühasibat Uçotu Standartlarının bütün tələblərinə cavab verməzsə, onlar milli standartlar əsasında tərtib olunmuş hesabatlar kimi təsvir olunmalıdır.
Dostları ilə paylaş: |