Bölüşdürülməmiş mənfəət göstəricisi ən axırda düzəlişə məruz qalır və balansın bütün digər maddələrinin düzəlişlərindən sonra müəyyən- ləşdirilir.
Misal. Təşkilat iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə maliyyə hesabatı tərtib edir. Hesabatın tərtib olunduğu tarixə 30№-li Standartın müddəaları nəzərə alınmaqla, bütün balans maddələri yenidən qiymətləndirilmişdir. Bölüşdürülməmiş mənfəətin məbləği balansın bütün digər maddələri üzrə aparılan düzəlişləri nəzərə almaqla düzəlişə məruz qalır. Yenidən hesablama nəzərə alınmaqla xalis mənfəətin məbləği 1314300 manat (2581500 – 1190000 – 76700) təşkil edir. Hesabat tarixinə mühasibat balansı üzrə düzəliş cədvəli aşağıda verilmişdir (cədvəl 11.5.).
Cədvəl 11.5
Düzəliş məbləğləri nəzərə alınmaqla hesabat tarixinə mühasibat balansı üzrə düzəliş cədvəli