Maliyyə hesabatı


Hiperinflyasiya şəraitində balans maddələrinin yenidən nəzərdən keçirilməsi



Yüklə 3,18 Mb.
səhifə94/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Hiperinflyasiya şəraitində balans maddələrinin yenidən nəzərdən keçirilməsi


Maliyyə hesabatını hiperinflyasiyanın təsirinə uyğun işləmək üçün balans maddələri yenidən nəzərdən keçirilməli və balans göstəricilərinə müvafiq düzəlişlər edilməlidir. Balans göstəricilərinə düzəliş edildikdə, ilk növbədə balans maddələrini pul və qeyri-pul maddələrinə ayırmaq lazımdır. Göstəricilərə düzəliş edilməsi bilavasitə bu amildən asılı ola bilər (cədvəl 11.1).


Cədvəl 11.1


Balans maddələrinin təsnifatı



Pul maddələri

Qeyri-pul maddələri

- pul vəsaitləri

- əsas vəsaitlər

- debitor və kreditor borcları

- qeyri-maddi aktivlər

- şübhəli borclar üzrə ehtiyat

- dəyərləri endirilən materiallar və
ehtiyatlar

- pul vəsaitlərinin ekvivalentləri

- gələcək dövrlərin gəlirləri və xərcləri

- pul vəsaitləri ilə alınası, yaxud ödəniləsi digər maddələr

Pul maddələrinin dəyəri hesabat tarixinə qüvvədə olan pul vahidləri ilə əks etdirilmişdirsə, onlar yenidən nəzərdən keçirilmir. Bu halda məbləğ onların alıcılıq qabiliyyətini göstərir.


Xarici valyuta ilə əks etdirilən pul maddələri hesabatın tərtib olunduğu tarixə qüvvədə olan məzənnə ilə yenidən qiymətləndirilir.
Qiymətin dəyişilməsi ilə müqavilə üzrə əlaqədar debitor və kreditor borcları və sair kimi pul maddələri yenidən qiymətləndirməyə məruz qalır. Hesabat tarixinə ödənilməmiş məbləğləri müəyyənləşdirmək və onlarda

müqavilənin şərtlərinə uyğun olaraq düzəliş aparmaq vacibdir. Satışın mümkün xalis dəyəri, yaxud ədalətli dəyərlə əks etdirilən məbləğlərdə qeyri-pul maddələri yenidən qiymətləndirilmir.


Misal. Təşkilat iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə maliyyə hesabatı tərtib edir. Hesabatın tərtib edildiyi tarix balansda qeydə alınmışdır: hesabat tarixinə qüvvədə olan pul vahidilə əks etdirilən pul vəsaitləri (bu məbləğ milli uçot valyutası vahidinə 30 vahid məzənnə ilə yenidən hesablanmalıdır (30000 x 30), satışın mümkün xalis dəyərilə qiymətləndirilən material ehtiyatları, borc vəsaiti məbləğində düzəliş aparılması nəzərdə tutulan kreditor borcu (700000 x 1,7). Düzəliş cədvəlinin fraqmentləri aşağıdakı kimidir (cədvəl 11.2).

Cədvəl 11.2



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin