Maliyyə hesabatı


Maliyyə hesabatlarında informasiyaların açıqlanması



Yüklə 3,18 Mb.
səhifə102/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatlarında informasiyaların açıqlanması


Maliyyə hesabatlarında aşağıdakı maddələr açıqlanmalıdır:



  • maliyyə hesabatlarının və əvvəlki dövrlər üzrə müvafiq rəqəmlərin, əməliyyat valyutasının ümumi alıcılıq qabiliyyətində dəyişikliklər nəzərə alınmaqla, yenidən hesablandığı və beləliklə, hesabat tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunduğu faktı;

  • hesabat tarixində qiymət indeksinin adını və səviyyəsini, cari və əvvəlki hesabat dövrləri ərzində indeksdə baş verən dəyişiklikləri.



  1. FƏSİL. ƏMƏLİYYAT SEQMENTLƏRİ ÜZRƏ HESABAT




    1. “Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilat- ları üçün Milli Mühasibat Uçotu Standartı, onun məqsədi və təyinatı


    2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi
    3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət hüdudları


    4. Mənfəət zərərlər, aktivlər öhdəliklər haqqında məlu- matlar
    5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının for- malaşması


    6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması



    1. “Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilatları üçün Milli Mühasibat


Uçotu Standartı, onun məqsədi təyinatı

“Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazir- liyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Əməliyyat seqmentləri” adlı 8№-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı əsasında hazırlanmışdır.


Respublikanın bir sıra təşkilatları, xüsusən də çox böyük səhmdar cəmiyyətləri çoxsaylı mallar istehsal edir, müxtəlif xidmətlər göstərir və eyni zamanda müxtəlif texniki səviyyəsi, rentabelliyi, gələcək inkişaf perspektivləri olan müəssisələrdə ticarət, vasitəçilik və maliyyə fəaliyyəti həyata keçirirlər. İstehsal, xüsusən də malların satışı müxtəlif coğrafi zonalarda, dövlətlərdə, ərazilərdə (regionlarda) baş tutur ki, bu da öz təsirini təsərrüfat fəaliyyətinin nəticələrində göstərir. Bu xüsusiyyətlər haqqında informasiyalar mühasibat hesabatlarının bir çox istifadəçiləri üçün çox böyük maraq doğurur.
Bazar iqtisadiyyatı şəraitində mühasibat hesabatlarında təsərrüfat fəaliyyətinin ümumi nəticələri haqqında informasiyaları təşkilatın fəaliy- yətinin istiqamətlərini, yaxud cografi rayonları xarakterizə edən müxtəlif

tərkib hissələri üzrə diferensiallaşdırmaq məqsədəuyğundur. Belə informa- siyalar bir-birilə qarşılıqlı əlaqəsi olan iri şirkətlər qrupunun, təqdim etdikləri icmal konsolidə edilən hesabatlar üçün xüsusilə aktualdır. Bu məqsədlə təşkilatların fəaliyyətini informasiya məqsədləri üçün müəyyən qaydalara əsaslanan müxtəlif seqmentlərə bölmək olar. Təşkilatın seq- mentləri haqqında informasiya ümumi mühasibat hesabatlarının tərkibində verilir.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin