Seqment hesabatı – ayrıca əməliyyat və coğrafi seqmentlər üzrə məhdudlaşan və müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsi haqqında informasiyaları açıqlayır. Belə informasiyaların təqdimatı, onun formalaşması və mühasibat hesabatında əks etdirilməsi kredit təşkilatları istisna olmaqla, bütün kommersiya təşkilatlarında “Əməliyyat seqmentləri üzrə” 34№-li Milli Mühasibat Uçotu Standartı vasitəsilə tənzimlənir. Bu Standart aşağıdakılara tətbiq olunur:
müəssisənin ayrıca və xüsusi maliyyə hesabatlarına;
əsas müəssisəsi olan qrupun konsolidə edilmiş maliyyə hesabatla- rına (standartın 5-ci maddəsi).
Həm Beynəlxalq, həm də milli Standartlarda müəyyən edildiyi kimi, seqmentlər üzrə informasiyalar kiçik müəssisələr tərəfindən tətbiq oluna bilməz.
Ayrıca seqmentlər təşkilatlar tərəfindən müstəqil surətdə özlərinin təşkilati və idarəetmə strukturundan asılı olaraq fərqləndirilir. İcmal mühasibat hesabatlarında hesabat seqmentlərinin siyahısı onu tərtib edən təşkilat tərəfindən müəyyənləşdirilir. Ümumi halda hesabat seqmentinə aid edilən bölmələrin satışdan gəliri, mənfəətin həcmi və aktivlərin dəyəri təşkilatın müvafiq göstəricilərinin 10 faizindən az olmamalıdır. Hesabat seq- mentinin seçilməsinin əsası kimi yuxarıda sadalanan parametrlərdən yalnız birisi nəzərə alına bilər (seqment özünün gəlirlərinin çox böyük hissəsini kənar təşkilatlara satışdan əldə etdiyi hallarda).
Kənar təşkilatlarla əməliyyatlardan alınan ümumi gəlir bütün hesabat seqmentləri üçün təşkilatın ümumi gəlirinin 75 faizindən az olmamalıdır. Əgər bu normativ uyğun gəlmirsə, əlavə hesabat seqmentlərinə müraciət olunmalıdır.
Əməliyyat seqmenti risklərlə, rentabellik səviyyəsi və həmin təşkilatın digər mallarının, iş və xidmətlərinin göstəriciləri ilə fərqlənən
həmcins mallar, mal qrupları, istehsalatlar, iş və xidmətlər üzrə təşkilatın fəaliyyətini xarakterizə edir.
Bu zaman malların (iş və xidmətlərin) bir seqmentində oxşarlıq və birləşə bilmək imkanlarını xarakterizə edən aşağıdakı amillər nəzərdən keçirilir:
təyinatı;
istehsalın xarakteri;
istehlakçılar;
satış (yayılmaq) metodları;
təşkilatdaxili idarəetmə.
Hesabat seqmentləri seçildikdə mühasibat hesabatlarından istifadə edənləri yaddan çıxartmaq olmaz: hesabat seqmenti üzrə informasiya dəqiq, etibarlı və müqayisəyə gələn olmalıdar.
Dostları ilə paylaş: |