Düzəliş məbləğləri nəzərə alınmaqla dövr ərzində mənfəət və zərərlər haqqında hesabatın düzəliş cədvəlinin fraqmentləri
Maddələr
Düzəlişəqədər olan məbləğ,man.
Düzəlişməbləği,man.
Düzəlişnəzərə alınmaqlaməbləğ,man.
Gəlirlər
920000
1146700
2066700
Xərclərin maya
dəyəri
620000
32600
652600
Xalis pul
maddələri üzrə
zərər
-
-
99300
Mənfəət
1540000
-
1314800
Maliyyə hesabatı cari dəyər əsasında hazırlandıqda balansın bir sıra maddələrinin düzəlişə ehtiyacı olmur. Belə ki, həmin maddələr artıq hesabat tarixinə qüvvədə olan bərpa dəyərinin ölçü vahidləri ilə verilmişdir. İlkin dəyərlə verilən maddələrdə əvvəllər araşdırılan qiymətlərlə düzəliş aparıl- malıdır. Mənfəət və zərərlər haqqında hesabatın maddələri hesabat tarixinə qüvvədə olan ölçü vahidlərinə uyğun olaraq qiymətin dəyişilməsinin ümumi indeksi yolu ilə düzəlişə məruz qalmalıdır.
30№-li Standart pul vəsaitlərinin hərəkəti haqqında hesabat da bütün maddələrin hesabat tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə əks olunmasını tələb edir.
Əvvəlki hesabat dövrü üzrə müvafiq rəqəmlər, onların ilkin dəyəri və ya cari dəyərə əsaslandırılmasından asılı olmayaraq, birləşdirilmiş (kon- solidə olunmuş) maliyyə hesabatları hesabat dövrünün sonunda qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunacaq şəkildə, ümumi qiymət indeksi tətbiq edilməklə yenidən təqdim olunur. Daha erkən dövrlər üzrə açıqlanan məlumatlar, həmçinin hesabat dövrünün sonunda qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunur. Müqayisəli məbləğlərin başqa təqdimat valyutasında əks etdirilməsi məqsədilə «Xaricivalyutaməzənnələrindədəyişikliklərinuçotu üzrə»22№-liMMUS tətbiq olunur.