Seqmentlər üzrə informasiyalar təşkilatın fəaliyyətinin ümumi nəticələri ilə əlaqələndirilməklə, çox böyük sayda göstəriciləri özündə əks etdirir.
Bütün hallarda seqment hesabatları təşkilatın mənfəət və zərərlər haqqında hesabatının ümumi göstəriciləri ilə uzlaşdırılmalıdır. Seqment hesabatlarının “Aktivlərin ümumi balans dəyəri” və “Öhdəliklərin ümumi dəyəri” adlı bölmələri təşkilatın mühasibat balansı ilə uzlaşdırılır.
Qeyd olduğu kimi, seqmentlər üzrə təkrar informasiya ixisar olunmuş qaydada açıqlanır. “Əməliyyat seqmentləri üzrə” 34№-li Milli Mühasibat Uçotu Standartı nəzərdə tutulan bütün seqment göstəricilərinin təkrar informasiyalarının açıqlanmasını qadağan etmir. Xüsusən də bir sıra infor- masiyaların hesabata əlavələrdə açıqlanması daha səmərəli sayıla bilər:
hər bir əməliyyat seqmentində məhsulların və xidmətlərin tipləri;
hər bir coğrafi seqmentin tərkibi ;
seqment uçot siyasətində dəyişiklər;
seqmentlərarası köçürmələr üçün qiymətqoyma metodları;
hesabat seqmentləri üzrə aktivlərin və öhdəliklərin, gəlirlərin və s. göstəricilərin, həmin maddələr üzrə təşkilatın ümumi göstəriciləri ilə üzləşdirilməsi.
Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi
Əməliyyat seqmenti aşağıdakı müəssisələrin komponentidir:
gəlir əldə etdiyi və ya öhdəlik qazandığı kommersiya fəaliyyətləri ilə məşğul olanlar;
əməliyyat nəticələri baş qərar qəbul edən şəxs tərəfindən seqmentə vəsaitlərin bölüşdürülməsi və onun fəaliyyət nəticələrinin qiymət- ləndirilməsi məqsədi ilə təhlil edilənlər;
ayrıca maliyyə məlumatı göz qabağında olanlar.
Əməliyyat seqmenti hələ gəlir gətirməyən kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Başlanğıc əməliyyatlar gəlir gətirməzdən öncə əməliyyat seqmentlərinə misal ola bilər.
Müəssisənin hər bir hissəsinin əməliyyat seqmenti və ya əməliyyat seqmentinin bir hissəsi olması zəruri deyildir. Bu MMUS məqsədləri üçün, müəssisənin işçilərinə əmək fəaliyyətinin başa çatmasından sonrakı mükafatlandırma planları əməliyyat seqmentləri deyildir.
“Baş qərar qəbul edən şəxs” termini xüsusi vəzifə sahibi olan rəhbər şəxsdən daha çox funksiyanı bildirir. Bu funksiyanın vəzifəsi vəsaitləri müəssisənin seqmentlərinə paylaşdırma və müəssisənin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsindən ibarətdir.
Əməliyyat seqmentlərinin üç xassəsi bir çox müəssisələrin əməliyyat seqmentlərini aydın şəkildə göstərir. Buna baxmayaraq, müəssisə öz kom- mersiya fəaliyyətini müxtəlif yollarla göstərilmiş hesabatlar vasitəsilə təqdim edə bilər. Baş qərar qəbul edən şəxs seqment məlumatlarının birdən artıq növündən istifadə etdiyi halda, hər bir komponent üçün kommersiya fəaliyyətinin təbiəti, onlara cavabdeh olan şəxslərin mövcudluğu və direk- torlar şurasına təqdim olunmuş məlumat da daxil olmaqla, digər amillər müəssisənin əməliyyat seqmentlərini təyin edən komponentlər toplusunu müəyyən edə bilər.
Ümumiyyətlə, hər bir əməliyyat seqmentinin fəaliyyəti, maliyyə nəticələri, proqnozlaşdırma və seqmentin planları məqsədilə cavabdeh olan və bunlar barədə baş qərar qəbul edən şəxsə mütəmadi olaraq məruzə edən idarəedici şəxs vardır. Belə şəxsə “Seqment meneceri” deyilir. “Seqment meneceri” termini xüsusi vəzifəli şəxsi yox, funksiyanı bildirir. Baş qərar qəbul edən şəxs, həmçinin bəzi əməliyyat seqmentlərinin seqment meneceri ola bilər.
Paraqrafın əvvəlində qeyd etdiyimiz xüsusiyyətlər seqment menecer- lərinin cavabdeh olduğu iki və daha artıq müəssisə komponentinə tətbiq oluna bilər. Baş qərar qəbul edən şəxs hər iki komponent toplusunun əməliyyat nəticəsini və hər ikisi üçün əldə oluna bilən maliyyə məlumatını təhlil edir. Bu halda müəssisə 34№-li Standarta istinad edərək, əməliyyat seqmentlərinin hansı komponentlər toplusu tərəfindən təyin edildiyini müəyyən edir.
Dostları ilə paylaş: |