Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət hüdudları
Əməliyyat seqmentləri tez-tez eyni iqtisadi xassələri olduğu halda, eyni uzunmüddətli maliyyə nəticələrini nümayiş etdirir. Misal üçün, iqtisadi xassələri eyni olduğu halda, iki əməliyyat seqmentinin satışının malların maya dəyərinə uzunmüddətli ümumi nisbətlərinin eyni olması təxmin edilə bilər.
Cəm, bu Standartın əsas prinsiplərinə uyğun gəldiyi halda, iki və daha çox əməliyyat seqmenti bir seqment şəklində cəmlənə bilər. Bunun üçün seqmentlər eyni iqtisadi xassələrə və aşağıdakı xüsusiyyətlərə malik olma- lıdır:
mal və xidmətlərin təbiəti;
istehsal mərhələlərinin təbiəti;
mal və xidmətlərin müştərilərinin növü və sinfi;
malların paylanması və ya xidmətlərin göstərilməsi üsulları;
uyğun olan halda tənzim edən ətraf mühitin təbiəti: məsələn, bank, sığorta və ya ictimai müəssisələr.
Müəssisə, aşağıdakı kəmiyyət hüdudlarında olan əməliyyat seqmentlə- rinin məlumatları haqqında ayrıca hesabat verməlidir:
gəliri (həm də seqmentdaxili satış və köçürmələr daxil olmaqla) əmə- liyyat seqmentlərinin (daxili və kənar) toplanmış gəlirinin ən azı 10 faizini təşkil edir;
hesabatda göstərilmiş mənfəət və zərəri bütün əməliyyat seqmentlərinin birləşdirilmiş hesabatda verilmiş mənfəətindən bütün əməliyyat seqmentlərinin birləşdirilmiş hesabatda verilmiş zərərindən ən azı 10 faizini təşkil edir;
onun aktivləri əməliyyat seqmentinin birləşdirilmiş aktivlərinin ən azı 10 faizini təşkil edir.
Rəhbərliyin seqment haqqında məlumatının maliyyə hesabatı istifa- dəçilərinə faydalı olacağına inanması halında kəmiyyət hüdudlarına cavab verməyən əməliyyat seqmentləri haqqında hesabat verilməli və ayrıca açıqlanmalıdır.
Əməliyyat seqmentlərinin hesablanmış gəliri müəssisənin ümumi gəlirinin 75 faizdən aşağısını təşkil edən zaman hesabat verilməli seqment- lərdə müəssisənin gəlirinin ən azı 75 faizi əks olunana qədər əlavə əməliyyat seqmentləri, hesabat verilməli seqmentlər kimi tanınır.
Müəssisə, maliyyə hesabatının istifadəcilərinə imkan yaratmaq üçün məşğul olduğu kommersiya fəaliyyətinin təbiəti, maliyyə təsirlərini və fəaliyyət göstərdiyi iqtisadi mühiti qiymətləndirmək məqsədi ilə müvafiq məlumatları açıqlamalıdır.
Dostları ilə paylaş: |