Maliyyə hesabatı


Seqment hesabatında ilkin format üzrə verilən informasiyalar



Yüklə 3,18 Mb.
səhifə112/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Seqment hesabatında ilkin format üzrə verilən informasiyalar






İstehsalat

Digər əməliyyatlar



Şirkətin ümumi göstəriciləri

Hazır paltar

Baş geyim- ləri

Yum- şaq oyun- caq

1

2

3

4

5

6

7

1.


Əməliyyat gəlirləri, satışdan gəliri də daxil
etməklə

140


50


42


58


290


1.1.

O cümlədən xarici
müştərilərdən

140

50

42

58

290

1.2.

O cümlədən şirkətin
digər seqmentlərindən

-

-

-

-

-

2.

Seqmentin nəticələri

40

10

8

12

70

3.

Seqment aktivləri

80

30

15

35

160

4.

Seqment öhdəlikləri

38

20

10

22

90

5.

İl ərzində satın alınan-
ların maya dəyəri

-

5

-

3

8

5.1.

Əsas vəsaitlər

-

5

-

-

5

5.2.

Qeyri-maddi aktivlər

-

-

-

3

3

6.

Amortizasiya xərcləri

(4)

(2)

(1,5)

(2,5)

(10)

7.


Amortizasiyadan
fərqlənən qeyri-pul xərcləri

-


-


-


-


-


8.

Faiz xərcləri

-

-

-

(1,1)

(1,1)

8.1.

Faizlərin ödənilməsi ilə bağlı öhdəliklər

-

-

-

-

-

9.

Faiz gəlirləri

-

-

-

0,8

0,8

9.1.

Faizli gəlir gətirən
investisiyalar

-

-

-

-

-

10.


Əlaqəli şirkətlərdən gəlirlər (zərər) və sair
gəlirli investisiyalar

-


-


-


-


-





10.1.


Əlaqəli və digər şirkətlərə məcmu
investisiyalar

-


-


-


-


-


11.


Şirkətin bölüşdürülməmiş ümumi
xərcləri

-


-


-


(3,5)


(3,5)


12.


Adi fəaliyyətdən məcmu mənfəətə daxil edilən
digər gəlirlər (xərclər)

-


-


-


2,8


2,8


13.

Adi fəaliyyətdən məcmu
mənfəət (uçot mənfəəti)

-

-

-

-

69

14.

Fövqəladə hadisələrin
nəticələri

-

-

-

-

-

15.

Mənfəət vergisi üzrə
xərclər

-

-

-

-

20,7

16.

Xalis mənfəət:
2-8+9+10-11+12-14-15













48,3

İlkin format üzrə şirkətin təqdim etdiyi seqment hesabatında verilən əlavə rəqəm informasiyalarında aşağıdakılar açıqlanır:



  • kənar gəlirləri istənilən təsərrüfat, yaxud coğrafi seqmentin gəlirlərinin 10 faizindən çox olan gəlirlər (hesabat seqmentinə aid edilməyən);

  • hər bir təsərrüfat seqmentində məhsulların və xidmətlərin tipləri;

  • hər bir coğrafi seqmentin tərkibi;

  • seqment uçot siyasətində dəyişikliklər;

  • seqmentlərarası ötürmələr və onlardakı istənilən dəyişikliklər üçün qiymətlərin yaranması metodları;

  • hesabat seqmentləri üzrə gəlirlərin, nəticələrin, aktivlərin və öhdəliklərin şirkətin həmin maddə üzrə ümumi göstəricilərilə üzləşdirilməsi.

Hesabatın ikinci formatı üzrə informasiyalar əhəmiyyətli dərəcədə ixtisar olunan siyahı əsasında təqdim edilməlidir. Qeyd etməliyik ki, müvafiq Milli və Beynəlxalq Standartlar belə informasiyaları seqment hesabatının ilkin formatı üçün tətbiq edilən həcmdə verilməsini qadağan etmir. İkinci format üzrə təqdim olunan informasiyalar birinci format üzrə hesabatın tərtib olunması üçün seqmentlərin hansı növlərinin qəbulundan asılıdır. Açıqlanan informasiya cədvəl formasında verilmişdir (cədvəl 12.3).

Cədvəl 12.3


Seqment hesabatında təkrar format üzrə verilən informasiyalar





İlkin format - təsərrüfat seqmentləri

İlkin format - aktivlərin yerləşməsi üzrə coğrafi
seqmentlər

İlkin format – müştərilərin yerləşməsi
üzrə coğrafi seqmentlər

1. Coğrafi yerləş- mələrinə görə kənar müştərilərdən gəlirlər

  1. Təsərrüfat seqmentləri üzrə kənar müştərilərdən gəlirlər

    1. Coğrafi yerləşməsinə görə kənar müştərilərdən gəlirlər (əgər, o aktivlərin yerləşməsindən fərqlənirsə)

  1. Təsərrüfat seqmentləri üzrə seqment aktivlərinin balans dəyəri

    1. Aktivlərin yerləşməsi üzrə onların balans dəyəri (əgər o, müştərilərin yer- ləşməsi üzrə seqment aktivlərinin dəyərindən fərqlənirsə)

2. Seqment aktivlə- rinin yerləşməsi üzrə balans dəyəri

3. Aktivlərin yerləş- məsi üzrə hesabat dövrü ərzində əsas və- saitlərin və qeyri- maddi aktivlərin əldə olunmasına çəkilən xərclər

2. Təsərrüfat seqmentləri üzrə seqment aktivlərinin balans dəyəri

3. Təsərrüfat seqmentləri üzrə hesabat dövrü ərzində əsas vəsaitlərin və qeyri- maddi aktivlərin alınmasına çəkilən xərclər

  1. Təsərrüfat seqmentləri üzrə əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına çəkilən xərc- lər

    1. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına çəkilən xərc- lər (əgər onlar müş- tərilərin yerləşməsi üzrə xərclərin qruplaşmasın-

dan fərqlənirsə)


    1. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması

34№-li MMUS-ə müvafiq olaraq, müəssisə aşağıdakı ümumi infor- masiyaları açıqlamalıdır:






  • hər bir seqmentinin özünün məhsul, iş və xidmətlərin satışından aldığı gəlirlər.

Eyni zamanda hər bir müəssisə özünün spesifikliyinə, maliyyə nəticələrinə və onun təsərrüfat fəaliyyətinin iqtisadi şərtlərini qiymət- ləndirməyə imkan verən informasiyaları açıqlamalıdır.
Standarta uyğun olaraq, müəssisə, təqdim etdiyi mənfəət və zərərlər haqqında hesabatda hər bir dövrün aşağıdakı informasiyalarını verməlidir:

  • ümumi informasiyalar (yuxarıda təsvir olunduğu kimi);

  • hesabat seqmentinin mənfəəti, yaxud zərəri haqqında informasiya (hesabat seqmentinin tərkibinə daxil olan gəlirlərin və xərclərin konkret göstəriciləri, seqmentin aktivləri, seqmentin öhdəlikləri, qiymətləndirmə metodları);

  • məcmu göstəricilərin nəticələrinin (seqment gəlirləri, hesabat seqmen- tinin mənfəəti, yaxud zərəri, seqmentin aktivləri, seqmentin digər əhə- miyyətli maddələri) müəssisənin ümumi göstəriciləri ilə üzləşdirilməsi.

Hesabat seqmenti üzrə mühasibat balansı göstəricilərinin müəssisənin mühasibat balansı göstəriciləri ilə üzləşdirilməsi mühasibat balansının təqdim olunduğu hər bir tarixə aparılmalıdır. Bu halda əvvəlki dövrlərə görə informasiyalar yenidən hesablanmalıdır.
Müəssisə hər bir hesabat seqmenti üzrə mənfəət və zərərlər haqqında göstəriciləri, həmçinin aktivlərin ümumi dəyərini açıqlamalıdır.
Müəssisə hər bir seqmenti üzrə öhdəliklərin göstəricilərini də təqdim etməlidir (əgər həmin məbləğlər müntəzəm surətdə əməliyyat qərarları qəbul edən məsul şəxsə araşdırılmaq üçün verilirsə).
Müəssisə, eyni zamanda hər bir hesabat seqmenti üzrə aşağıdakı informasiyaları da açıqlamalıdır:

  • kənar müştərilərə satışdan alınan gəlirlər;

  • eyni şirkətin digər əməliyyat seqmentləri ilə həyata keçirdiyi əmə- liyyatlar üzrə gəlirlər;

  • faiz gəlirləri;

  • faiz xərcləri;

  • amortizasiya (o cümlədən qeyri-maddi aktivlər üzrə);

  • gəlir və xərclərin əhəmiyyətli maddələri;




  • şirkətin assosiasiyalı şirkətin və birgə müəssisənin mənfəət və yaxud zərərində payı;

  • mənfəət vergisi üzrə xərclər (yaxud gəlirlər);

  • amortizasiyadan fərqlənən əhəmiyyətli qeyri-pul maddələri (o cümlədən qeyri-maddi aktivlər).

Müəssisə hər bir hesabat seqmenti üzrə hesabatda faiz gəlirindən ayrıca faiz xərclərini verməlidir. Seqment gəlirlərinin böyük hissəsi faizlər və əməliyyat qərarlarını qəbul edən məsul şəxslər hesabına alındığı hallarda istisnalara yol verilir.
Belə hallarda müəssisə, hesabatda faiz xərclərini çıxmaqla, seqmentin faiz gəlirlərini təqdim edə bilər. Bu zaman müvafiq hesablamaların aparıl- ması faktı açıqlanır.
Əgər konkret məbləğlər əməliyyat qərarlarını qəbul edən şəxslərin nəzərdə tutduğu seqmentin aktivlərinin göstəricilərinə daxil edilmişdirsə, onda müəssisə hər bir hesabat seqmenti üzrə aşağıdakı informasiyaları açıqlamalıdır:

  • payla iştirakın əsasını təşkil edən assosiasiyalı şirkətə və birgə müəssisəyə qoyulan investisiyalar;

  • satın alınan dövriyyədənkənar aktivlərin məbləği (maliyyə alətləri, təxirə salınan vergi aktivləri, sığorta müqavilələri üzrə meydana çıxan pensiya aktivləri və hüquqları istisna olmaqla).

Müəssisə hesabatda məhsulların və xidmətlərin hər bir növü, yaxud oxşar məhsulların və xidmətlərin hər bir qrupu üzrə kənar müştərilərə satışdan alınan gəlirləri təqdim etməlidir. Belə informasiyaların olmadığı və yaxud onların hazırlanmsı çox böyük xərclər hesabına başa gəldiyi hallar istisnalıq təşkil edir. Bu hallarda müvafiq faktların açıqlanması zərurətə çevrilir.
Hesabatda verilən gəlirin məbləği müəssisənin maliyyə hesabatının hazırlanması üçün istifadə edilən maliyyə informasiyalarına əsaslanmalıdır.
Müəssisə, hesabatda aşağıdakı coğrafi informasiyaları təqdim etməlidir (belə informasiyaların olmadığı və yaxud onların hazırlanması çox böyük xərclər hesabına başa gəldiyi hallar istisna olunur):

  • xarici şirkətlərə satışdan alınan gəlirlər, o cümlədən: şirkətin qərar- laşdığı ölkədə satışdan alınan və şirkətin bütün digər xarici ölkələrdə satışdan aldığı gəlirlər (ümumi göstərici);




  • maliyyə alətləri, təxirə salınan vergi aktivlərindən sığorta müqavilələri üzrə meydana çıxan pensiya aktivləri və hüquqlarından fərqlənən dövriyyədənkənar aktivlər: müəssisənin aktivləri yerləşən ölkədə və digər xarici ölkələrdə.

Əgər xarici müştərilərə satışdan alınan gəlirlər, ayrıca bir xarici ölkədə əhəmiyyətli sayılarsa, onda bu gəlir haqqında informasiya ayrıca açıq- lanmalıdır.
Əgər ayrıca bir xarici ölkədə olan aktivlər əhəmiyyətli sayılarsa, onda bu aktivlər haqqında informasiya ayrıca açıqlanmalıdır.
Hesabatda verilən məbləğlər, maliyyə hesabatlarına istinad etməlidir. Əgər belə informasiyalar yoxdursa, yaxud onların hazırlanması böyük xərclərə bağlıdırsa, onda müvafiq faktlar açıqlanmağa məruz qalmalıdır. Müəssisə bu informasiyanı tamamlamaq üçün ölkələrin qrupları üzrə coğrafi informasiyaların aralıq yekun göstərıcılərini də verə bilər.
Müəssisə özünün fəaliyyətinin iri müştərilərdən asılılıq dərəcəsi haq- qında informasiyaları da təqdim etməlidir. Əgər bir kənar müştəriyə satışdan alınan gəlir, müəssisənin gəlirinin 10 faizini və daha çox hissəsini təşkil edərsə, onda müəssisə həmin faktı açıqlamalıdır. Bu zaman hər bir belə müştəri və seqment üzrə gəlirin hesabatda əks etdirilən məbləği məcmu şəklində göstərilməlidir. Hər bir seqmentin hesabatda təqdim etdiyi iri müştərilərin, yaxud bu müştəridən alınan gəlir məbləğinin eyniliyinin şirkət tərəfindən açıqlanmasına ehtiyac yoxdur.
Şirkətlərin qrupları vahid müştəri qismində vahid nəzarət altında olmalıdır. Dövlət (milli, regional, ərazi, yerli, yaxud xarici orqanlar qis- mində) və həmin dövlət tərəfindən nəzarət edilən şirkətlər də vahid müştəri şəkilində nəzərdən keçirilməlidir.
“Əməliyyat seqmentləri üzrə” 34№-li MMUS-ın tələblərinə əməl etmək üçün əvvəlki illərə görə verilən hesabatlarda müqayisəli seqment infor- masiyaları yenidən hesablanmalıdır. Belə informasiyaların olmadığı və yaxud onların hazırlanması çox böyük xərclər hesabına başa gəldiyi hallar istisnalıq təşkil edir.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin