Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazırlanma prinsipləri
Beynəlxalq Standartlara uyğun olaraq birləşdirilmiş (konsolidə edil- miş) maliyyə hesabatları müəyyən prinsiplərə və metodlara, başqa sözlə, müəyyən tələblərə cavab verməlidir.
Tamlıq prinsipi: Bütün aktivlər, öhdəliklər, gələcək dövrlərin xərc- ləri, konsolidə edilmiş qrupların gələcək dövrlərinin gəlirləri ana şirkətin payından asılı olmayaraq tam həcmdə qəbul edilir. Azlıqların payı balansda müvafiq başlıqla ayrıca maddə şəklində göstərilir.
Xüsusi kapital prinsipi: Ana şirkət və övlad müəssisələr vahid iqti- sadi subyekt kimi qeydə alındığı üçün xüsusi kapital konsolidə edilmiş müəssisələrin səhmlərinin balans dəyərilə müəyyənləşdirilir. Bu qayda fəaliyyətin maliyyələşmə nəticələrinə və ehtiyatlara da şamil edilir.
Ədalətli və səhih qiymətləndirmə prinsipi: Konsolidə edilmiş hesa- bat anlaşıqlı formada aydın və səlis şəkildə təqdim olumalıdır. Eyni zamanda belə hesabat qrupa daxil olan müəssisələrin aktivləri, öhdəlikləri, maliyyə vəziyyəti, mənfəət və zərərlər haqqında dürüst və səhih məlumatlar verməlidir.
Konsolidasiya metodlarından və qiymətlərindən istifadənin daimiliyi, fəaliyyətdə olan müəssisə prinsipi: Konsolidasiya metodları uzun müddət ərzində tətbiq edilməlidir. Belə ki, müəssisə öz fəaliyyətini
uzun müddət ərzində davam etdirir və onu dayandırmaq niyyətində deyildir. Müstəsna hallarda kənarlaşmalara yol verilə bilər və bu kənarlaşmalar müvafiq əsaslandırmalarla hesabata əlavələrdə açıqlanmalıdır. Bu prinsiplər konsolidə edilən hesabatların olunmasının həm formalarına, həm də metod- larına şamil edilir.
Əhəmiyyətlilik prinsipi. Belə bir prinsip, şirkəti maliyyə-təsərrüfat fəaliyyəti haqqında qərarların qəbuluna, yaxud dəyişdirilməsinə təsir göstərən bəzi maddələrin kəmiyyətinin açıqlanmasını nəzərdə tutur.
Qiymətləndirmənin vahid metodu. Konsolidə edilmiş şirkətin aktiv- ləri, passivləri, gələcək dövrün xərcləri, mənfəət və zərərlər tam şəkildə qeydə alınmalıdır. Əsas məsələ bundadır ki, ana şirkətin və övlad müəssi- sənin aktivləri və passivləri konsolidə edildikdə, ana şirkətdə tədbiq olunan vahid metodoloji qiymətlərlə qiymətləndirilməlidir. Ana şirkətin əməl etdiyi qanunvericilikdə nəzərdə tutulan qiymətləndirmə metodları konsolidə edilmiş hesabat formalaşdırılıqda tətbiq olunmalıdır.
Dostları ilə paylaş: |