Maliyyə hesabatı


Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının xüsusiyyətləri



Yüklə 3,18 Mb.
səhifə79/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının xüsusiyyətləri


Konsolidasiya – müəyyən əlamətlər üzrə bəzi elementlərin birləşdiril- məsi deməkdir. Konsolidasiyanın zəruriliyi iqtisadi məqsədin uyğunlu- ğundan irəli gəlir. Sahibkarlar bir çox hallarda bir nəhəng korporasiya əvəzinə, hüquqi cəhətdən müstəqil, lakin iqtisadi cəhətdən biri-birilə əla- qədə olan bir neçə kommersiya strukturunun yaradılmasına üstünlük ve- rirlər. Bunun köməyilə vergi ödənişlərində müəyyən qənaət əldə olunur, biznesin aparılmasında risk dərəcələri aşağı düşür, kapitalın və təchizat bazarlarının yeni formalarının mənimsənilməsində çox böyük mobilliyə nail olunur və s. Konsolidə edilmiş hesabatların əsas iki xüsusiyyətini qeyd etmək olar:



  1. Konsolidasiya hüquqi cəhətdən müstəqil sayılan təşkilatın hesabatı deyildir. Konsolidasiyanın başlıca məqsədi vergiyə cəlb olunan mənfəəti müəyyənləşdirmək deyildir. Burada başlıca, məqsəd korporativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür əldə etməkdən ibarətdir. Başqa sözlə o, aşkar analitik istiqamət xarakteri daşıyır.

  2. Konsolidasiya heç də qrupun tabelçiliyində olan təşkilatların maliyyə hesabatlarının eyniadlı maddələrinin cəmlənməsi deyildir. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil edilmir. Burada yalnız öhdəliklər və aktivlər, habelə üçüncü şəxslərlə əməliyyatlardan alınan gəlir və xərclər göstərilir.

Konsolidasiya ideyasının reallaşdırılmasında şəksiz liderlik ABŞ-a məxsusdur. Bilavasitə bu ölkədə XIX əsrin ortalarından başlayaraq, kapi- talın təmərküzləşməsinin coşqun prosesi müşahidə edilirdi. Artıq həmin dövrdə bir şirkət, digər şirkətinin qurbanına çevrilirdi.
XX əsrin əvvəllərində konsolidasiya praktikada artıq geniş yayılmağa başlanmışdı. Bu prosesə bir sıra səbəblər təsir göstərirdi: şirkətlərin birlik- lərinin qovuşması, holdinq biznesinin inkişafı, nəhəng fond birjalarının konsolidasiya ideyasının bəyənilməsi və i.a.
Avropa konsolidasiyası xeyli gec tətbiq olunmağa başladı. Məsələn, İngiltərədə ilk konsolidə edilmiş hesabat 1907-ci ildə hazırlanmışdır. Birinci qanuniləşdirilən hesabat isə1947-ci ildə meydana gəlmişdir.

Almaniyada konsolidə edilmiş hesabatların tərtib olunması prak- tikasına XX əsrin 30-cu illərinə qədər ümumiyyətlə təsadüf olunmurdu. Yalnız 1965-ci ildə konsolidasiya məcburi uçot proseduru kimi elan edildi.


Konsolidasiyanın başlıca məqsədi necə bir vahid iqtisadi qurum kimi qrup haqqında informasiyaları təqdim etməkdən ibarətdir. Bunun üçün təkrar əməliyyatların və onların nəticələrinin istisna olunmasına yönəldilən konsolidasiyanın müəyyən proseduraları həyata keçirilir.
Konsolidasiya zamanı övlad, birgə nəzarət olunan və asılı cəmiyyətlər arasında bölgü həyata keçirilməlidir. Hesabatın məlumatları tam konso- lidasiya metodu, başqa sözlə, onların tam kəmiyyətindən istifadə edilməklə qrupun hesabatına daxil edilməlidir. İkinci metod proporsional konsoli- dasiya metodu adlanır. Bu metoda görə hesabatın məlumatlarından ana şirkətin iştirak payına mütənasib olaraq istifadə olunur. Üçüncü - asılı cəmiyyət Equitu metodu- kapitalda pay metodu vasitəsilə konsolidasiya edilir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin