Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə53/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Səhmlərin ləğv edilməsi dedikdə, müəssisə kapitalının azalması başa düşülür. Səhmlər geri alındıqdan sonra dərhal ləğv edildikdə bu əməliyyatın tanınması anı müəssisə tərəfindən geri alınmış səhmlərə görə sabiq səhmdarlara ödəniş tarixi hesab olunur. Səhmlərin ləğv edilməsi onların geri alınmasından sonrakı tarixdə baş verdikdə, həmin əməliyyatın tanınma anı müəssisənin qərar qəbul etdiyi tarix sayılır.
Geri alınmış səhmlər ləğv edildikdə bu məqsəd üçün ödənilən məbləğ ödənilmiş nizamnamə kapitalından və ya emissiya gəlirindən, bəzi hallarda isə bölüşdürülməmiş mənfəətdən çıxılır.

Ödənilmiş nizamnamə kapitalının azalması ləğv edilən geri alınmış səhmlərin ümumi nominal dəyərinin məbləği ilə qiymətləndirilir.


Emissiya gəlirinin azaldılması geri alınmış səhmlərə aid edilən
«emissiya gəliri» hesabındakı qalıq məbləği ilə qiymətləndirilir.
Ləğv edilmiş səhmlərin geri alınması üçün ödənilmiş məbləğ həmin səhmlərin nominal dəyərinin və onlara aid edilən «emissiya gəliri» hesa- bındakı qalıq məbləğinin cəmindən fərqli olduqda, bu fərq cari ilin bölüş- dürülməmiş mənfəətində dəyişikliklər kimi tanınmalıdır. Həmin fərq müsbət olduqda bölüşdürülməmiş mənfəətin azalması kimi tanınır. Əks halda alınan fərq bölüşdürülməmiş mənfəətin qalığı kifayət etmədikdə, hesabat dövrü üzrə ödənilməmiş zərər kimi tanınmalıdır.


Maliyyə hesabatı
“A” müəssisəsi üzrə 31 dekabr 20X3 il tarixinə Kapitalda dəyişikliklər haqqında hesabatı


manatla




Qeydlərə istinad


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin