Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə50/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Kapital ehtiyatları – müəssisədə müəyyən məqsədlər üçün saxla- nılan və mülkiyyətçilər arasında bölüşdürülməsi mümkün olmayan qaza- nılmış kapitalın bir hissəsidir.
Bölüşdürülməmiş mənfəət mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın bir hissəsidir.
Səhmlərin buraxılması üzrə məsrəflər - müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir.
Əhəmiyyətli səhv – bir və ya bir neçə əvvəlki dövrlər üzrə maliyyə hesabatlarının öz təqdimat tarixlərinə artıq etibarlı hesab edilə bilməyə- cəyinə səbəb olan cari dövrdə aşkar edilmiş səhv deməkdir.


    1. Kapitalın komponentləri, tanınması və qiymətləndirilməsi


Kapitalın uçotu aşağıdakı əməliyyatları nəzərdə tutur:



  • müəssisənin yaradılmasını, səhmlərin buraxılmasını və ödənil- məsini;

  • yeni səhmlərin buraxılması və ya buraxılan səhmlərin geri alınması kimi müəssisə və səhmdarlar arasında baş verən sonrakı əməliyyatları;

  • dividendlərin və onlara oxşar məbləğlərin ödənilməsini;

  • kapital ehtiyatlarının yaradılmasını və istifadəsini;

  • hesabat dövrü ərzində tanınan, lakin mənfəət və zərər haqqında hesa- batda əks etdirilməyən kapitalın saxlanılması ilə bağlı düzəlişlərin tanın- masını;

  • hesabat dövrünün xalis mənfəətinin bölüşdürülməmiş mənfəət hesabına köçürülməsini.

Mühasibat Balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda aşağıdakı komponentlər təqdim edilməlidir:
  • ödənilmiş nizamnamə kapitalı;





  • emissiya gəliri;
  • geri alınmış kapital (səhmlər);


  • bölüşdürülməmiş mənfəət

Müəssisənin buraxılmış nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək təsisçi tərəfindən tam ödənilməlidir. Müəssisə yaradıldıqdan sonra yeni səhmlər buraxıldıqda, müəssisənin əlavə buraxılmış nizamnamə kapitalı müəyyən zaman kəsiyində ödənilməmiş qala bilər. Bu zaman kapitalın ödənilməmiş hissəsi ödənilməmiş nizamnamə kapitalı kimi qeydə alınmalıdır. Hesabat tarixinə ödənilmiş nizamnamə kapitalının məbləği hesablandıqda, ödənilməmiş nizamnamə kapitalının məbləği kapitalda uçota alınmış buraxılmış nizamnamə kapitalının məbləğindən çıxılmalıdır. He- sabat tarixinə yalnız ödənilmiş nizamnamə kapitalı Mühasibat Balansında tanınır və «Kapitalda dəyişikliklər haqqında hesabat»da təqdim edilir. Qalan ödənilməmiş nizamnamə kapitalı həmin hesabatın qeydlərində ayrıca göstərilməlidir.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin