Kapital ehtiyatları müəssisənin müəyyən məqsədləri üçün saxlanılan, o cümlədən sair gəlirlərdən sair xərclər çıxıldıqdan sonra kapitalın istifadə edilməmiş məbləğini əks etdirir. Eyni zamanda mülkiyyətçilər arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsi də kapital ehtiyatlarının tərkib ünsürüdür. Kapital ehtiyatları qanunvericiliyin tələb- lərinə, müəssisənin nizamnaməsinə və rəhbərliyinin qərarına uyğun olaraq xalis mənfəətdən ayırmalar şəklində yaradılır. Belə bir məqsəd üçün yaradılan ehtiyatlar digər məqsədlər üçün istifadə edilə bilməz. Müəssisə ehtiyatların yaradılması ilə bağlı məqsədlərə nail olduqda və bəzən bu məqsədlər dəyişdirildikdə həmin ehtiyatlar xalis mənfəətə əlavə edilməlidir. Müəssisəninsəhmlərininburaxılması üzrə xərclərdən müvafiq mənfəət vergisi çıxıldıqdan sonra qalan məbləğ kapitalın birbaşa azalması kimi uçota alınmalıdır. Uğursuz elan edilmiş səhmlərin və digər kapital alətlərinin buraxılması ilə bağlı xərclər müvafiq dövrün xərcləri kimi
tanınmalıdır.
Müəssisə, geri alınmış səhmləri sonralar yenidən buraxmaq və tama- milə ləğv etmək məqsədilə saxlarsa, həmin səhmlər ödənilmiş nizamnamə kapitalı və emissiya gəlirlərinin cəminin azalması kimi göstərilir və ayrıca uçota alınır.
Gerialınmışkapital(səhmlər) onun geri alınmasına çəkilən pul vəsaitləri və onların ekvivalentləri məbləğində qiymətləndirilir. Geri alınmış kapital (səhmlər) sonrakı dövrlərdə yenidən buraxıldıqda geri alınmış kapitalın (səhmlərin) tanınması dayandırılır.
Belə səhmlər onların geri alınması üçün ödənilən məbləğdən baha qiy- mətə yenidən buraxıldıqda, yaranmış qiymət fərqi emissiya gəlirinin artması kimi tanınır.
Eyni zamanda həmin səhmlər onların geri alınması üçün ödənilən məbləğdən aşağı qiymətə yenidən buraxıldıqda yaranmış qiymət fərqi emis- siya gəlirinin azalması kimi tanınır.
Müəssisədə emissiya gəliri hesabı olmadıqda, yaxud onun qalığı ya- ranmış qiymət fərqini ödəmək üçün kifayət etmədikdə, ödənilməmiş məbləğ bölüşdürülməmiş mənfəətin azalmasına silinir.
Emissiya gəliri və bölüşdürülməmiş mənfəətin qalığı kifayət etmə- dikdə, qiymət fərqinin məbləği kapitalda ödənilməmiş zərər qismində uçota alınır.
Səhmlərin geri alınması və yenidən buraxılması ilə bağlı xərclər uçotda səhmlərin buraxılması ilə eyni qaydada əks etdirilməlidir.