Əvvəlki hesabat dövrünün səhvi, onun konkret dövr üzrə təsirinin və ya ümumi təsirinin müəyyənləşdirilməsi qeyri-mümkün olduğu hallar istisna olmaqla, retrospektiv şəkildə yenidən hesablanaraq düzəldilməlidir.
Təqdim edilmiş bir və ya bir neçə keçmiş dövrə aid müqayisəli məlu- matlara səhvin konkret dövr üzrə təsirini müəyyən etmək mümkün olmadıqda, müəssisə retrospektiv qaydada yenidən təqdim etmənin mümkün olduğu ən erkən hesabat dövrünün əvvəlinə olan (bu cari hesabat dövrü də ola bilər) aktivlərin, öhdəliklərin və kapitalın qalıqlarını yenidən hesablayıb təqdim etməlidir.
Cari hesabat dövrünün əvvəlində səhvin bütün əvvəlki hesabat dövr- lərinə ümumi təsirinin müəyyənləşdirilməsi mümkün olmadıqda, müəssisə səhvi perspektiv qaydada düzəltmək məqsədilə mümkün olan ən erkən he- sabat dövründən etibarən müqayisəli məlumatları yenidən təqdim etməlidir.
Səhvin aşkar edildiyi hesabat dövrünün mənfəət və zərərlər haqqında hesabatında əvvəki hesabat dövrünün səhvinin düzəldilməsinə yol verilmir. Əvvəlki hesabat dövrləri haqqında təqdim edilmiş hər hansı məlumatlar, maliyyə rəqəmləri haqqında məlumatlar daxil olmaqla mümkün qədər uzaq keçmişə aid olan hesabat dövrü üzrə yenidən təqdim edilməlidir.
Bütün əvvəlki hesabat dövrləri üzrə səhvin məbləğini müəyyənləş- dirmək mümkün olmadıqda, müəssisə mümkün olan ən erkən hesabat döv- ründən etibarən müqayisəli məlumatları perspektiv qaydada yenidən təqdim etməlidir.
Səhvlərin düzəldilməsi uçot qiymətlərində baş verən dəyişikliklərdən fərqlənir. Uçot qiymətləri öz mahiyyətinə görə əlavə informasiya əldə olunduqda yoxlanılması tələb olunan təxmini qiymətlərdir.