Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə81/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Mütənasib konsolidasiya metodu: Yuxarıdakı övlad müəssisələr üçün tətbiq olunan tam konsolidasiyanın tərkib hissəsi kimi nəzərdən keçi- rilmişdir. Qeyd etdiyimiz kimi, birgə nəzarət olunan cəmiyyətlərin və birgə fəaliyyətin konsolidə edilmiş hesabatlara daxil edilməsi konsolidasiyanın mütənasib metodundan istifadə etməklə həyata keçirilir. Bu metod özünün mahiyyətinə və ardıcıllığına görə tam konsolidasiya metodu ilə demək olar ki, eynidir. Fərq bundadır ki, birgə nəzarət olunan cəmiyyətin əmlakı və öhdəlikləri, xərclər və fəaliyyətin nəticələri konsolidasiyanın birinci mərhələsində maddələr və sətirlər üzrə məbləğlər tam kəmiyyətlə deyil, mü- vafiq cəmiyyətdə qrupun payına mütənasib kəmiyyətlə qeydə alınır.


Equitu (kapitalda pay) metodu: Asılı cəmiyyətlərin konsolidə edilmiş hesabata daxil edilməsi üsulu övlad müəssisələrin hesablarının konsolidasiyasından fərqlənir. Qeyd olunduğu kimi, MHBS-na uyğun olaraq kapitalda pay metodunun köməyilə konsolidə edilən hesabatlara daxil edilir. Həmin metodun ilkin tətbiqinin hesabat tarixi qismində qeydiyyat tarixi əsas götürülməlidir.
Asılı cəmiyyətin birinci ilində iştirak, onun əldə olunmasına çəkilən xərclərin ilkin dəyəri ilə əks etdirilir. Sonrakı dövrlərdə iştirakın dəyər qiyməti onun balans dəyərinə istinad edəcək. Bu qiymət, müvafiq sürətdə alınan mənfəətin (yaxud zərərin) məbləğində azalacaq və ödənilən divident məbləğində azalmağa doğru meyil edəcək.


  1. FƏSİL. TƏŞKİLATLARIN BİRGƏ FƏALİYYƏTİ HAQQINDA MALİYYƏ HESABATI




    1. “Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi


    2. Birgə fəaliyyətin formaları
    3. Sahibkarın maliyyə hesabatları


    4. Standartda verilən informasiyaların açıqlanması




    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin