Birgə müəssisəyə sərmayə qoyan investor ona aid tərəflərdən biridir və həmin müəssisə üzərində birgə nəzarətə malik deyildir.
Birgə nəzarət iqtisadi fəaliyyət üzərində nəzarətin müqavilə ilə razılaşdırılmış formada birləşdirilməsidir və belə nəzarət yalnız həmin fəa- liyyət üzrə strateji maliyyə və əməliyyat qərarlarının qəbul edilməsində birgə nəzarəti aralarında bölüşdürən tərəflərin (sahibkarların) yekdil razılığının tələb edildiyi halda mövcud olur.
Proporsional konsolidasiya elə uçot metodudur ki, onun vasitəsilə sahibkarın birgə nəzarət edilən müəssisənin aktiv, öhdəlik, gəlir və xərc- lərinin hər birindəki payı sahibkarın maliyyə hesabatlarında bənzər maddə- lərlə sətirbəsətir birləşdirir, ya da onun maliyyə hesabatlarında ayrıca sətir maddələri olaraq qeyd edilir.
Sahibkar –birgə fəaliyyətin tərəflərindən biridir və həmin birgə fəaliyyət üzərində birgə nəzarətə malikdir.
Nə proporsional konsolidasiyanın tətbiq edilməsi nəticəsində tərtib edilən maliyyə hesabatları, nə də törəmə, asılı, yaxud birgə nəzarət edilən müəssisədə sahibkar kimi iştirak payı olmayan müəssisənin maliyyə hesabatları fərdi maliyyə hesabatları hesab olunmur.
Fərdi maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarından və sahibkarların birgə müəssisələrdəki payları proporsional şəkildə konsolidə edilmiş maliyyə hesabatlarından əlavə olaraq təqdim olunan hesabatlardır. Fərdi maliyyə hesabatları bu hesabatlara birləş- dirilməməli və ya onları müşayiət etməməlidir.
19№-li MMUS-na uyğun olaraq konsolidasiyadan və ya hazırkı Standartın 6-cı maddəsinə uyğun olaraq proporsional konsolidasiya metodunun tətbiqindən azad edilmiş müəssisələr öz fərdi maliyyə hesabat- larını yeganə maliyyə hesabatları kimi təqdim edə bilərlər.
Birgə fəaliyyətin formaları
Birgə fəaliyyətlər müxtəlif forma və strukturlarda olur. 21№-li Standart birgə fəaliyyət kimi ümumi təsvir olunan və onun tərifinə uyğun gələn üç geniş növü müəyyən edir: 1) birgə nəzarət edilən əməliyyatlar, 2) birgə nəzarət edilən aktivlər, 3) birgə nəzarət edilən müəssisələr. Aşağıdakı səciyyəvi xüsusiyyətlər birgə fəaliyyətlərin bütün növlərinə aid edilir:
İki və ya daha artıq sahibkar müqavilə şərtləri üzrə qarşılıqlı öhdəlik daşıyırlar;
Müqavilə şərtləri birgə nəzarəti təmin edir.
İnvestisiya obyekti olan müəssisə hüquqi baxımdan yenidən təşkil olunduqda və ya müflis vəziyyətinə düşdükdə, yaxud sahibkara vəsait ötürmə qabiliyyəti üzrə ciddi uzunmüddətli məhdudiyyətlər altında fəaliyyət göstərdikdə, birgə nəzarət aradan qaldırıla bilər. Əgər birgə nəzarət davam edirsə, bu hadisələr özlüyündə birgə müəssisənin uçotunun hazırkı Standarta uyğun olaraq aparılmasına kifayət qədər əsas vermir.
Müqavilə razılaşmasının mövcud olması birgə nəzarəti təmin edən iştirak paylarını, investorun əhəmiyyətli təsirə malik olduğu asılı təsərrüfat cəmiyyətlərinə qoyulan sərmayələrdən fərqləndirilir (bax: “Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 20№-li MMUS). Birgə nəzarəti təmin edən müqavilə razılığı olmadan həyata keçirilən heç bir fəaliyyət bu standartın məqsədləri baxımından birgə fəaliyyət hesab edilmir.
Müqavilə razılığı birgə fəaliyyət üzərində birgə nəzarətin yaradılmasını təmin edir. Belə bir tələb hər hansı sahibkarın müəssisə fəaliyyəti üzərində birtərəfli nəzarətə malik olmasının qarşısını alır.
Müqavilə razılığı sahibkarlardan birini birgə fəaliyyətin operatoru və ya meneceri kimi müəyyən edə bilər. Operator birgə fəaliyyət üzərində nəzarətə malik deyil, amma müqavilə razılığına uyğun olaraq, sahibkarlar tərəfindən razılaşdırılmış və ona həvalə edilmiş maliyyə və əməliyyat siyasəti çərçivəsində fəaliyyət göstərir. Əgər operatorun iqtisadi fəaliyyət üzrə maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyəti varsa, o, fəaliyyətə nəzarət edir və bu fəaliyyət birgə fəaliyyət deyil, operatorun törəmə müəssisəsi sayılır.
Bəzi birgə fəaliyyətlərin əməliyyatlarında sahibkarın özlərindən hüquqi cəhətdən asılı olan korporasiya, şərikli şirkət, başqa müəssisə, yaxud maliyyə strukturunun yaranmasından deyil, sahibkarların şəxsi aktivlərindən və digər ehtiyatlarından istifadə edilir. Hər bir sahibkar öz şəxsi əsas vəsaitlərindən (torpaq, tikili və avadanlıqlarından) istifadə edir və öz şəxsi mal-material ehtiyatlarını yaradır. O, həmçinin xərc və öhdəliklərinə görə özü məsuliyyət daşıyır və öz öhdəliyi olan maliyyə resurslarını özü əldə edir. Birgə fəaliyyət sahibkarın analoji fəaliyyətləri ilə yanaşı, sahibkarın işçiləri tərəfindən də həyata keçirilə bilər. Birgə fəaliyyət razılaşması adətən
birgə çəkilən xərclərin sahibkarlar arasında bölüşdürülməsi üçün bir vasitədir.
Sahibkar birgə nəzarət edilən əməliyyatlarda öz iştirak payı ilə əlaqədar maliyyə hesabatlarında aşağıdakıları tanımalıdır:
Sahibkarın nəzarət etdiyi aktivləri və qarşılıqlı öhdəlikləri;
Sahibkarın birgə müəssisənin mal və ya xidmətlərinin satışı ilə bağlı çəkdiyi xərcləri və əldə etdiyi gəlir payını.
Aktiv, öhdəlik, gəlir və xərclər sahibkarın konsolidə edilmiş maliyyə hesabatını təqdim etdiyi halda bu maddələrlə bağlı hər hansı bir düzəlişlər və ya digər konsolidasiya prosedurları tələb olunmur.
Bəzi birgə fəaliyyətlər birgə fəaliyyətə ianə edilmış və ya birgə fəaliy- yətin məqsədləri üçün alınmış və ya bu məqsədlərə yönəldilmiş bir və ya daha çox aktiv üzərində sahibkarların birgə nəzarətini və çox vaxt birgə mülkiyyətini özündə əks etdirir. Bu aktivlər sahibkarlara fayda gətirmək məqsədilə istifadə olunur. Hər bir sahibkar həmin aktivlərdən alınan məh- suldan öz payını götürmək imkanına malikdir və onlardan hər biri yaranmış xərclərin razılaşdırılmış hissəsini öz öhdəsinə götürür.
Həmin birgə fəaliyyətlərə sahibkarın özlərindən ayrı olan korporasiya, şərikli şirkət və ya hər hansı digər müəssisə, yaxud maliyyə strukturunun yaradılması daxil edilmir. Hər bir sahibkar birgə nəzarət edilən aktivlərdəki payı vasitəsilə gələcək iqtisadi səmərələrdəki payı üzərində nəzarətə malikdir.
Sahibkar birgə nəzarət edilən aktivlərdə olan öz iştirak payı ilə əlaqədar maliyyə hesabatlarında aşağıdakıları tanımalıdır:
Xüsusiyyətlərinə uyğun olaraq təsnifləşdirilən birgə nəzarət edilən aktivlərdəki payı;
Daşıdığı hər hansı öhdəlikləri;
Birgə fəaliyyətlə bağlı diğər sahibkarlarla birgə götürülmüş öhdəlik- lərdəki payı;
Birgə fəaliyyətin çəkdiyi hər hansı xərclərdəki olan payı ilə birlikdə birgə fəaliyyətin məhsulundakı payının satışından və ya istifadəsindən əldə olunan hər hansı gəliri;
Birgə fəaliyyətdəki iştirak payı ilə bağlı çəkilən hər hansı xərcləri.
Aktiv, öhdəlik, gəlir və xərclər sahibkarların maliyyə hesabatlarında tanındığına görə sahibkar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesa-
batlarını təqdim etdiyi təqdirdə, bu maddələrlə bağlı heç bir düzəlişlər və ya digər konsolidasiya prosedurları tələb olunmur.
Birgə nəzarət edilən aktivlərin uçotu, adətən, birgə fəaliyyətin hüquqi formasından başqa, onun mahiyyətini və iqtisadi reallığını da əks etdirir.
Birgə nəzarət edilən müəssisə hər bir sahibkarın iştirak payı olan korpo- rasiya, şərikli şirkət və ya hər hansı digər formada yaranan fəaliyyətdir. Bu müəssisə, digər müəssisələr kimi fəaliyyət göstərir, lakin sahibkarlar arasındakı mövcud olan müqavilə razılığı, müəssisənin iqtisadi fəaliyyəti üzərində birgə nəzarəti təmin edir.
Birgə nəzarət edilən müəssisə birgə fəaliyyətin aktivlərinə nəzarət edir, öhdəlik və xərclərini üzərinə götürür və gəlir əldə edir. O, öz adından müqavilələr bağlaya və birgə fəaliyyətin məqsədləri üçün maliyyə resursları cəlb edə bilər. Bəzi birgə nəzarət edilən müəssisələrdə birgə fəaliyyət nəticəsində yaranan məhsulların bölüşdürülməsi nəzərdə tutulsa da, hər bir sa- hibkarın birgə nəzarət edilən müəssisənin gəlirindən pay almaq hüququ vardır.
Birgə nəzarət edilən müəssisələr digər müəssisələr kimi, mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını və təqdim edilməsini Milli və ya Beynəlxalq Mühasibat Uçotu Standartına uyğun olaraq həyata keçirir. Hər bir sahibkar birgə nəzarət edilən müəssisəyə, adətən, nağd pul və ya digər resurslar qoyur. Bu qoyuluşlar sahibkarın mühasibat uçotuna daxil edilir və onun maliyyə hesabatlarında birgə nəzarət edilən müəssisəyə qoyulan investisiya kimi tanınır.
Dostları ilə paylaş: |