Mama ixtisası üzrə nümunəvi test suallarının toplusu Mamalıq 1 Birinci əlləmə üsulu ilə nə təyin edilir?


) Fərdi tibbi ləvazimatlara nə aiddir?



Yüklə 1,18 Mb.
səhifə18/18
tarix26.12.2019
ölçüsü1,18 Mb.
#30018
1   ...   10   11   12   13   14   15   16   17   18
mama


1125) Fərdi tibbi ləvazimatlara nə aiddir?

A) Fərdi apteçka

B) Respirator

C) Əlehqaz

D) Xərək

E) Şinalar


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1126) Yuxarı tənəffüs yollarını dəm qazından qorumaq üçün nədən istifadə edilir?

A) Əlaltı materialdan hazırlanmış maska

B) Filtrli əleyhqaz

C) Şlem maska

D) Respirator

E) İzoləedici əleyhqaz


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1127) Ürəyin qapalı masajının uğurlu əlaməti hansıdır?

A) Meyid ləkələrinin əmələ gəlməsi

B) Soyuq tərləmə

C) Bəbəklərin genişlənməsi

D) Mərkəzi damarlarda nəbzin vurması

E) Əzələlərin səyriməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1128) Aşağıdakı xüsusiyyətlərdən hansı kimyəvi zəhərləyici maddələr üçün xarakterik deyil?

A) Zədələnmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi

B) Mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması

C) Davamlı zədələyici təsirə malik olması

D) Kontagiozluq (xəstədən sağlam insana keçmə qabiliyyəti)

E) Xarici mühitdə asan yolla yayılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1129) Hansı üsül infeksion xəstəliklərin törədicilərinin məhv edilməsinə aid deyil?

A) Dezinfeksiya

B) Observasiya

C) Dezaktivasiya

D) Dezinseksiya

E) Deratizasiya


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1130) İlan vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Çoxlu maye vermək

B) Alkoqol vermək

C) İlan sancan yerdən yuxarı ətrafa jqut qoymaq

D) Yaranı kalium-permanqanatla yumaq

E) Zərdab vurmaq


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1131) Tektanik fəlakətlərə hansılar aid deyil?

A) Tayfun

B) Zəlzələ

C) Sunami

D) Torpaq sürüşməsi

E) Vulkan püskürməsi


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1132) Elektrik vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Ürəyin qapalı massajı

B) Cərəyandan azad etmək

C) Xəstəyə süni nəfəs vermək

D) Tənəffüs yollarının təmizlənməsi

E) Elektrik vuranı torpağa bastırmaq


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1133) Aşağıdakı maddələrdən hansı siniriflicedici təsirə malik zəhərli maddələrə aiddir?

A) Xlorpikrin

B) İprit, lyuzit

C) Fosgen,difosgen

D) Zarin, zoman

E) Xlorsian


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастрофМосква «ИНИ Лтд»
1134) Kimyəvi zədələnmə ocağında ilk tibi yardımın əsas tədbirlərinə nə aid deyildir?

A) Natamam sanitar təmizləmənin aparılması

B) Əleyqazların geyindirilməsi

C) Xəsarət almışların zədə ocağından çıxarılması

D) Antidontların vurulması

E) Qanaxmanın daimi dayandırılması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1135) Dəm qazı ilə zəhərlənmələrdə yardımın hansı növü xarakterik deyil?

A) Ürəyin qapalı massajı

B) Süni tənəffüs vermək

C) Mədənin zondla yuyulması

D) Tənəffüs mərkəzini oyadan dərman vermək

E) Təmiz havaya çıxarıb naşatır spirtli iylətmək


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1136) Fövqəladə hallarda zədələnmişlərin müalicə-evakuasiya tədbirlərinə hansılar daxildir?

A) İxtisaslaşmış yardım

B) Terapevtik yardım

C) Tibbi evakuasiya mərhələsində göstərilən yardım

D) Yaralıların çeşidlənməsi

E) Zədələnmişlərin həmin ərazidən evakuasiya olunması, ilk tibbi yardım və müalicəsinin göstərilməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1137) Fövqəladə vəziyyətdə təxirə salınmaz tibbi yardım xidmətinin əsas vəzifəsi hansıdır?

A) Tibbi qurumların və müəssisələrin yaradılması

B) İdarəetmə orqanlarının yaradılması

C) Tibbi qrumların şəxsi heyyət tərkibinin sağlamlığının qorunması

D) Vaxtında və effekli tibbi yardımın göstərilməsi

E) Tibbi kadrların hazırlanması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1138) Ekstremal vəziyyətlərdə mülkü-müdafiə tibb xidməti tərəfindən hansı tədbirlər həyata keçirilir?

A) Sanitar-gigiyenik tədbirlərin aparılması

B) Deqazasiyanın aparılması

C) Vaxtında təxirəsalınmaz yardım göstərilməsi və xəsarət almışların köçürülməsi

D) Ocağa ümumi mülki-müdafiə qurumlarının yeridilməsi

E) Sanitar itkilərin aradan qaldırılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1139) Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?

A) Əhaliyə xəbərdarlıq edilməsi

B) Əhalini şəhər ətrafı ərazilərə köçürülməsi

C) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması

D) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerlşdirilməsi

E) Tibbi ləvazimatlardan istifadə edilməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1140) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?

A) Antihistamin və antibakterial terapiyanın aparılması

B) Periferiyadan mərkəzə doğru sıxıcı sarğının qoyulmaı və ağrıkəsicilərin yeridilməsi

C) Nəqliyyat şinasından istifadə etmək

D) Standart şinalarla immobilizasiyanın aparılması

E) Oksigen inqalyasiyası


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1141) Zədələnmə anından ilk həkim yardımı hansı optimal müddətdə aparılır?

A) 30 dəqiqə müddətində

B) 10 saata qədər

C) İlk sutka ərzində

D) İlk dəqiqələrdə

E) 3-4 saat müddətində


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастрофМосква «ИНИ Лтд»
1142) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ yardım göstərilir?

A) Təkmilləşmiş həkim yardımı

B) İlk tibbi yardım

C) Xüsusiləşdirilmiş yardım

D) Həkiməqədər yardım

E) İlk həkim yardımı


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1143) Respublika Fövqəladə Hallar Nazirliyi nəzdində tibb xidməti nə vaxt yaradılmışdır?

A) 2001-ci ildə

B) 2004-cü ildə

C) 2005-ci ildə

D) 1994-cü ildə

E) 1997-ci ildə


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1144) Suda boğulma zamanı xəsarət almış şəxsə göstərilən ilk tibbi yardım hansıdır?

A) Ağciyərlərin süni ventilyasiyası

B) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək

C) Dərman müalicəsi

D) Bədənin isidilməsi

E) Ürəyin qapalı massajı


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1145) Dəridə yara əmələ gətirən zəhərləyici maddələr hansıdır?

A) Vi-X qazlar, zoman

B) Fosgen, difosgen

C) İprit, lyuzit

D) Sinil turşusu

E) Aolamsit


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастрофМосква «ИНИ Лтд»
1146) Meterioloji fəlakətlərə nə aiddir?

A) Torpaq sürüşməsi

B) Yanğın

C) Subasma

D) Zəlzələ

E) Qasırğa və burulğan


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1147) Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?

A) Fosgen

B) Ammonyak

C) Zorin


D) Dəm qazı

E) Xlorpikrin


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастрофМосква «ИНИ Лтд»
1148) Xarici mühitdə davamsız zəhərləyici maddələr hansıdır?

A) Lyuzit

B) Fosgen, difosgen

C) Zorin, zoman

D) İprit

E) Vi-X qazları


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1149) Radiyasiya ilə zədələnmələr zamanı ilkin zədələnən orqan hansıdır?

A) Limfa

B) Dalaq

C) Bağırsaq epiteli

D) Sümük iliyi

E) Qaraciyər


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin