805) Yenidoğulmuşlara süni tənəffüsü necə aparmaq məqsədəuyğundur?
A) Ağızdan buruna
B) Aparılmır
C) Ağızdan ağıza
D) Endotraxeal intubasiya üsulu ilə
E) Narkoz aparatının maskası ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
806) Kliniki ölüm vəziyyətindən çıxarılmaq üçün əsas tədbirlər hansıdır?
A) Eyni vaxtda ürəyin qapalı massajı aparılır və süni tənəffüs verilir
B) Naşatır spirti iyləmək
C) Ürəyin qapalı massajı
D) Ağciyəri süni tənəffüs aparatına qoşmaq
E) Qanəvəzedici köçürmək
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
807) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq əlin hansı hissəsi ilə aparılır?
A) 3 barmaq ilə
B) Ovucun proksimal hissəsi ilə
C) Bütün ovuc səthi ilə
D) 2 barmaq ilə
E) 1 barmaq ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
808) Hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
A) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
B) Kiçik diametrli iynələrdən istifadə olunur
C) Maye köçürüləcək damarlar dəyişdirilir
D) Sistem və iynə steril olur
E) İti uclu iynələrdən istifadə olunur
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
809) “Kəskin qarın” sindromu olan xəstəlikdə tibb bacısının vəzifəsi nədən ibarətdir?
A) Spazmolitiklər vuraraq həkim çağırmaq
B) Mədəni yuyaraq xəstəyə nəzarət emək
C) Təmizliyici imalə edib xəstənin vəziyətəniə nəzarət etmək
D) Xəstənın qarın nahiyəsinə soyuq qoyub həkim çağırmaq
E) Ağrıkəsicilər verərək həkim çağırmaq
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
810) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?
A) Sağ böyrü üstə
B) Diz-dirsək vəziyyətində
C) Arxası üstə
D) Qarın üstə
E) Sol böyrü üstə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
811) Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
A) 33-35º
B) 37-38º
C) 42-44º
D) 40-41º
E) 38-40º
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
812) Sidik ifrazının tam olmaması necə adlanır?
A) İzuriya
B) Anuriya
C) Nikturiya
D) Oliquriya
E) Poliuriya
Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
813) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
A) 45 dəqiqə
B) 15 dəqiqə
C) 30 dəqiqə
D) 1 saat
E) Buz əriyənə qədər
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
814) Venadan qan götürərkən turna nə vaxt açılır?
A) İynəni çıxarmamışdan qabaq
B) İynəni çıxarandan sonra
C) Venapunksiyadan sonra
D) 3 dəqiqə sonra
E) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
Terapiya
815) Mədə xorası daha çox hansı yaş qrupunda təsadüf edilir?
A) 18-25 yaş
B) 20-30 yaş
C) 20-35 yaş
D) 40-50 yaş
E) 25-40 yaş
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
816) Duodenit nədir?
A) Qida borusunun iltihabı
B) 12 barmaq bağırsağın iltihabı
C) Öd yollarının iltihabı
D) Yoğun bağırsağın iltihabı
E) Nazik bağırsağın iltihabı
Ədəbiyyat: R.M.Məmmədhəsənov.” Daxili xəstəliklər”. Bakı, 2004
817) Mədə xorasında hansı müasir diaqnostik metod istifadə edilir?
A) Duodenal zondlama
B) Ultrasəs müayinə
C) Rektomanoskopiya
D) Qastrofibroskopiya
E) Rentgenoloji müayinə
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
818) Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?
A) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
B) Aclıq, qansaxlyıcı preparatlrın tətbiqi
C) Aclıq, buz qovuğunun tətbiqi
D) Mədə yuyulması, buz qovuğunun tətbiqi
E) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
819) Düz bağırsağın iltihabı necə adlanır?
A) Duodenit
B) Enterokolit
C) Enterit
D) Proktit
E) Kolit
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
820) Mexaniki sarılıq hansı xəstəlik üçün xarakterikdir?
A) Virus hepatiti
B) Qaraciyər sirrozu
C) Öd daşı xəstəliyi
D) Xroniki xolesistit
E) Xroniki hepatit
Ədəbiyyat: R. M. Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
821) Mədə xorasının kəskinləşmə dövründə xəstə hər gün qusma və “Lax yumurta iyli gəyirmə” arıqlama olarsa bu hamısı mədə xorası ağırlaşmasını göstərir?
A) Perforasiya
B) Xoranın bədxassəli transformasiyası
C) Penetrasiya
D) Mədənin pilorik hissəsinin stenozu
E) Qanaxma
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
822) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?
A) Almaqel
B) Mədə şirəsi
C) Qastrosepin
D) Ranitidin
E) Simetidin
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
823) Sekretor çatışmazlıqla gedən xroniki qastritə xas olan əsas əlamət hansıdır?
A) Bağırsaq tərəfindən dəyişikliklər: ishal, köpmə. Meteorizm
B) Qida qəbulundan sonra epiqastral nahiyədə küt ağrı
C) Dispeptik əlamətlər: qıcqırmaq, qusma, qəbizlik
D) Qida qəbulundan sonra sağ qabırğa altı nahiyədə ağrı
E) Gecə və acqarına ağrılar
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
824) Eroziv qastriti olan xəstəyə hansı qrup preparatların təyin edilməsi məqsədə uyğun deyil?
A) Bürüyücü maddələr
B) Geniş – spektrli antibiotiklər
C) Antasidlər
D) Qeyri-hormonal iltihab əleyhinə preparatlar
E) Trankvilizatorlar
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
825) Hansı metod həzm sisteminin radioizotop müayinə metoduna daxildir?
A) Xolesistoqrafiya
B) Kolonoskopiya
C) Rektoromanoskopiya
D) Irriqoskopiya
E) Qaraciyərin skaner müayinəsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
826) Xroniki enterit zamanı hansı qrup dərmanların təyini məqsədəuyğun deyil?
A) Antibakterial preparatlar
B) Bioloji preparatlar
C) Anabolik steroid hormonlar
D) Antibiotiklər
E) Həzm fermentləri
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
827) Xroniki kolitin əsas simptomu nədir?
A) Diareya
B) Sol qabırğaaltı nahiyədə ağrı
C) Sağ qabırğaaltı nahiyədə ağrı
D) Qəbizlik
E) Epiqastral nahiyədə ağrı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
828) Kolit nədir?
A) Nazik bağırsağın iltihabı
B) Düz bağırsağın iltihabı
C) Yoğun bağırsağın iltihabı
D) 12 barmaq bağırsağın iltihabı
E) Mədənin iltihabı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
829) Splenomeqaliya termini nəyi bildirir?
A) Mədəaltı vəzi böyüməsi
B) Öd kisəsinin böyüməsi
C) Dalağın böyüməsi
D) Qaraciyərin böyüməsi
E) Mədənin böyüməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
830) Mexaniki sarılığı nə yaradır?
A) Virus hepatiti
B) Qaraciyərdə birləşdirici toxumanın inkişafı
C) Eritrositlərin parçalanması
D) Öd yollarında mexaniki maneə
E) Hepatositlərin parçalanması
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
831) Öd durğunluğuna hansı faktor səbəb olmur?
A) Qida rejiminin pozulması
B) Hamiləlik
C) Uzunmüddətli ishal
D) Psixoemosional gərginlik
E) Hipodinamiya
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
832) Qaraciyər çatışmazlığında hansı ağırlaşma müşahidə edilmir?
A) Mexaniki sarılıq
B) Assit
C) Parenximatoz sarılıq
D) Toksiki ensefalopatiya
E) Kəskin xolesistit
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
833) Mədə xorası daha çox mədənin hansı hissəsində əmələ gəlir?
A) Kiçik əyrilikdə
B) Boyun əyrikdə
C) Pilorik hissədə
D) Kardial hissədə
E) Mədə cismində
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
834) Penetrasiya nədir?
A) Xoranın maliqnizasiyası
B) Xoranın qonşu orqana keçməsi
C) Xoranın periton boşluğuna açılması
D) Xoranın çapıqlaşması
E) Xoranın qanaxma verməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
835) 12 Barmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
A) Qida qəbulundan dərhal sonra
B) Gecə və acqarına
C) Qida qəbulundan 15-30 dəq. sonra
D) Qida qəbulundan 2-3 saat sonra
E) Qida qəbulu zamanı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
836) Xroniki residivləsən pankreatit hansı xəstəlik zamanı daha çox müşahidə olunur?
A) Xroniki kolit
B) Mədə xorası
C) Öd daşı xəstəliyi
D) Xroniki duodenit
E) Xroniki enterit
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
837) Xroniki pankreatitin laborator göstəriciləri hansıdır?
A) Hipoqlikemiya
B) Hiperqlikemiya
C) Hipoqlükozuriya
D) Qanda qələvi fosfatazanın səviyyəsi
E) Qan və sidikdə amilazanın aktivliyi
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
838) Bu dərmanlardan hansı xroniki pankreatitdə ağrıkəsici kimi istifadə edilmir?
A) Analqin
B) No-şpa
C) Novokain
D) Morfin
E) Baralqin
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
839) Kəskin leykozun patogenizində əsasən hansı faktorlar durur?
A) Xromosomların zədələnməsi
B) Hamısı
C) Patoloji meyllik
D) Şüa faktorları
E) Kimyəvi faktorlar
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
840) Kəskin leykozun diaqnozunda hansı laborator simptom həlledici sayılır?
A) Leykopeniya
B) Eritrositlərin çökmə sürəti (EÇS-nin) artması
C) Trombositopeniya
D) Anemiya
E) Blastemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
841) Xəstəliyin residiv mərhələsində olan kəskin leykozlu xəstədə temperaturun qalxması, azacıq sarılıq, qabırğaaltında ağrı və dalağın ölçülərinin böyüməsi qeyd edilib. Laborator müayinədə anemiyanın atrması və qan zərdabında qeyri-düz bilirubinin səviyyəsinin artması müşahidə edilib. Bu situasiyanı necə qiymətləndirmək olar?
A) Autoimmun hemolitik anemiyanın inkişafı
B) Leykozun proqressivləşməsi
C) Dalağın infarktının olması
D) Kəskin virus hepatiti
E) Toksiko-allergik hepatitin inkişafı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
842) 2 ay qabaq respirator xəstəlik keçirmiş 40 yaşlı xəstədə get-gedə artan zəiflik, qızdırma, dəri örtüklərinin avazıması, gövdədə və ətraflarda azacıq petexial-ləkəli hemorragik səpgilər, qoltuqaltı limfa düyünlərinin böyüməsi (yumuşaq, ağrısız, ölçüsü 2x 1sm.) müşahidə edilib. Qaraciyər və dalaq böyüməyib. Qanın analizi: Hb 100 g\l; eritrositlər 3.1012\l, leykositlər 3,5.109\l; blast hüceyrələr – 32%; EÇS-20 saat; trombositlər 55.109\l; xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Limfaqranulematoz
B) Trombositopenik purpura
C) Xroniki mieloleykoz
D) Sepsis
E) Kəskin leykoz
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
843) Residivləşən kəskin leykoz zamanı hansı müalicə aparılır?
A) Hemotransfuziya
B) Qlükokortikoidlərlə müalicə
C) Kurs monokimyaterapiya
D) Kurs polikimyaterapiya
E) Antibiotikoterapiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
844) Eritremiyanın patogenezinin əsasında nə durur?
A) Leykosit və eritrositlərin proliferasiyası
B) Eritrosit və trombositlərin proliferasiyası
C) Leykosit, eritrosit və trombositlərin proliferasiyası
D) Bütün variantlar eyni dərəcədə doğrudur
E) Eritroid elementlərin daha çox proliferasiyası
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
845) Eritremiya zamanı hemodinamik pozğunluqların əmələ gəlməsində əsas səbəb nədir?
A) Bütün faktorlar müxtəlif dərəcədə rol oynayır
B) Regionar damar spazmları
C) Qan axınının zəifləməsi
D) Damar divarında dəyişikliklər
E) Qanın formalı elementlərinin aqlomerasiya reaksiyasına uyğunlaşmasının dəyişməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
846) Hemofiliya xəstəliyi zamanı təsadüf olunan əsas əlamət hansıdır?
A) Beyinə qansızma
B) Bağırsaq qanaxması
C) Ağ ciyər qanaxması
D) Mədə qanaxması
E) Oynaqların zədələnməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
847) Xroniki mieloleykoz zamanı ən çox rast gələn klinik simptom hansıdır?
A) Limfa düyünlərinin böyüməsi
B) Qansızma
C) Dalağın böyüməsi
D) Qara ciyərin böyüməsi
E) Qızdırma
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
848) Hemorraqik vaskulitdə kliniki olaraq hansı sindromlar müşahidə olunmur?
A) Abdominal
B) Oynaq
C) Böyrək
D) Dəri
E) Qara ciyər
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
849) Xroniki limfoleykoz zamanı limfoproliferativ sindromu təsdiqləyən daha dəqiq metod hansıdır?
A) Limfa düyününün biopsiyası
B) Qanın leykositar formulası
C) Qara ciyərin punksiyası
D) Limfa düyünün punksiyası
E) Dalağın punksiyası
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
850) Xroniki limfoleykoz üçün ən xarakterik klinik simptom hansdır?
A) Sümüklərdə ağrı
B) Qansızma
C) Qızdırma
D) Dalağın böyüməsi
E) Limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
851) Hansı göstəricinin olması dəmir defisitli anemiyaya diaqnoz qoymaq üçün vacibdir?
A) Rəng göstəricisinin azalması
B) Hiperbilirubinemiya
C) Trombositlərin sayının azalması
D) Hipoqlikemiya
E) Leykositlərin sayının azalması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
852) Dəmir defisitli anemiya zamanı aşağıdakı simptomlardan ən az təsadüf olunanı hansıdır?
A) Subfebril temperatur
B) Saçların tökülməsi
C) Anoreksiya
D) Sarılıq
E) Qlossit
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
853) Dəmir defisitli anemiyanın ən çox təsadüf olunan səbəbi hansıdır?
A) Anadangəlmə dəmir defisiti
B) Avitaminoz
C) Qida ilə kifayət qədər dəmirin qəbul olunmaması
D) Qurd invaziası
E) Qanitirmə
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
854) B12 defisitli anemiyanın yaranmasına əsas səbəb hansıdır?
A) Qanitirmə
B) Mədənin fundal şöbəsinin vəzlərinin atrofiyası
C) Qurd infaziyası
D) Alimentar faktor
E) Hamiləlik
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
855) Hansı laborator göstəricisinin dəyişməsi B12 defisitli anemiyanı təsdiqləyir?
A) Rəng göstəricisinin artması
B) Leykozitlərin miqdarının azalması
C) Sümük iliyinin meqaloblastozu
D) Eritrositlərin miqdarının azalması
E) Eritrositlərin makrositozu
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
856) B12 defisitli anemiyanın simptomları içərisində ən az təsadüf olunanı hansıdır?
A) Qlossit
B) Subfebril temperatur
C) Saçların tökülməsi
D) Anoreksiya
E) Sarılıq
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни. «Медицина» Москва 1989
857) Sadalanan əlamətlərdən yalnız hansı hüceyrə daxili hemolizin əlaməti deyil?
A) Retukulositoz
B) Sidikdə sərbəst hemoqlobinin olması
C) Anemiya
D) Qanda qeyri düz bilrubinin artması
E) Nəcisdə sterkobilinin artması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
858) Hansı göstəricinin dəyişilməsi hemolitik anemiya diaqnozunu təsdiqləyir?
A) Eritrositlərin yaşama müddətinin qısalması
B) Hemoqlobinin aşağı düşməsi
C) Retikulositlərin sayının artması
D) Eritrositlərin osmotik rezistentliyinin dəyişilməsi
E) Hiperbilirubinemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко.”Внутренние болезни”. «Медицина» Москва 1989
859) Sadalananlardan hansı B-talassemiyanın göstəricisi deyil?
A) Eritrositlərin “hədəvə bənzər” formada olması
B) Desferal sınağın müsbət olması
C) Eritrositlərin və hemoqlobinin səviyyəsinin aşağı düşməsi
D) Rəng göstəricisinin artması
E) Zərdab dəmirinin miqdarının artması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
860) Hipoplastik anemiyaya dəqiq diaqnoz qoymaq üçün hansı müayinə aparılır?
A) Sternal punksiya
B) Eritrositlərin osmotik davamlığının yoxlanması
C) Kumbs sınağı
D) Desferal sınağı
E) Periferik qanın müaynəsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
861) Aplastik anemiya zamanı əsas klinik sindrom hansıdır?
A) Iltihab
B) Immunodefisit
C) Hemorragiya
D) Intoksikasiya
E) Hepatolienal
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
862) 20 yaşlı xəstə son 2 ay ərzində artan zəiflik, qansızma, subfebril temperatur müşahidə olunub. Limfa düyünləri, qara ciyər, dalaq böyüməyib. Qanın analizi: Hb 50 q/l; eritrositlər 1,5.1012/l rəng göstəricisi 1,0; leykositoz 1,8.10 q/l, trombositlər 30.10 q/l; EÇS 60 mm/saat. Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) B12 – defisitli anemiya
B) Aplastik anemiya
C) Kəskin leykoz
D) Hemoplastik anemiya
E) Dəmirdefisitli anemiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
863) Hemorragik diatez üçün hansı simptom daha xarakterikdir?
A) Qızdırma
B) Zəiflik
C) Qansızma
D) Dalağın böyüməsi
E) Oynaqlarda ağrı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
864) Hemofiliya xəstəliyinin gedişinin tipik xüsusiyyəti hansıdır?
A) Xəstəliyin infeksiyadan sonra inkişaf etməsi
B) Xəstəliyin sulfanilamid preparatların qəbulundan sonra meydana gəlməsi
C) Spontan remissiyalı kəskin gediş
D) Xəstəliyin şüa terapiyası ilə əlaqədar olması
E) Xəstəliyin uşaq yaşlarından başlanmsı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. “Внутренние болезни”. «Медицина» Москва 1989
Dostları ilə paylaş: |