Mama ixtisası üzrə nümunəvi test suallarının toplusu Mamalıq 1 Birinci əlləmə üsulu ilə nə təyin edilir?


) Epidemik parotitin törədicisi hansılardır?



Yüklə 1,18 Mb.
səhifə17/18
tarix26.12.2019
ölçüsü1,18 Mb.
#30018
1   ...   10   11   12   13   14   15   16   17   18
mama


1055) Epidemik parotitin törədicisi hansılardır?

A) Rikketsiyalar

B) Viruslar

C) Xlamidiyalar

D) Bakteriyalar

E) İbtidailər


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1056) Epidemik parotitdə inkubasiya dövrünün müddəti nə qədərdir?

A) 11 – 23 gün

B) 30 dəqiqə, 2 – 3 gün

C) 1 – 7 gün

D) Bir neçə saat

E) 3 – 10 gün


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1057) Səpkili yatalaq xəstəliyinin inkubasiya dövrünün müddəti?

A) 2 – 4 saat

B) 1 – 5 gün

C) 4 ay


D) 6 – 25 gün

E) 1 – 2 gün


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1058) Epidemik qayıdan yatalaq infeksiyasının infeksiya mənbəyi bunlardan hansıdır?

A) Xəstə insan

B) Gəmiricilər

C) Xəstə heyvanlar

D) Həşaratlar

E) Viruslar


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1059) Malyariya törədicisinin ötürücüsü bunlardan hansılardır?

A) Bitlər

B) Gənələr

C) Ağcaqanadlar

D) Gəmiricilər

E) Birələr


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1060) Tulyaremiyanın profilaktikası necədir?

A) Əhalinin vaksinasiyası

B) Su təchizatı və qida müəssisələri üzərində ciddi sanitar nəzarətinin qoyulması

C) Gəmiricilərin məhvi

D) Spesifik profilaktika aparılması

E) Həşəratların məhv edilməsi


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1061) Quduzluğun müalicəsi hansı istiqamətdə aparılır?

A) Spesifik

B) Cərrahi

C) Simptomatik

D) Patogenetik

E) Etiotrop


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1062) Quduzluğa qarşı spesifik müalicə tədbirləri nə vaxt aparılmalıdır?

A) Uşaq anadan olan gündən başlayaraq 1 həftə ərzində

B) Dişlənəndən 40 gün sonra

C) 3 aylığında

D) Xəstəliyin ilk günlərində

E) Dişlənən gündən başlayaraq 14-cü gündən gec olmayaraq


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1063) Dabaq xəstəliyinin mənbəyi bunlardan hansıdır?

A) Xəstə mal-qara

B) Xəstə insan və bakteriya gəzdirənlər

C) Xəstə gəmiricilər

D) Xəstə insan, ağcaqanadlar

E) Xəstə insan və virus gəzdirənlər


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1064) Dabaq xəstəliyi zamanı əsas klnik simptomlar hansılardır?

A) Səpkilərin meydana çıxması

B) Hepatolienal sindrom, yuxarı ətraf əzələlərinin qıcolması

C) Dilin şişməsi, kənarlarında dişlərin izinin qalması

D) Temperaturun 39-400-yə yüksəlməsi, işıqdan, sudan qorxma

E) Sudurcuqların əmələ gəlməsi, xoralı sahələrin yaranması, ağızdan su axması


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1065) Tetanus xəstəliyində inkubasiya dövrünün müddəti nə qədərdir?

A) 5 – 14 gün

B) 1 – 5 gün

C) 1 – 1,5 ay

D) 6 aydan 1 ilə qədər

E) 1 neçə saatdan 2 günədək


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1066) Tetanus xəstəliyi zamanı baş verən əsəs klinik əlamətlər hansılardır?

A) Sayıqlama, qarabasma, qanlı bəlğəm, qanlı öskürək, oynaqlarda ağrılar

B) Tənəffüsün çətinləşməsi, udmanın pozulması, üzün assimetriyası

C) Dəri üzərində hemorragik səpkilər, bəbəklərin qeyri-bərabər böyüməsi, ptoz

D) Oynaqların hiperemiyası və oynaq ağrıları

E) Əzələ ağrıları, trizm, əzələlərin tonik və klonik qıcolmaları


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1067) İİÇV insan orqanizminə daxil olduqdan sonra ilk növbədə orqanizmin hansı sistemini zədələyir?

A) Mədə-bağırsaq

B) İmmun

C) Sidik-cinsiyyət

D) Endokrin

E) Ürək-damar


Ədəbiyyat: К.М.Лобан. В.И. Покровский «Руководство по инфекционные болезни» 1986

Sinir- ruhi
1068) Mərkəzi sinir sisteminin hansı xəstəliyində buynuz qişanı əhatə edən sarımtıl-yaşıl həlqə xarakterikdir?

A) Parkinson xəstəliyi

B) Miasteniya

C) Miotoniya

D) Miopatiya

E) Hepotoserebral-distrofiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1069) Araxnoidit nədir?

A) Sinir köklərinin iltihabı

B) Hörümçək toruna bənzər qişanın iltihabı

C) Yumşaq qişanın iltihabi

D) Sərt qişanın iltihabı

E) Sinir kələfinin iltihabı


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1070) Ümumi beyin əlamətlərinə nə aiddir?

A) Baş ağrısı, qusma, göz dibində durğunluq, onurğa beyin mayesinin tərkibinin dəyişməsi, hipertenzion sindrom

B) Hemiplegiya, afaziya

C) Hemiplegiya, üz sinirinin nevriti, udmanın pozulması

D) Hecalı nitq, nistaqm, intension əsmə

E) Udmanın pozulması, burun tipli nitq, çeçəmə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1071) Spesifik hörümçəyəbənzər örtük hansı meningit üçün xarakterikdir?

A) İkincili irinli meningit

B) Sifilitik meningit

C) Kəskin seroz meningit

D) Meninqokokk meningiti

E) Vərəm meningiti


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1072) Hansı halda keçib-gedən baş-beyin qan dövranının pozğunluğundan danışmaq olar?

A) Xəstəliyin simptomları 2 saat davam edir

B) Xəstəliyin simptomları 5 saat davam edir

C) Xəstəliyin simptomları 24 saatdan artıq davam edir

D) Xəstəliyin simptomları 1 saat davam edir

E) Xəstəliyin simptomları 10 saatdan artıq davam edir


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1073) Varol körpüsündə hansı sinirlərin nüvələri yerləşmişdir?

A) IV-V-VI

B) I-II-III

C) V-VI-VII-VIII

D) IX-X-XI-XII

E) II-III-IV


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1074) Kəmərləyici dəmrov hansı xəstəlik zamanı baş verir?

A) Sirinqomeliya

B) Meningit

C) Qanqlionit

D) Poliomielit

E) Ensefalit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1075) Epileptik tutma zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Asfiksiyanın qarşısını almaq

B) Antibiotik təyin etmək

C) Təmiz havaya çıxarmaq, oksigen balışı vermək

D) Hipotenziv preparatlar vermək

E) Mədə-bağırsaq traktının yuyulması


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1076) Epileptik status zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Tutmaların qabağını almaq

B) İnsulin şok terapiyası

C) Barbitur narkozundan istifadə etmək

D) Seliyin aspirasiyasının qabağını almaq

E) Ürək fəaliyyətini yaxşılaşdırmaq


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1077) Psixomotor oyanma vəziyyətinin qarşısını almaq üçün hansı preparatdan istifadə olunur?

A) 50% -lı analgin

B) 1% -lı dimedrol

C) 20% -lı natri-oksibutirat

D) 0,5% -lı seduksen

E) 1% -lı nikotin turşusu


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1078) Maniakal tutmanı aradan qaldırmaq üçün hansı dərman preparatından istifadə edilir?

A) QOMK


B) Dimedrol

C) Aminazin

D) Kofein

E) Serebrolizin


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1079) Alkoqol psixozun müalicəsində alkoqola qarşı şərti (-) nifrət refleksi yaratmaq üçün istifadə olunan dərman maddəsi hansıdır?

A) Apomorfin

B) Seduksen

C) Aminazin

D) Amitriptillin

E) Serebrolizin


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1080) Ruhi xəstəxanaya hospitalizə üçün hansı göstərişlər əsasdır?

A) Emosional ləbillik

B) Ətrafdakılara qarşı təhlükəli olması

C) Nevrozlar

D) Anadangəlmə ağıl zəyifliyi

E) Aqressiyaya meyilli olmayan maniakal vəziyyət


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1081) Birdəfəlik tutma zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Dərman müalicəsi

B) Köynəyin boynunu açmaq, kəməri çıxartmaq

C) Dili çıxarmaq və ağzına rezin boru salmaq

D) Başı yan tərəfə çevirmək və baş altına yastıq qoymaq

E) Cəngolmuş ətrafların hərəkətlərinə güclü əks-təsir göstərmək


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1082) Alkoqolizmin müalicəsində istifadə olunan sensiblizəedici terapiyanın mahiyyəti nədən ibarətdir?

A) Bədən temperaturunu süni yüksəltmək

B) Alkoqola qarşı orqanizmin həssaslığını yüksəltmək

C) Dehidratasion terapiya aparmaq

D) Alkoqola qarşı şərti-mənfi refleks yaradılmaq

E) Süni komatoz vəziyyətə salmaq


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1083) Baş-beyin damarlarının aterosklerozu zamanı erkən psixi pozulma nədən ibarətdir?

A) Maraq dairəsinin azalması

B) Öz vəziyyətinə qarşı tənqidin itməsi

C) Yaxın hadisələrə qarşı yaddaşın zəifləməsi

D) Qıcıqlandırıcı zəiflik

E) Emosional zəiflik


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1084) İsterik tutma nə qədər çəkir?

A) 1 saat

B) 2 saat

C) 5 saat

D) Qeyri- muəyyən vaxta qədər

E) 3 saat


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1085) Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır?

A) Gözün hərəki sinir nüvəsinin zədələnməsi

B) Arxa və boylama dəstənin zədələnməsi

C) Uzaqlaşdırıcı sinir nüvəsinin zədələnməsi

D) Görmənin qabıq mərkəzinin zədələnməsi

E) Gözün hərəki sinir nüvəsi və qabığının zədələnməsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1086) Poliomielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?

A) Onurğa beyninin seqmentar aparatı

B) Mərkəzi və periferik hərəki neyronlar

C) Periferik hərəki və hissi neyronlar

D) Ekstrapiramid sistem

E) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1087) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?

A) 30-40 yaş

B) 50-60 yaş

C) 7-8 yaş

D) 10-15 yaş

E) 21-25 yaş


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1088) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?

A) Burun-dodaq büküşünün hamarlanması

B) Qusma

C) Üzün bir tərəfində tutmaşəkilli ağrılar

D) Ənsə əzələlərinin rigidliyi

E) Qaşları qaldıran zaman alında qırışların olmaması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1089) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?

A) Bel tabesi

B) Yan amiotrofik skleroz

C) Sirinqomieliya

D) Dağınıq skleroz

E) Ensefolomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1090) Dissirkulyator ensefalopatiya nə deməkdir?

A) Beyin qan dövranının kəskin pozulması

B) Meninqoensefalit

C) Hemorragik insult

D) Beyin qan dövranının tədricən pozulması

E) Dağınıq ensefalomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1091) Getdikcə artan başağrısı, başgicəllənmə, göz dibində durğunluq, kəllə-sümüklərinin deformasiyasi hansı xəstəlik üçün xarakterikdir?

A) Periferik sinir sisteminin xəstəlikləri

B) Mərkəzi sinir sisteminin travmatik xəstəlikləri

C) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri

D) Baş-beynin şişləri

E) Baş-beynin qan-damar xəstəlikləri


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1092) Müvazinətin pozulması, nistaqm, başqicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?

A) Fridreyk irsi ataksiyası

B) Vestibulyar ataksiya

C) Alın ataksiyası

D) Beyincik ataksiyası

E) Sensor ataksiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1093) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?

A) Dağınıq skleroz

B) Poliomielitdə, qalıq dövrdə

C) Mielitdə, kəskin dövrdə

D) Meningitdə

E) Epidemik ensefalitin xronik dövründə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1094) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?

A) İradi-hərəki pozulma

B) Diqqətin pozulması

C) Yatrogen xəstəlik

D) Maniakal sindrom

E) Yaddaşın pozulması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1095) Halüssinator paranoid sindromunda geniş işlədilən dərman preparatı hansıdır?

A) Melipramin 1,25% - 2,0 ml

B) Frenalon 0,5% - 1,0 ml

C) Koffein 10% - 2,0 ml

D) Haloperidol 0,5% - 10 ml

E) Sulfazin 1% - 2,0 ml


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1096) Depressiv sindromda geniş istifadə olunan preparat hansıdır?

A) Haloperidol 0,5% - 1,0 ml

B) Qlukozol 40% - 10,0 ml

C) Masiptil 1% - 1,0 ml

D) Melipramin 1,25% - 2,0 ml

E) Aminozil 2,5% - 1,0 ml


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1097) Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanın pozulması müşahidə olunur?

A) Miopatiyada

B) Miasteniyada

C) Uşaq serebral iflicinin hiperkinetik formasında

D) Diplegik klinik formasında

E) Hemiplegik klinik formasında


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1098) Miotoniyanın əsas əlaməti nədir?

A) Əlləri öndə birləşdirdikdə arxada kürəklər “qanadvari” açılır

B) Mərhələ-mərhələ ayağa qalxır

C) “Qurulan kukla” yerişi

D) Əzələ fəal şəkildə yığıldıqdan sonra boşalması tədriclə olur

E) Əzələlər tez yorulur, dincəldikdən sonra əzələnin funksiyası bərpa olur


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1099) Psixoterapiya nədir?

A) Fizioterapevtik müalicə

B) Refleksoterapiya

C) Həkimin söz vasitəsilə psixikaya planlı şəkildə təsir etməklə aparılan müalicə üsülu

D) Medikamentoz müalicə

E) Balneoloji müalicə üsulu


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1100) Aşağıdakı metodlardan hansıları nevroloji müayinə metodlarına aid deyil?

A) Pnevmoensefaloqrafiya

B) Kranioqrafiya

C) Angioqrafiya

D) Mieloqrafiya

E) Uroqrafiya


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1101) Hipertonik kriz zamanı ilk yardım nədən ibarətdir?

A) Kortikosteroidlər vermək

B) Pəncərəni açıb təmiz hava və oksigen balışı vermək

C) Ağrıkəsicilərlə kifayətlənmək

D) Başa hündür vəziyyət verib, ayaqlrına isitqac, alın nahiyəsinə buz qoymaq

E) Ürək dərmanları və sakitləşdirici vermək


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1102) Onurğa beyninin hansı şöbəsinin zədələnməsi zamanı mərkəzi tipli tetraparez xarakterikdir?

A) Döş şöbəsi

B) Yuxarı boyun şöbəsi

C) Bel şöbəsi

D) At quyruğu

E) Sakral şöbəsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1103) Şizofreniya sözü yunancadan tərcümədə hansı məna kəsb edir?

A) Qəmli hal

B) Qəfil yıxılma

C) Psixi sferanın parçalanması

D) Ağıl zəifliyi

E) Psixoz


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1104) Xəstə başa düşür, amma danışa bilmir, bu nədir?

A) Amnestik afaziya

B) Motor afaziya

C) Aliksiya

D) Aqrafiya

E) Aqnoziya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1105) Mioqrafiya müayinə üsulu əsasən sinir sisteminin hansı xəstəliklərində istifadə edilir?

A) Periferik sinir sistemi xəstəliklərində

B) Vegetativ sinir sisteminin xəstəliklərində

C) Beyin qan dövranı pozgunluğunda

D) Mərkəzi sinir sisteminin xəstəliklərində

E) İrsi-degenerativ xəstəliklərdə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1106) Meningit zamanı hansı dəyişiklik olur?

A) Likvorun dəyişməsi

B) Qanda limfopeniya

C) Qanda şəkərin artması

D) EGS artması

E) Qanda leykositoz


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1107) Böyük epileptik tutmanın başlanması üçün xəbardaredici əlamət hansıdır?

A) Trans


B) Eyforiya

C) Aura


D) Disforiya

E) Absans


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004

Hərbi Tibbi Hazırlıq

1108) Fərdi apteçkaya aşağıdakılardan hansı daxil deyil?

A) Sulfadimekotsin

B) Etapirazin

C) Dimedrol

D) Sistamin

E) Atropin


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастрофМосква «ИНИ Лтд»
1109) Qaraciyər zədələnməsi zamanı hansı növ qanaxma müşahidə edilir ?

A) Xarici

B) Parenximatoz

C) Arterial

D) Venoz

E) Qarışıq


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1110) İlk tibbi yardım harada göstərilir?

A) Tibb məntəqəsində

B) Hərbi hissədə

C) Zədələnmə ocağında

D) Xəstəxanada

E) Çeşidləmə meydançasında


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1111) Bunlardan hansı təbii fəlakət sayılmır?

A) Yanğınlar

B) Zəlzələ

C) Terrorizm

D) Vulkan püskürməsi

E) Daşqınlar


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1112) Bunlardan hansı sosial fəlakət deyil?

A) Aclıq

B) Epidemiyalar

C) Müharibələr

D) Terrorizm

E) Yanğın


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастрофМосква «ИНИ Лтд»
1113) Uzunmüddətli sıxılma sindromu hansı şokla nəticələnir?

A) Ağrı şoku

B) Anafilaktik şok

C) Toksiki şok

D) Hemorragik şok

E) Travmatik şok


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1114) “Diqqət, hamının nəzərinə” həyəcan siqnalı necə verilir?

A) Polis maşını ilə siqnal verilir

B) Siqnal telefon vasitəsilə verilir

C) 2-3 dəqiqə ərzində həyəcan siqnalı verilir

D) Televizor vasitəsilə siqnal verilir

E) Yerli radio vasitəsilə siqnal verilir


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1115) Fəlakətlər təbabətinin əsasını nə təşkil edir?

A) İlk tibbi yardım briqadası

B) Təcili tibbi yardım briqadası

C) Şəhər və rayon xəstəxanaları

D) İxtisaslaşmış yardım

E) Sanitar drujinaları


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1116) Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır?

A) Qüvvə və vasitələrin təşkili

B) Zərərçəkənə ilk həkim yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların fəaliyyətinin bərpa edilməsi

C) Fəlakətin səbəbini araşdırmaq

D) Qəza zonasında xilasetmə işlərinin təşkili

E) Qəza zonasında, xilasetmə və təxirə salınmaz işlərin aparılması, onların axtarılması və ərazidən çıxarılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1117) Birdəfəlik 50 RAD dozada γ-şüalanmada sonrakı fəsadlar hansıdır?

A) Dəridə yanıqlar

B) Onkoloji və genetik risk

C) Kəskin şüa xəstəliyi

D) Somatik xəstəliklər

E) Xroniki şüa xəstəliyi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1118) Orqanizmin ionlaşdırıcı şüalanmaya qarşı davamlığını artıran dərman hansıdır?

A) Etapirazin

B) Dimedrol

C) Kaliy-yod

D) Sistamin

E) Taren


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1119) Şüalanmanın hansı dozası I-ci dərəcəli ağırlıqlı kəskin şüa xəstəliyi yaradır?

A) 100-200 RAD

B) 300-400 RAD

C) 200-300 RAD

D) 500 RAD

E) 50-70 RAD


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. .”Медицина катастрофМосква «ИНИ Лтд»
1120) Qanaxmanın hansı növündə jqutdan istifadə olunur?

A) Parenximatoz qanaxmada

B) Daxili qanaxmada

C) Qarışıq qanaxmada

D) Kapillyar qanaxmada

E) Arterial qanaxmada


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1121) Uzunmüddətli sıxılma sindromu təhlükəsini aradan qaldırmaq üçün xəsarət almış, ətrafı azad etdikdən sonra jgut qoyulurmu?

A) Mütləq lazımdır

B) Ağrı olarsa

C) Qanaxma varsa

D) İşemiya dərəcəsindən asılı olaraq qoyulur

E) Lazım deyil


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастроф Москва «ИНИ Лтд»
1122) Fəlakət təbabəti tibb xidmətində köçürülmənin neçə mərhələsi qəbul edilmişdir?

A) İki mərhələli

B) Altı mərhələli

C) Bir mərhələli

D) Dörd mərhələli

E) Üç mərhələli


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1123) Fəlakət ocağında hospitala qədər hansı yardım göstərilir?

A) Əhali tərəfindən yardım

B) İlk tibbi yardım

C) Xüsusiləşmiş tibbi yardım

D) İxtisaslaşmış tibbi yardım

E) Cərrahi yardım


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко.”Медицина катастроф “ Москва «ИНИ Лтд»
1124) Kütləvi yoluxucu xəstəliklər ocağında infeksiya mənbəyini ləğv etmək üçün epidemiya əleyhinə hansı tədbirlər görülür?

A) Xəstələrin və daşıyıcıların izolyasiyası və müalicəsi

B) Dezinfeksiya aparmaq

C) Abservasiya

D) Maarifləndirmə aparmaq

E) İmmunoprofilkanın aparılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin